ayələr

Kitab əhli ilə əlaqədar ayələr

Ənkəbut surəsi, 46

 

ALTUĞ BERKER: Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. “Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana  inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”

 

ADNAN OKTAR: Cübbəli, eşidirsənmi? Bax Allah “onlarla ən gözəl tərzdə mücadilə edin!” deyir. Asmaq, kəsmək, təhqir etmək, hücum etmək, söymək, alçaltmaq yoxdur. Allah qadağan edib. Sevgi ilə və şəfqətlə izah edəcəyik, inşaAllah.

 

 Ali-İmran surəsi, 64

 

ALTUĞ BERKER: “De ki: “Ey Kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə (tövhidə) tərəf gəlin! “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir qismimiz digər qismimizi Rəbb qəbul etməyək!”

 

ADNAN OKTAR: Allah onlara, tövhidə dəvəti bir ibadət olaraq söyləyir. Müsəlmanlara əmr etmişdir. Allah onların “La ilahə illəllah” deməsini bəyənir. Yəni xristianların “La ilahə illəllah” deməsini istəyir. Allah qatında o boş şey deyil. Bir mənası var. Allah onu əhəmiyyətli sayır və müsəlmanların onlara “La ilahə illəllah” dedirtməsini, vəsilə olmasını bir ibadət hesab edir. Bəziləri bunu boş şey sayırlar. Belə olmaz. Quranın hökmünə görə hərəkət edilməlidir.

images (5)

 

 

Axirətdə soruşulacaq Quran ayələri

ADNAN OKTAR: Məsələn, baxın, Ali-İmran surəsi, 103-cü ayədə Allah Təala buyurur, şeytandan Allaha sığınıram: “Allahın ipinə hamınız möhkəm sarılın. Dağılıb ayrılmayın”. Yoldaş mənə deyir ki, “Axırzamanda mehdiyyəti izah edirsiniz, islamı izah edirsiniz, axirətdə bunları bizdən soruşacaqlarmı?”. Ona axirətdə soruşulacaq sualları söyləyirəm. Ali-İmran surəsi, 103-cü ayə “Allahın ipinə hamınız möhkəm sarılın. Dağılıb ayrılmayın”. Adam oraya yellənərək gələcək və: “Mən Allahın ipinə də sıx sarılmadım, dağıldım, parçalandım”deyəcək. Dağılma, parçalanma nədir? Bölünmədir, ayrılmadır. Anti-Mehdi hərəkət deməkdir. Axirətdə bunun cavabını verəcəksən. Verə bilmədiyin halda nə edəcəksən?

 

Ali-İmran surəsi, 104: “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun. Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.” Bu birlik hz. Mehdi (ə.s) qrupudur, mehdiyyətdir. Belə bir birliyə kömək etmisənmi? Allah bunu soruşduğunda nə deyəcəksən? Bax, deyir ki; “yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun .”Bu birlik məni maraqlandırmadı” desən, axirətdə vəziyyətin nə olacaq? Açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.” (Ali-İmran surəsi, 105).

Sən məzhəblərə, təriqətlərə parçalanmısan, ayrılmısan, təriqətlər içində yenə qruplara, qruplar içində yenə qruplara… ardı...

 

… Bəli, yüzlərlə müqəddəs qəhrəmanları yetişdirən və minlərlə mənəvi komandirləri ümmətin başına keçirən və Quranın həqiqətlərinin mayasıyla, imanın nuru ilə və İslamiyyətin şərəfi ilə bəslənən  Peyğəmbərimiz (s.ə.v)-in ev xalqı,  ƏLBƏTTƏ AXIR ZAMANDA   İSLAM DİNİNİN, QURANİ-KƏRİMİN VƏ HZ. MƏHƏMMƏDİN SÜNNƏSİNİN CANLANDIRILMASIYLA, ELANI İLƏ, HÖKMLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ İLƏ BAŞ KOMANDİRLƏRİ OLAN BÖYÜK MEHDİNİN QÜSURSUZ ƏDALƏTİNƏ VƏ HAQQA UYĞUNLUĞUNU DÜNYAYA GÖSTƏRMƏK ÇOX MƏQBUL OLMAQLA  BƏRABƏR  ÇOX LAZIMLI, GƏRƏKLİ VƏ İCTİMAİ HƏYATDAKI PRİNSİPLƏRİN GƏRƏYİDİR . (Şüalar, 510)

