Bakteriyalar

Bakteriyalar arasındakı qüsursuz iş birliyi və nizam

www.yaratilisdelilleri.com

XXl əsrin əvvəlində kəşf edilən bioloji fakt belədir: Okean dibindəki palçıq təbəqəsində olan bəzi bakteriya və arxeyabakteriyalar metan istehlak edir və bizim üçün vacib əhəmiyyətə sahib bir fəaliyyəti reallaşdırırlar.

Bu mikroorqanizmlərin hər il təxminən 300 milyon tona qədər metan istehlak etdikləri güman edilir.

Mütəxəssislərə görə; “Bu miqdar, insanların kənd təsərrüfatı, zibil basdırma, ya da fosil yanacaq istifadə yollarıyla atmosferə atdıqları metan miqdarına bərabərdir.” Bu səbəbdən, bir zamanlar varlığı qeyri-mümkün sanılan bu metan yeyən canlıların indi planetin karbon dövranı baxımından çox əhəmiyyətli olduğu görülür.

Burada diqqət çəkici olan digər bir fakt da bəhsi keçən bakteriyalar arasındakı qüsursuz iş birliyi və nizamdır. Ancaq yaşadığımız əsrin texnologiyası ilə aydın olan bu iş birliyi belə yekunlaşdırıla bilər:

Bakteriyalar sayəsində (onlardan bəzi quruluşca fərqliliklər daşıyan) arxeyabakteriyalar oksigensiz mühitdə metanla bəslənə; arxeyabakteriyalar isə bakteriyaların ehtiyacı olan karbonu təmin edərlər.

vosstanovlenie-immuniteta-posle-antibiotikov_1Okeanların minlərlə metr dərinliklərində, oksigenin belə olmadığı palçıq təbəqəsində yaşayan bu gözlə görülməyən canlılar dayanmadan insanlar üçün çalışırlar.

Bu tək hüceyrəli canlıların yox olmaları vəziyyətində nələr olacağını düşünmək, bizim üçün əhəmiyyətlərini açıqca göstərir:

Bu mikroorqanizmlər ortadan qalxdıqları təqdirdə, açıq dənizlərin dibində olan böyük miqdardakı metan qazı atmosferə qarışar, istixana təsiri səbəbiylə qlobal istiləşmə baş verər, dünyanın hər yerindəki iqlim… ardı...