Allah eşqi

ADNAN OKTARIN ADIYAMAN ASU TV-dəki CANLI SÖHBƏTİ

(18 APREL 2011; 22:00)

ADNAN OKTAR: Məsələn, Əhzab surəsi, 50-ci ayə. “Şeytandan Allaha sığınıram. “”Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Sonuncu digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. Belə etdik ki, sənə bir çətinlik olmasın. Allah Bağışlayandır, Rəhmlidir.

Allah çox bağışlayandır, çox mərhəmətlidir” deyir. Sevda xanımın bu mövzudakı tələbi doğrudur. Çünki ən çox üzərində dayandıqları, hətta bir çox müsəlman bilinən adamın da, haşa, utandığı bir ayədir. Gizlətməyə çalışarlar, bağlamağa çalışarlar, bir qisminin başları o qədər işləmədiyindən olur; bir qismi cahilliyindən söyləyir, bir qismi də səmimiyyətsizliyindən söyləyir.

Məsələn, bu ayə başlamadan əvvəl, 45-ci ayədə, şeytandan Allaha sığınıram; “Ey Peyğəmbər, həqiqətən, Biz səni bir şahid, bir müjdə verici və bir xəbərdar edən olaraq göndərdik”—2034. “Və Öz icazəsiylə Allaha çağıran və nur saçan bir çıraq olaraq (göndərdik)”—1417. 1997 tarixini verir, 2034 tarixini verir ayə. “Möminlərə müjdə ver; həqiqətən, onlar üçün Allahdan böyük bir fəzl vardır”. 2005 tarixini verir. Müntəzəm,… ardı...