Çoxluq

Hörmətli Adnan Oktarın 10 dekabr 2010-ci il tarixli reportajından çoxluğa tabe olmamaqla əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Allah: “Yer üzündə olanların əksəriyyətinə itaət etsəniz, onlar sizi Allah yolundan azdırarlar” deyir. Şeytandan Allaha sığınıram. Biz çoxluğa görə hərəkət etmərik. Məsələn, biri diskoya gedir, çoxluq bunu anormal kimi görür. Çoxluq anormal düşünə bilər. Biz nə etməliyik?. Öz ağlımızla düşünməliyik.

Allah: “Mənim huzuruma, tək-tənha, tək başınıza gələcəksiniz” deyir. Gələndə; kompyuter qarşısında olarkən əyləşdiyi kreslosuyla, anasıyla, atasıyla, facebook dostlarıyla birlikdə gəlməz. Ölər, cənazə mərasimi basırıq olar, o birbaşa oraya qədər gedər. Onu qəbiristanlığın, iki metr yarım qalınlığındakı torpağın altına qoyduqdan sonra, oradakı bələdiyyə işçiləri var gücləriylə torpağı üstünə tökməyə başlayırlar. Ondan sonra da cəmiyyətlə olan əlaqə kəsilər. Beləcə yoldaş zülmət qaranlığın, buz kimi torpağın içərisində qalar, ancaq bakteriyalarla, oradakı qurdlarla birlikdə qalar. İşıq-mışıq da yoxdur. Bədəni hər keçən dəqiqə şişməyə başlayar. Yəni bunu demək istəmirəm, amma ağzından köpüklər gəlməyə başlayar. Eyni zamanda qadının uşaqlığı təzyiqin təsirindən cinsi orqanından çölə çıxar, bədəni həddindən artıq şişər.

Ən yaraşıqlı, ən gözəl, dünyanın ən gözəl qadını olsa belə, axırda mütləq bu aqibətə uğrayar. Ən yaraşıqlı kişi də bu şeyi yaşayar. Təkcə peyğəmbərlərin bədəni çürümür; övliyaların və peyğəmbərlərin. Bir möcüzə olaraq olmur.… ardı...