asan
Adnan Oktarın 26 aprel 2011 A9 tv və Qaziantep Olay tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Bəli, Həcc surəsi, 78. “Allah adına” Allah rizası üçün, “…lazım olduğu kimi” baxın, lazım olduğu kimi, ən mükəmməl şəkildə “…mübarizə aparın.” Cəhd edin, cəhd göstərin. “O, sizləri seçmiş və din mövzusunda sizə bir çətinlik yükləməmişdir,” mövhumatçılıq və xurafat verməmişdir Allah sizə, deyir. Əziyyət çəkəcəyiniz, iztirab çəkəcəyiniz dini bir hökm yoxdur, dinin bütün hökmləri çox asandır, deyir Allah. “…atanız İbrahimin dini(ndə olduğu kimi). “Hz. İbrahim (ə.s)-ın dini də elə asan idi, deyir. Mövhumatçıların uydurduğu kimi, xurafatçıların uydurduğu kimi çətin bir din yoxdur, deyir Allah. “O (Allah) bundan daha əvvəl də, bunda (Quranda) da sizi “müsəlmanlar” olaraq adlandırdı;” adınız həmişə müsəlman idi, deyir. “…elçi sizin üzərinizə şahid olsun, siz də insanlar üzərinə şahidlər olasınız deyə.” 2026 tarixini verir. “Artıq düzgün namazı qılın,” nə edəcəyik? 5 vaxt tadil-i erkan ilə namazlarımızı Rəsulullah (s.ə.v)-in qıldığı kimi, gözəl şəkildə sünnəyə uyğun edəcəyik. “…zəkatı verin və Allahdan yapışın,” Qurandan yapışın mənasını verir. “…sizin Mövlanız Odur. Nə gözəl mövla və nə gözəl köməkçidir.” maşaAllah.
Ustadın Hz. Mehdi (ə.s.) olduğu iddiası tamamilə səhvdir
Yenə bəzi Nurçu qardaşlarımız axırzamanda bu üç vəzifəni yerinə yetirərkən Risaləi Nuru özünə proqram etməsinə görə, hz. Mehdi (ə.s)-ın etdiyi bütün işlərin Ustadın üzərinə düşəcəyini də iddia edirlər. Ustadın əsl memar olduğunu, hz. Mehdi (ə.s)-ın isə (haşa) bir inşaat ustası kimi hazır olan bir proqram üzərində vəzifəsini icra edəcəyini iddia edirlər. Bu səbəbdən hz. Mehdi (ə.s)-ın işinin guya çox asan olacağını eyham edərək, axırzamanın ən şiddətli zamanında vəzifəli olan gəlmiş-keçmiş ən böyük vəli və qütbü əzəm vəzifəsini sanki kiçik hesab edərmiş kimi yanaşırlar. Yenə eyni kəslər hz. Mehdi (ə.s)-ın Ustadın tələbəsi mövqeyində olacağını da ifadə edərək Risalələrə tamamilə tərs olan bir məntiq inkişaf etdirirlər. Halbuki Ustad, hz. Mehdi (ə.s)-ın qabaqcıl əsgəri, ona yer (zəmin) hazırlayan bir nəfəri, bir xidmətçisi olduğunu risalələrində çox açıq bir şəkildə ifadə etmişdir.
O, İRƏLİDƏ GƏLƏCƏK ƏCAİB (Çaşdıran və heyrət oyandıran şey; bənzəri görülməyən; qəribə) ŞƏXSİN BİR XİDMƏTÇİSİ VƏ ONA YER HAZIRLAYAN BİR DÜMDARI (Ordunun arxadan gələn təhlükəsizlik qüvvəsi) VƏ O BÖYÜK KOMANDİRİN PİŞDAR (qabaqcıl) BİR NƏFƏRİ (əsgəri) OLDUĞUMU ZƏNN EDİRƏM. … (Barla Lahiqəsi, səh. 162)
Bədiüzzaman Səid Nursi Həzrətləri Risalələrin heç bir yerində belə bir məntiq bidirməmişdir. Həmçinin, bu məntiqlə… ardı...
