ara

Hz. Mehdi (ə.s) dünyanı pisliklərdən və zalım fəlsəfələrdən qurtaracaq

Möminlərin əmiri (s.ə.v) öyüdlərində bizə bu müjdəni verdi ki, dünya pislərdən təmizlənəcək və islah olacaq, zalım hökmdara qarşı döyüş (fikri mübarizə) səkkiz ay davam edəcək sonra sevgi və sülh hakim olacaq.

(El-Sahife El-Mehdiye’den Seçme Dualar, Seyyid Murtaza Müçtehidi Sistani, sf. 69)

 

7de6045deaae9a4331337a2362795baq8Hz. Mehdi (ə.s)-ın üç böyük vəzifəsindən biri olan darvinizm və materializmlə apardığı fikri mübarizə nəticəsində dünya üzərində bu fəlsəfələrin nəticəsi olan zalımlıq, mərhəmətsizlik, sevgisizlik kimi insan fitrətinə zidd olan tətbiqlər sona çatacaq. Ölkələri və insanları din əxlaqını yaşamaqdan, bir-birlərini sevməkdən, mərhəmət göstərməkdən, bir-birləriylə xoş münasibətdən, bir-birlərinə din əxlaqına uyğun gözəl davranmaqdan saxlayan cərəyanlar sona çatacaq. İnsanları materialist, Allah inancı olmayan, mənəvi dəyərlərini itirmiş, degenerasiya həyatı yaşamağa məcbur edən bu fəlsəfələr və bunların tətbiq edənləri hz. Mehdi (ə.s)-ın vəsiləsi ilə fikirlə təsirsiz olacaqlar. Dünya üzərində böyük bir sevgi və sülh mühiti yaşanacaq, ölkələr və insanlar arasında dərin dostluq, qarşılıqlı yardım, birlik və bərabərlik ruhu hakim olacaq.

 

Hz. Mehdi (ə.s.) insanların arasında olduğu halda şəxsiyyəti gizli qalacaqdır

…HƏM GİZLİDİR, HƏM SƏNİN QARŞINDA OTURUR. O, NURA BƏNZƏR… ONDAN AŞAĞI OLAN VƏLİ DƏ ONUN ŞAMIDIR. (Mövlana, beyt II, 815-820)

 54abmf

Mövlana həzrətləri, hz. Mehdi (ə.s)-ın insanlarla bir yerdə olacağına diqqət çəkmişdir. Ancaq insanların da onunla qarşı-qarşıya olmalarına baxmayaraq hz. Mehdi (ə.s)-ı tanımayacaqlarını, onlara gizli qalacağını söyləmişdir. Onun bir altında olan vəli insanların da ən böyük qütb, vəliyi-əsr (əsrin vəlisi, zamanın tək hakimi) və ən böyük müctəhid olan hz. Mehdi (ə.s)-ın şamları olacağına yəni işıqları ilə ona köməkçi olacaqlarına işarə etmişdir.