demək

De: “Həmd olsun Allaha! (Nəml surəsi, 93)

Uca Allah bu ayədəki hökmü ilə ayələrinin yaşadığımız xarici dünyada görüləcəyini və mömin qullarının bunları bilib tanıyacağını vəd edir. Allahın dəlillərini bilib tanımaq, insanı imana və Quran əxlaqını yaşamağa aparan əsas yoldur. Ayədə xəbər verildiyi kimi, Allah möminlərin ürəklərini gücləndirmək, onların Özünə olan sevgi və bağlılıqlarını artırmaq üçün, nəfslərində və ətraflarında meydana gələn hər şeyin ‘haqq’ olduğunu onlara göstərməsi bütün iman edənlər üçün böyük bir rəhmətdir.

 

Ayənin davamında da, Allahın qullarının etdiklərindən xəbərsiz olmadığı, hər şeyin Allahın məlumatı daxilində olduğu xəbər verilir. Bu ayənin hökmünə görə möminlər, həyatları boyunca başlarına gələn hər şeyin Allahın özlərinə olan vədinə əsasən reallaşdığını bilərək hərəkət edərlər. Allaha olan imanları, sevgiləri və buna bağlı olaraq da təslimiyyət və sədaqətləri davamlı olaraq artar. Allahın hər zaman möminlərin dostu və köməkçisi olduğunu, bütün dualarına cavab verdiyini bilir və Ona qarşı böyük bir sevgi duyarlar. Çətinliklər qarşısında Allahın razılığını qazana bilmək üçün təslimiyyətlə səbir edər, Allahı vəkil edərək Ona sığınarlar. Allahın bildirdiyi din əxlaqını yaşayarkən və təbliğ edərkən qarşılaşdıqları çətinliklərin bu əxlaqı yaşamalarına və elmi mübarizələrinə mane olmasına icazə verməz, mənfi kimi görünən vəziyyətlərdə, din əxlaqının yayılmasının qarşısını almaq üçün səy göstərən kəslərin düşündüklərinin əksinə həmrəyliklərini daha da gücləndirirlər. Bu da möminlərin həqiqətən güclü bir Allah sevgisinə və sədaqət duyğusuna sahib olduqlarının ən gözəl dəlillərindən biridir.

 

MEHDİNİN ÜÇ VƏZİFƏSİ

(Əmirdağ Lahikasi 1, səh. 231-233)

 

USTAD BƏDİÜZZAMAN SƏİD NURSİ HƏZRƏTLƏRİ ƏMİRDAĞ LAHİKASINI 1949-CU İLDƏ QƏLƏMƏ ALMIŞDIR. BU ƏSƏRİNDƏ USTAD HZ. MEHDİ (Ə.S)-IN XÜSUSİLƏ DARVİNİZM, MATERİALİZM VƏ ATEİZM FƏLSƏFƏLƏRİNİ TAM SUSDURARAQ İNSANLARIN İMANINI QURTARMAĞA VƏSİLƏ OLACAQ ŞƏKİLDƏ ÇOX TƏSİRLİ İŞLƏR EDƏCƏYİNİ İFADƏ ETMİŞDİR. USTAD ÖZÜNÜN YAŞADIĞI DÖVR DAXİL OLMAQLA, HƏR DÖVRDƏ BİR NÖV MEHDİ XÜSUSİYYƏTİNƏ SAHİB İNSANLAR GƏLDİYİNİ ANCAQ HEÇ BİRİNİN BU ÜÇ VƏZİFƏNİ BİR YERDƏ ETMƏ QÜDRƏTİNƏ SAHİB OLA BİLMƏDİKLƏRİNİ İFADƏ ETMİŞDİR.       

 

Mehdinin üç vəzifəsi

Nurun əhəmiyyətli və çox xeyirli bir şagirdi (tələbəsi) məndən soruşdu ki: “Nurun xalis və əhəmiyyətli bir qisim şagirdləri, çox təkidlə olaraq axırzamanda gələn Əhli-beytin böyük bir mürşidi olaraq səni zənn edirlər və o qədər çəkindiyin halda onlar təkid edirlər. Sən də bu qədər təkidlə onların fikirlərini qəbul etmirsən, çəkinirsən. Əlbəttə, onların əlində bir həqiqət və qəti bir hüccət (dəlil) var və sən də bir hikmət və həqiqətə görə onlara razılıq (icazə) etmirsən. Bu isə bir təzaddır (ziddiyyət), hər halda həllini istəyirik.”  Mən də bu şəxsin təmsil etdiyi çox məsələlərə cavab olaraq deyərəm ki: O xas nurçuların əllərində bir həqiqət var. Lakin, iki cəhətdə bir təbir və şərh lazımdır.

 

Birincisi:… ardı...