comərd

Hz. Mehdi (ə.s) infaq etməkdə çox comərd davranacaq

Mehdi (ə.s) paylayarkən çox səxavətlidir. Kasıblara mərhəmətli, tələbələrinə intizamlıdır. (Bişaretül Mustafa Şiatül Murtaza, El- Tabari, səh: 318)

 

Hədisdə hz. Mehdi (ə.s)-ın mal infaq etməkdə çox səxavətli olacağı bildirilir. Ehtiyacı olanlara qarşı hz. Mehdi (ə.s)-ın lütfkar və şəfqətli bir rəftarı olacaq. Hədisdə, həmçinin, hz. Mehdi (ə.s)-ın tələbələrinə qarşı dəqiqliyinə və diqqətinə toxunulmuşdur.

R0285

 

Hz. Mehdi (ə.s) kasıblara qarşı çox mərhəmətli və comərd olacaq

İmam Mehdi (ə.s) böyük məbləğlərdə sərvət paylayacaq. Kasıba və ehtiyac sahibinə qarşı çox mülayimdir. (Muntakhab al-Asar, səh. 311)

Hz. Mehdi (ə.s)-ın əhəmiyyətli bir xüsusiyyəti də bu hədisdə bildirildiyi kimi ehtiyac içində olan kasıblara qarşı son dərəcə mərhəmətli olması, onların rahat və dinc yaşaya bilmələri üçün hər cür ictimai təşəbbüsü təşviq edərək onlara imkan təmin etməsi olacaqdır.
574