Allah

 

Allah qiyaməti hz. Mehdi (ə.s.)-a görə dayandırır

Hədisdə, ‘Dünyadan bir gün belə qalsa, Allahu Təala o günü uzadıb mənim əhli-beytimdən birini (hz. Mehdi (ə.s.)-ı), dünyaya hakim etmək üçün göndərəcək.’ buyrulmuşdur. (Əl-kavlul muhatasar fi əlamət-el mehdiyy-il muntazar, hədis nömrə 37)

 

ADNAN OKTAR: Rəsulullah  (s.ə.v.) fərman etdi, “Dünyadan bir gün belə qalsa, qiyamət qopmağa bir gün belə qalsa, Allahu Təala qiyaməti dayandırıb, o günü uzadıb mənim əhli beytimdən Məhəmməd Mehdi (ə.s.)-ı dünyaya hakim etmək üçün göndərəcək” buyurmuşdur. Allah,  Mehdi (ə.s.) üçün qiyaməti dayandırır. Qiyamətin təxirə salınmasına vəsilə olan bir insana insanlar düşmən olur, qəbul edənlərsə 313 nəfərdir. Həbs edilir, əziyyət edilir, təhqir görür, 313 adam qalır. Başqa tələbəsi yoxdur. Amma, qiyamət də onun səbəbiylə dayandırılır. Dünyanın ondan daha xəbəri yoxdur. Allah dünyanı onun hörmətinə davam etdirir, dünyanın ondan xəbəri olmadığı kimi birdə düşmənçilik edirlər.

1301068881_cennet-bahcesi-gibi

 

Allah asan olanı əmr etmişdir

İnsanların bir çoxunun din haqqındakı məlumatları, uşaqlıqlarından etibarən ətraflarından əldə etdikləri  məlumatlara söykənir. Dini həqiqi qaynağından, yəni Qurandan öyrənmədikləri üçün də din adı altında bir çox xurafata, əsassız inanca qapılarlar. Bu inancların ən təhlükəlilərindən biri isə, dini yaşamağın çətin olduğu şəklindəki həqiqətə uyğun olmayan inancdır.

Tarix boyunca, dini özündən kənarlaşdırmağı məqsəd qoyan və dinin yaşanmasına maneə törətmək üçün müxtəlif üsulları sınayan kəslər, dinə bir çox çətinləşdirici əməl və xurafat qatmağa çalışmışlar. Öz törətdikləri əməllər üzündən bilərək və ya bilməyərək insanların dindən uzaqlaşmalarına səbəb olmuşlar. Halbuki, Allahın Quranda bildirdikləri və Peyğəmbər Əfəndimizin sünnəsi bizə dinin yaşanmasının səmimi insanlar üçün son dərəcə asan olduğunu öyrədir.

Əvvəlcə bunu ifadə etmək lazımdır ki, Allah kainatdakı hər şey kimi insanı da yoxdan var etmişdir. İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah, dini də insanın yaradılışına uyğun yaratmışdır. Allah bir ayəsində insanın din ilə fitrətinə (yaradılışına) ən uyğun olana çağırıldığını belə xəbər verir:

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum Surəsi-30)

Rəbbimizin şəfqət və mərhəməti  olaraq əsrlər boyu… ardı...

 

Allahın yaratdığı imtahan çox asandır

Din əxlaqından uzaq yaşayan insanlar həyatları boyunca özləri üçün müxtəlif  hədəflər təyin edirlər. Bu hədəflərin ortaq nöqtəsi  isə, ümumiyyətlə, sadəcə dünya həyatına istiqamətli olmalarıdır. Məsələn, mütəxəssis bir həkim, müvəffəqiyyətli bir mühəndis, yaxşı bir ata, çoxlu pul qazanan bir iş adamı, ya da  dünya səviyyəsində məşhur bir sənətçi olmaq və digərləri, bir çox insanın ən böyük ideallarından sayıla bilər. Bunların xaricində, daha bir çox sahədə insanlar müvəffəqiyyəti, xoşbəxtliyi və rahat bir həyatı əldə edə bilmək üçün çalışır, səy göstərir, bəzən müxtəlif fədakarlıqlar edirlər və öz fikirlərinə görə “bir yerlərə gəlməyə” çalışırlar. Nəticədə, başları bu işlərə qarışır və dünyada olmalarının əsl məqsədini unudur və ya görməməzlikdən gəlirlər.

Halbuki, hər insanın bütün həyatını və bir gün mütləq öləcəyini düşünərək özünə bəzi suallar verməsi vacibdir. “Mən bu dünyaya nə üçün gəlmişəm?”, “Mövcud olmağımın səbəbi nədir?” “(Nümunə olaraq) Bəlkə yaxşı bir memar olub çoxlu sayda bina dizaynı etdim, zəngin oldum, mal-mülk sahibi oldum, bir ad-san qazandım, tanındım, amma bütün bunlar mənə nə qazandırdı? Ölümümdən sonra bunlardan hansının bir mənası olacaq? Dünyada tərk etdiklərimin mənə axirətdə nə kimi bir faydası olacaq? Həyatım yalnız  bu dünya həyatımdan ibarətdirmi? ” Bunlar, hər insanın ölüm gəlib çatmazdan  əvvəl soruşmalı… ardı...