 

 

1.  ƏLBƏTTƏ AXIRZAMANDA  İSLAM DİNİNİN, QURANI KƏRİMİN VƏ HZ. MƏHƏMMƏDİN SÜNNƏSİNİN CANLANDIRILMASIYLA , BAŞ KOMANDİRLƏRİ OLAN BÖYÜK MEHDİNİN  ….. (Şüalar, 510)

“Allahın köməyi və zəfər  gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman  Rəbbini həmd-səna ilə təqdis et  və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! ” (Nəsr Surəsi, 1-3)

 

 

 

 Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik. Belə ki, Allah, sənin keçmiş və gələcək (hər) günahını bağışlasın, üzərindəki nemətini tamamlasın və səni düz yola yönəltsin. Allah, sənə “üstün və şərəfli” bir zəfərlə kömək etsin. (Fəth Surəsi, 1-3)

 

 

 İbn Şirin Hz.Əli (r.ə)-dan rəvayət edir ki;  HZ. MEHDİ (ƏS)-IN BAYRAĞI ÜZƏRİNDƏ “BEYƏT… ardı...

 

“AÇILIB AĞARDIĞI VAXT GÜNDÜZƏ AND OLSUN” AYƏSİNDƏ GÜNDÜZLƏ ƏLAQƏLİ VURĞU HZ. MEHDİ (Ə.S)-A İŞARƏDİR.

Təfsirül-Qummi əsərindən Əhməd ibn İdris, Məhəmməd ibn Əbdülcabbar, İbn Əbu Uməyrə, Həmmad ibn Osman vasitəsilə Məhəmməd ibn Müslimdən rəvayət edir:

Əbu Cəfər, Məhəmməd Baqir əleyhissalama Allah Təalanın “Qaralıb ortalığı bürüdüyü zaman gecəyə and olsun!”, “Açılıb ağardığı vaxt gündüzə and olsun!” ayəsini oxuduğu zaman buyurdu:

“Gündüzlə əlaqəli vurğu biz Əhli-beytdən olan əl-Qaim Mehdi (ə.s)-dır. Zühur edəndə dəccaliyyətə qalib gələcəkdir. Allah Quranda insanlar üçün nümunələr vermiş və nəbisinə onunla xitab etmişdir. Bizdən başqa kimsə ondan xəbərdar deyil.”

(Məclisi, Bihərül-Ənvar, Beyrut, 1404, cild: 24, səh.: 71-72.)

 

HZ. MEHDİNİN ZÜHUR ZAMANI QƏFİLDƏN GƏLƏCƏKDİR

Kənzu Cəmiil-Fəvaidi və Təvilil-Ayətiz-Zahirəti əsərindən:

Məhəmməd ibn Abbas; Əli ibn Abdullah ibn Əsəd, İbrahim ibn Məhəmməd, İsmayıl ibn Bəşşər, Əli ibn Cəfər Hədrami vasitəsilə Zürarədən rəvayət edir:

Əbu Cəfər [Məhəmməd Baqir əleyhissalama] izzət və cəlal sahibi AllahınOnlar özləri də bilmədən qəfildən başlarının üstünü alacaq o saatdan (qiyamət saatından) başqa bir şeymi gözləyirlər?!” (Zuxruf surəsi, 66) ayəsinin mənasını soruşdum.

O da buyurdu:

“Nəzərdə tutulan şey əl-Qaimin (Mehdi əleyhissalam) zühur zamanıdır ki, onlara qəfildən gələcəkdir.” (Məclisi, Bihərül-Ənvar, Bəyrut, 1404, cild: 24, səh.: 124.)

ŞURA SURƏSİ 24-CÜ AYƏDƏ İŞLƏDİLƏN “HAQQI ÖZ… ardı...