Mehdinin Bəddiüzzaman olduğu iddiası tamamilə səhvdir
Yenə bəzi Nurçu məzhəbindən olan qardaşlarımız axırzamanda bu üç vəzifəni yerinə yetirərkən Risaləi Nuru özünə proqram etməsi səbəbiylə hz. Mehdi (ə.s)-ın etdiyi bütün işlərin Ustada düşəcəyini də iddia edirlər. Ustadın əsl memar olduğunu, hz. Mehdi (ə.s)-ın isə haşa bir inşaat ustası kimi, hazır olan bir proqram üzərində vəzifəsini icra edəcəyini iddia edirlər. Bilavasitə də hz. Mehdi (ə.s)-ın işinin guya çox asan olacağını fikirləşərək, axırzamanın ən şiddətli dövründə vəzifə alacaq olan gəlmiş-keçmiş ən böyük vəli və qütbü əzəm (dövrünün ən böyük, ən mübarək şəxsi) vəzifəsini, sanki kiçik hesab edərək yanaşırlar. Yenə eyni kəslər hz. Mehdi (ə.s)-ın ustadın tələbəsi mövqeyində olacağını da ifadə edərək Risalələrə tamamilə tərs düşən bir məntiqdədirlər. Halbuki Ustad hz. Mehdi (ə.s)-ın bir qabaqcıl əsgəri, ona yer hazırlayan, zəmin quran bir xidmətçisi olduğunu risalələrində çox açıq bir şəkildə ifadə etmişdir.
LAKİN, (ÖZÜMÜN) O İRƏLİDƏ GƏLƏCƏK OLAN, ƏCAİB (Çaşdıran və heyrət oyandıran şey; bənzəri görülməyən; qəribə), MÜBARƏK ŞƏXSİN BİR XİDMƏTÇİSİ VƏ ONA ZƏMİN HAZIRLAYAN BİR DÜMDARI (əsgəri, ordunun geridən gələn təhlükəsizlik qüvvəsi) VƏ O BÖYÜK RƏHBƏRİN PİŞDARI (qabaqcıl əsgəri) OLDUĞUMU ZƏNN EDİRƏM. … (Barla Lahikası, səh. 162)
Bədiüzzaman Səid Nursi Həzrətləri Risalələrin heç bir yerində belə bir məntiq bidirməmişdir. Həmçinin, bu məntiqlə… ardı...
Allah asan olanı əmr etmişdir
İnsanların bir çoxunun din haqqındakı məlumatları, uşaqlıqlarından etibarən ətraflarından əldə etdikləri məlumatlara söykənir. Dini həqiqi qaynağından, yəni Qurandan öyrənmədikləri üçün də din adı altında bir çox xurafata, əsassız inanca qapılarlar. Bu inancların ən təhlükəlilərindən biri isə, dini yaşamağın çətin olduğu şəklindəki həqiqətə uyğun olmayan inancdır.
Tarix boyunca, dini özündən kənarlaşdırmağı məqsəd qoyan və dinin yaşanmasına maneə törətmək üçün müxtəlif üsulları sınayan kəslər, dinə bir çox çətinləşdirici əməl və xurafat qatmağa çalışmışlar. Öz törətdikləri əməllər üzündən bilərək və ya bilməyərək insanların dindən uzaqlaşmalarına səbəb olmuşlar. Halbuki, Allahın Quranda bildirdikləri və Peyğəmbər Əfəndimizin sünnəsi bizə dinin yaşanmasının səmimi insanlar üçün son dərəcə asan olduğunu öyrədir.
Əvvəlcə bunu ifadə etmək lazımdır ki, Allah kainatdakı hər şey kimi insanı da yoxdan var etmişdir. İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah, dini də insanın yaradılışına uyğun yaratmışdır. Allah bir ayəsində insanın din ilə fitrətinə (yaradılışına) ən uyğun olana çağırıldığını belə xəbər verir:
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum Surəsi-30)
Rəbbimizin şəfqət və mərhəməti olaraq əsrlər boyu… ardı...