camaat
Hz. Mehdi (ə.s)-ın dostları igid, şücaətli, saleh, imanlı kəslərdir. Hz.Mehdiyə qarşı çox itaətlidirlər. Hara və hansı işə yönəlsələr, mütləq qələbə çalarlar…(Biharul-Ənvar, cild: 52, səh.: 279 və cild: 53, səh.: 12. İkmalud- Din, cild: 2, səh: 367)
Hz. Mehdi (ə.s)-ın rəftarı həm mənə, həm də İsrail camaatına bənzəyər
299/8. Deyildi ki: “Ya Rəsulullah, o gün insanların imamı kimdir? ” Peyğəmbərimiz (s.ə.v) buyurdu: “İmam Mehdi, mənim nəslimdən, qırx yaşında, üzü bir ulduz kimi parlaq olan kimsədir. Rəftarı mənimlə İsrail camaatına bənzəyər. Ərzdəki xəzinələri çıxarar və şirk diyarlarını fəth edər.”(İman Və Küfr Kitabı / üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, 1-ci cild.)