alim
Dünyanın ömrünün 7000 il olduğuna bağlı səhih hədisləri kitabında nəql etmişdir
1. Böyük Əhli-sünnə alimi Suyuti həzrətləri; Əlkəsfu An mücavəzəti Hazihilummə əl Əlf və Əlluma fi Əcvibəti əl-Əsilə adlı əsərinin (imam Cəlaləddin Suyuti, şərh və Təhqi: Səid Məhəmməd Lahham, Beyrut-Livan) ərəbcə orijinalında Peyğəmbərimiz (s.ə.v)-in hədisi şəriflərinə yer vermişdir. Bu əsərin 10-cu səhifəsində qeydə alınmış aşağıdakı iki hədisdə Peyğəmbərimiz (s.ə.v), dünyanın ömrünün 7000 il olduğunu açıq bir şəkildə bildirmişdir. Bu hədislər hər hansı bir adam tərəfindən deyil, Əhli-sünnə üləmasının böyük alimlərindən olan Suyuti həzrətləri tərəfindən nəql edilmişdir:
Əmr ibn Yəhya, əns haqqında Əlala ibn Zeydə bildirdik: Allah ondan razı olsun dedi ki: Allahın Rəsulu (s.ə.v) dedi ki: dünyanın ömrü axirət günlərindən yeddi gündür. Uca Allah dedi ki: Həqiqətən sənin rəbbinin dərgahında bir gün sizin saydığınız illərdən min il kimidir.1
Ettəbərani Əlkəbiyr də dedi ki: Əhməd ibn Ənnadril əsgəri və Cəafər ibn Məhəmmədul Əryaniyə (və ya uryani də ola bilər) bildirdik (xəbər verdik) ikisi də dedilər ki: Əlvəliyd ibn Əbdül Məlik ibn Sərhul Səhraniyə xəbər verdik, Süleyman ibn Ataul Qüreyşilhərbiyə xəbər verdik, Sulləmətu ibn Əbdüllahil Cəhni haqqında Əmr ibn əbi Şəcəati ibn Rabiil Cəhni haqqında Əddəhhaq ibn Zəmlil Cəhni dedi ki: Bir yuxu gördüm, onu Rəsulullah (s.ə.v)-ə… ardı...
• Peyğəmbər (s.ə.v) qiyamət əlamətlərindən biri olaraq elmin ortadan qalxıb cəhalətlə əvəz olunacağını söyləmişdir: Allah Təala elmi sizə lütf etdikdən sonra (yaddaşınızdan) zorla çəkib almaz. Lakin alimləri elmləri ilə birlikdə cəmiyyət içindən çəkib alar, ruhlarını təslim edər. Artıq qara cahil zümrə qalar. Xalq bunlardan dini ehtiyaclarına uyğun suallar soruşar, onlar da (ayə, hədis fərqi olmadan) öz düşüncə və arzularına görə qərar verib, həm özlərini, həm də başqalarını azdırarlar. (Buhari Tecrid-i sarih: 2174)
• “Dəccala İsfəhan yəhudilərindən yaylıqlı (sarıqlı və cübbəli) yetmiş min adam tabe olacaq. (Müslim, Et-Tac Ali Nâsıf el-Hüseynî, c.5/s.627)
• “Ümmətimdən başı sarıqlı yetmiş min alim dəccala tabe olacaq”.
(Mevsuatu’s sunne, El-kütüb’s-sitte ve Şüruhuha 22, Müsnedu, Ahmed B. Hanbel 3-4, Tunus: Daru Sahnun, 1992. 22.c, sf.224)
• Rəsulullah (s.ə.v): Ümmətimdən başları sarıqlı 70 min adam dəccala tabe olacaq. (Ebu Bekir Abdürrazzak b. Hemmam, Abdürrazzak es San’ani , El Musaannef, XI, 393)
• Qiyamətdə bir din adamı cəhənnəmə atılar. Tanışları soruşarlar: “Sən dünyada dinin əmrlərini yayırdın. Nə üçün bu əzaba düçar oldun?”. O da cavab verər: “İnsanlara günahdır, etməyin deyirdim, amma özüm edərdim. “Edin” dediklərimi də etməzdim. Bunun cəzasını çəkirəm”. [Buxari ]
• Elə bir zaman gələr ki, alimlər… ardı...
(Səh.503, 447, Ahmed b-Hanbel, el-Kütübs-Sitte ve Süruhuha, Müsnedu)
“ÜMMƏTİMDƏN BAŞI SARIQLI YETMİŞ MİN ALİM DƏCCALA TABE OLACAQ.”
(Əl-kütübs-sitte və süruhuha, müsnedu Əhməd b-Hənbəl 3-4, Tunis: Darı Sahnun, 1992. 22-ci cild. səh. 503,44, 393; Əbu Bəkir Abdürrazzak b. Hemmam, Abdürrazzak əs Sananı ƏL- MUSAANNAF )
Rəsulullah (s.ə.v) buyurur: “ÜMMƏTİMDƏN BAŞLARI SARIQLI 70 MİN ADAM DƏCCALA TABE OLACAQ.”
(Əbu Bəkir Abdürrazzak b. Hemmam, Abdürrazzak əs Sananı , Əl Musaannef, XI, 393)
Allahın yaratdıqlarından ən çox sevmədiyi iki adam: Birisi dəlalətə düşmüş, doğru yolda getməkdən imtina etmiş, həqiqi yoldan azmış, başıboş bir hala gəlmişdir. Sonradan uydurulan şeyləri tərifləyər, onlarla əylənər, xalqını da azğınlığa sürükləyib yoldan çıxarar. Özünə uyub azanlar üçün bir fitnədir, özündən əvvəlkilərin yolundan azmışdır. Yaşayarkən də, ölümündən sonra da özünə uyanları azdırar. Həm başqalarının günahlarını, həm də öz günahlarını daşıyır. O birisi də, məlumatsızlığı, cahilliyi nəfsində yığmış kəsdir ki, məlumatsızların, cahillərin yollarını azdırar. Uzlaşdırmada kordur, haqqı görmür. Tanımayanlar ona mütəfəkkir (düşünən) adını qoyarlar. Halbuki, məlumatdan xəbəri belə yoxdur. Gecəni səhərə qədər oyaq qalıb xeyri az olan şeyləri toplamışdır. Sonunda murdar, iylənmiş suyla qarınını şişirər, dəyərsiz şeyləri yığar və yığdıqlarını xəzinə zənn edər. İnsanların arasında, özündən başqalarını şübhəli şeylərdən qurtarmağı vəzifəsi bilərək hökm verməyə çalışar. Barəsində bilmədiyi şeylər haqqında soruşulduqda axmaq sözlər deməyə başlayar. Özü şübhə içində ola-ola qəti hökm verər və düşdüyü hal, hörümçək toruna düşmüş ağcaqanada bənzəyər. Verdiyi hökmün doğru və ya səhv olduğunu özü də bilməz. Doğru hökm veribsə, səhv olmasın deyə qorxar, səhv hökm veribsə, doğru olmasını ümid edər. Məlumatsızdır, məlumatsızlıq zülmətində səndələyərək yeriyib gedər. Heç bir məlumata diş vurmayıb (maraqlanmayıb), dişi… ardı... |