ara düzəltmək

Adnan Oktarın 21 iyun 2011 A9 Tv və Kaçkar Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Ya Allah, Bismillah! Şeytandan Allaha sığınıram. Nəhl surəsi, 91; “Əhdləşdiyiniz zaman, Allahın əhdini yerinə yetirin.” Nəhl surəsi, 74; “Andlarınızı öz aranızda, pozğunluq məqsədi etməyin; sonra sağlam olan ayaq sürüşər və Allahın yolundan döndərdiyiniz üçün pisliyi dadarsınız. (Həm də) Böyük əzab da sizin üçündür.” Məsələn, sevdiyi yoldaşı var, “ömür boyu onunla görüşməyəcəyimə and içirəm” deyir. Belə şey olar mı? Quranda küsmək yoxdur, “aralarını düzəldin” deyir Allah, haramdır. Sən “ömür boyu danışmayacağam” deyə and içirsən. Belə and olmaz, o andı pozacaqsan. Quranın, bu ayənin hökmünə görə pozması lazımdır. Yəni küsmək üçün and olmaz.

bankoboev-ru_koran_svyaschennaya_kniga_musulman

 

Hörmətli Adnan Oktarın 19 dekabr, 2013-cü il tarixli söhbətindən möminlərin arasını düzəltmək ilə əlaqəli ayələrin şərhi.

ADNAN OKTAR: Allah Hücurat surəsi, 10-cu ayədə buyurur: “Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!”

“Hamınız Allahın ipindən yapışın”, yəni islama, Qurana hamınız, bütün müsəlmanlar sarılın. “Parçalanıb ayrılmayın” Camaatlara, qruplara ayrılmayın, param-parça olmayın. “Və Allahın sizin üzərinizdəki nemətini xatırlayın” Şeytandan Allaha sığınıram; “siz bir-birinizə düşmən idiniz Bir-birinizə həsəd edən, bir-biriylə mübarizə edən düşmənlər idiniz.  “O, sizin qəlblərinizi birləşdirdi” Deməli, ürəklərin arasını uzlaşdırmaq, birləşdirmək, isindirmək lazımdır. Allah qullarını vəsilə edir, inşaAllah. “Və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz.” Deməli möminlər qardaşlar olaraq sabahlamalıdırlar. “Siz odlu bir uçurumun lap kənarında idiniz.” Məsələn, hal-hazırda müsəlmanlar islam aləmini  yox etmək istəyirlər. Möminlər odlu bir uçurumun kənarındadırlar. İslamofobiya məşhurdur, hər yerdə müsəlmanları kütlə halında öldürürlər, şəhid edirlər. “Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi.” Allah mehdiyyətlə qurtaracaq inşaAllah. “Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.” (Ali-İmran surəsi, 103) Yəni mehdiyyət onsuz da hidayətə vəsilə olma mənasını verir.

Ənfal surəsi, 1-ci ayə, şeytandan Allaha sığınıram, Allah “Əgər möminsinizsə”… ardı...

 

Hörmətli Adnan Oktarın 22 dekabr 2013-cü il tarixli söhbətindən möminlərin arasını düzəltmək barəsində ayələrin şərhi.

ADNAN OKTAR: İndi şərh edəcəyim ayə eyni ilə namaz və oruc kimi Allahın fərz buyurduğu hökmlərdəndir.Allah, Ənfal surəsinin 1-ci ayəsində belə buyurur, şeytandan Allaha sığınıram: “Əgər möminsinizsə Allahdan qorxub-çəkinin, aranızı düzəldin, Allaha və Onun Elçisinə itaət edin.” Yəni, “əgər müsəlmansınızsa bir dəfə Allahdan qorxun.” Çünki, bəziləri “müsəlmanam” deyir, Allah da “əgər müsəlmansınızsa bir dəfə Allahdan qorxub-çəkinin, halala, harama, Allahın hökmlərinə diqqət yetirin” deyir. “..Aranızı düzəldin…” ayəsiAllahın hökmüdür. Müsəlmanların arasının pis olması haramdır. “… Allaha və Rəsuluna itaət edin…” Yəni Qurana tabe olun.

Ənfal surəsinin 46-cı ayəsində Allah belə buyurur:Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin.” Yəni haramdır. Donuz əti yemək kimi, şərab içmək kimi və yaxud qumar oynamaq kimi haramdır, həm də burada fitnə də var. “Fitnə qətldən də betərdir” (Bəqərə surəsi, 191)-deyir Allah. Yəni, indi sırf çəkişmə deyil, fitnə yaranmışdır. Fitnə qətldən, adam öldürməkdən də betərdir. Ona görə heç kim fitnə yaratmasın, aranı qızışdırmasın. Fitnəni qızışdıran yazılar yazmasınlar. Allah göstərməsin çox səhv olar.

Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!.” –buyurur Allah.Zəifləyər… ardı...