barədə

Hörmətli Adnan Oktarın 22 dekabr 2013-cü il tarixli söhbətindən möminlərin arasını düzəltmək barəsində ayələrin şərhi.

ADNAN OKTAR: İndi şərh edəcəyim ayə eyni ilə namaz və oruc kimi Allahın fərz buyurduğu hökmlərdəndir.Allah, Ənfal surəsinin 1-ci ayəsində belə buyurur, şeytandan Allaha sığınıram: “Əgər möminsinizsə Allahdan qorxub-çəkinin, aranızı düzəldin, Allaha və Onun Elçisinə itaət edin.” Yəni, “əgər müsəlmansınızsa bir dəfə Allahdan qorxun.” Çünki, bəziləri “müsəlmanam” deyir, Allah da “əgər müsəlmansınızsa bir dəfə Allahdan qorxub-çəkinin, halala, harama, Allahın hökmlərinə diqqət yetirin” deyir. “..Aranızı düzəldin…” ayəsiAllahın hökmüdür. Müsəlmanların arasının pis olması haramdır. “… Allaha və Rəsuluna itaət edin…” Yəni Qurana tabe olun.

Ənfal surəsinin 46-cı ayəsində Allah belə buyurur:Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin.” Yəni haramdır. Donuz əti yemək kimi, şərab içmək kimi və yaxud qumar oynamaq kimi haramdır, həm də burada fitnə də var. “Fitnə qətldən də betərdir” (Bəqərə surəsi, 191)-deyir Allah. Yəni, indi sırf çəkişmə deyil, fitnə yaranmışdır. Fitnə qətldən, adam öldürməkdən də betərdir. Ona görə heç kim fitnə yaratmasın, aranı qızışdırmasın. Fitnəni qızışdıran yazılar yazmasınlar. Allah göstərməsin çox səhv olar.

Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!.” –buyurur Allah.Zəifləyər… ardı...