bədən
Mehdinin bədəni və səsi çox güclü olacaq
Hz. Rza (ə.s) Rayyan ibn Saltın, “Sən sahibül-əmrsənmi?” sualına belə cavab verdi: “Bəli, mən də sahibül-əmrəm (əmr sahibi), amma yer üzünü ədalətlə dolduracaq sahibül-əmr mən deyiləm. Vəd edilmiş qaim (hz. Mehdi) yetkin yaşlarda, amma gənc bir surətdə zühur edəcək. O QƏDƏR GÜCLÜDÜR Kİ; DÜNYANIN ƏN BÖYÜK AĞACINA DA ƏL UZATSA, ONU KÖKÜNDƏN ÇIXARIB ATAR, DAĞLAR ARASINDA FƏRYAD ETSƏ, SƏRT QAYALAR UN KİMİ OVULAR. Musanın əsası və Süleymanın üzüyü ondadır…. Allah dilədiyi zamana qədər onu gözdən uzaq tutar. Daha sonra zühur edər və yer üzünü əvvəldən zülmlə dolduğu kimi ədalətlə doldurar. (Bihar-ul Envar, cild 52, səh. 32; İsbat-ul Hudat, cild 6, səh. 19)
Rəvayətdə hz. Mehdinin fiziki cəhətdən, bir ağacı yerindən sökəcək qədər, səsiylə də qayaları un kimi ovulacaq hala gətirəcək qədər güclü olduğu ifadə edilmişdir. Burada hz. Mehdinin həqiqətən də bir ağacı yerindən sökəcək, ya da yalnız danışaraq dağları, qayaları parçalayacaq şəkildə fövqəlbəşər və metafizik bir gücə sahib olacağının nəzərdə tutulmadığı açıqdır.
Bu cür bir izahata xalq arasında da tez-tez rast gəlinir. İnsanlar fiziki cəhətdən güclü birini tərifləyərkən ümumiyyətlə, “aslan kimi adam”, “daşın suyunu çıxarar” kimi ifadələr istifadə edərlər. Ancaq bunlar həmişə bənzətmə mənası ilə istifadə olunur; yoxsa heç vaxt nəzərdə tutulan… ardı...
Hz. Mehdi (ə.s)-ın bütün bədəni geniş olacaq
Yəhya ibn Nufaldan, hətta Musa ibn Cəfər (ə.s) ikindi namazından sonra əllərini qaldırar və dua edər. Ondan kimin üçün dua etdiyini soruşdum. O, belə cavab verdi: Məhəmməd (s.ə.v) ailəsindən əl-Mehdi üçün və davam etdi: “GENİŞ QARINLIDIR, … BALDIRLARI ÇOX ENERJİLİDİR. ÇİYİNLƏRİ GENİŞDİR…, ONUN GECƏSİ ALLAHA BOYUN ƏYƏRƏK VƏ SƏCDƏ EDƏRƏK ULDUZLARA KEŞİK TUTACAQ, ONU GÜNAHLANDIRANLARIN ATTIĞI BÖHTANLAR ONA ALLAHIN HÜZURUNDA TƏSİR ETMƏYƏCƏK, O NURDUR, ALLAHIN ƏMRİ İLƏ ÇIXACAQ” (Bihar’ul Envar: 86-81)
Əbu Cəfər, İmam Məhəmməd Baqir (ə.s) həzrətləri yoluyla, Əhli-beytin lideri, həzrətləri, möminlərin əmiri (ə.s)-ın minbərdən söylədiklərini nəql etmişdir:
“AXIR ZAMANDA SOYUMDAN BİR ADAM ÇIXACAQ, … AÇIQ VƏ GENİŞ QARINLI OLACAQ, BUD SÜMÜKLƏRİ GENİŞ VƏ BÖYÜK, DİQQƏTƏ ÇARPAN OLACAQ, …” (İmam Hz. Mehdi (ə.s.)-ın Həyatı, Allame Bakir Şərif əl- Qureyşi)
Bir başqa hədisdə həzrəti Əli (ə.s) təkrar İmam Mehdi (ə.s)-dan bu sözlərlə bəhs edir:
“GENİŞ ALINLIDIR … AÇIQ VƏ GENİŞ QARINLIDIR, BUDLARI GENİŞDİR…” (Yenabi-ül Mevedde, səh. 423)
Peyğəmbərimiz (s.ə.v)-ın Axırzamanın ən böyük qütbü sahibi zaman hz. Mehdi (ə.s) ilə əlaqədar olaraq… ardı...
HZ. MEHDİ (Ə.S)-IN QIÇINDA BİR İZ VARDIR
HƏZRƏTİN- (HZ. MEHDİ (Ə.S)- IN) QIÇLARI GENİŞ, İRİ VƏ SAĞ QIÇINDA BƏDƏN RƏNGİNİN ƏKSİNƏ BİR İZ VAR. (Mucəm-ul Ehadisi İmam Mehdi cild: 4, səhifə 154 və Kamal-ud Din cild: 2, səhifə 376 və Bihar cild: 52, səhifə 322)
(HZ. MEHDİ (Ə.S)- IN) SAĞ QIÇINDA QARA BİR İZ (XAL) VARDIR. (Şeyx Məhəmməd İbn İbrahimi Numanı, Qeybəti Numanı səh. 251)
HZ. MEHDİ (Ə.S)- IN ALNINDA BİR İZ VARDIR
Humran İbn Ayan deyir ki, İmam Məhəmməd Bakır əleyhissalama belə ifadə etdim: …ALNINDA İZ VARDIR, ÜZÜNDƏ İSƏ LƏKƏ (XAL)... (Şeyx Məhəmməd İbn İbrahimi Numanı, Qeybəti Numanı səh. 252)
Humran İbn Ayan İmam Məhəmməd Bakir əleyhissalama deyir: … ALNINDA İZ VARDIR, ÜZÜ GÖZƏLDİR…” (Şeyx Məhəmməd İbn İbrahimi Numanı, Qeybəti Numanı səh. 252-253)
Əbu Basir deyir: İmam Məhəmməd… ardı...