Çin

Hədislərdə Peyğəmbərimiz (s.ə.v.), hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərinin sanki “təsbeh dənələri kimi” ard-arda meydana gələcəyini, bu inkişafın da hz. Mehdi (ə.s)-ın zühur etdiyinin xəbərçisi olacağını açıq bir şəkildə bildirmişdir:

 

Allah rəsulu səllallahu əleyhi və səlləm buyurdu:

“… Köhnəlmiş ipi qopan bir boyunbağının dənələri kimi bir-birinin ardınca gələn əlamətləri gözləsinlər.” (Ebû Hureyre radıyallahu anh., Tirmizî)

Qiyamət əlamətləri bir-birini izləyərək meydana gəlir. Bir sıradakı muncuqların ard-arda qopması kimi. (Ramuz-El Ehadis, 277/6; Camiü’s-Sagir, 3/167)

Həqiqətən də, hicri 1400-cü ilin başlaması ilə birlikdə bəhsi keçən əlamətlər” bir sıradakı muncuqlar kimi” ard-arda zühur etməyə başlamış və dövrümüzə qədərki 30 illik müddət daxilində  demək olar ki, hamısı yaşanmışdır.

Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində bildirdiyi Axırzaman əlamətlərindən biri də zəlzələlərin sıx olaraq baş verməsidir.

Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq. zəlzələlər çoxalacaq. (Ramuz-El Ehadis, 476/11)

Qiyamətdən əvvəl iki böyük hadisə vardır və sonra da zəlzələli illər. (Ramuz-El Ehadis, 187/2)

Sığınacaq evlər, sizi daşıyacaq heyvanlar tapa bilməyəcəyiniz günlər yaxınlaşmışdır. Çünki evlərinizi zəlzələlər yıxacaq. (Kıyamet Alametleri, s. 146)

Anlaşılmazlıqlar və tez-tez zəlzələlər baş verəcək. (Kıyamet Alametleri, s. 166)

 

Çində 9 iyul 2009-cu il tarixində yaşanan 6 ballıq zəlzələ də bir Axırzaman əlamətidir. 300 adamın yaralandığı, təxminən 10.000 binanın zərər gördüyü bu təbii fəlakətin Peyğəmbərimizin 1400… ardı...