bolluq
Hz. Mehdi insanlara o qədər bol mal paylayacaq və insanların ehtiyacları o qədər yaxşı qarşılanacaq ki, heç kim pulunu başqa bir yerə xərcləmək vəziyyətində qalmayacaq.
Hz. İmam Hüseyn (ə.s)-dən belə rəvayət olunmuşdur: “Bir-birinizin halını soruşub bir-birinizə lütf edin. And olsun dəni yarıb yaşıllaşdıran və canlıları yaradan Allaha ki, ELƏ BİR ZAMAN GƏLƏCƏK Kİ, HEÇ BİR KİMSƏ BİR DİNAR VƏ DİRHƏM XƏRCLƏMƏYƏ BİR YER TAPA BİLMƏYƏCƏK.” (Yəni hz. Mehdinin zühur etdiyi zaman Allah Təalanın və vəlisinin (hz. Mehdinin) çox fəzlindən ötəri heç kim pulunu xərcləyəcək bir yer tapa bilməyəcək). (Ikdüd Dürer, səh. 236)
Peyğəmbərimiz deyir ki: Əbu Səid söyləyir:“…HZ. MEHDİ, O QƏDƏR COMƏRD BİR KİMSƏ OLACAQ Kİ, ONA MÜRACİƏT EDƏRƏK “MƏNƏ ONU LÜTF ET, BUNU LÜTF ET” DEYƏ YALVARANLARIN ƏTƏKLƏRİNİ DAŞIYA BİLƏCƏKLƏRİ QƏDƏR DOLDURARAQ LÜTF EDƏCƏK.” (Tirmizi, İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh. 1699, səh. 171)
“Ümmətimdən hz. Mehdi çıxacaq. ALLAH TƏALA İNSANLARI ZƏNGİN ETMƏK ÜÇÜN ONU (HZ. MEHDİNİ) GÖNDƏRƏCƏK. O zaman ümmətim nemətlənəcək, heyvanlar bolluq içində və ərzin nəbatatı çox olacaq. HZ. MEHDİ İNSANLARA BƏRABƏR ŞƏKİLDƏ BOL- BOL MAL PAYLAYACAQ.” (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 23)
“AXIRZAMANDA ÜMMƏTİMDƏN… ardı...
Hz. Mehdi (ə.s.) zamanında bol yağış yağacaq, bolluq bərəkət olacaq
Əmir əl-möminin İmam Əli (ə.s) belə buyurmuşdur: “Əgər Qaimimiz (hz. Mehdi (ə.s)) qiyam etsə göy yağışını nazil buyurar (yağışını yağdırar), yer üzü bitkilərini yaşıllaşdırar. Qulların ürəyindən kin və düşmənlik silinər, yırtıcı və ev heyvanları bir-birlərindən qorxmazlar.”
(Bihar’ul-Envar, c. 52, s. 316)
Hz. Mehdi (ə.s) Quran ilə hökm edəcəkdir
“Həzrətləri (Hz. Mehdi (ə.s)) Tövratı və digər Kitabları, Antakyada bir mağaradan çıxaracaq və Tövrat əhlinə Tövrat ilə, İncil əhlinə İncil ilə, Zəbur əhlinə Zəbur ilə və Quran əhlinə Quran ilə əmr edəcəkdir. Yer üzünün üzərində və altında tapılan bütün xəzinələr onun üçün bir araya gətiriləcək. Sonra belə deyəcək, ‘Ey İnsanlar! Dostluqlarınızı pozduğunuz, yer üzündə qan axıtdığınız və Allahın haram buyurduğu işlər etdiyiniz şeyə gəlin. Sonra onlara indiyə qədər heç verilmədiyi qədər bir zənginlik verəcəkdir.”
[Kamalud Din, Biharül Envar]