Ali İmran surəsi 191

Hörmətli Adnan Oktarın 11 sentyabr, 2013-cü il tarixli söhbətindən Ali-İmran surəsi ilə əlaqədar şərhləri.

GÜLŞAH GÜÇYETMEZ: Şeytandan Allaha sığınıram: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!.”

ADNAN OKTAR: “Göylərin və yerin yaradılışı haqqında.”-deyilir ayədə. Hansı elm sahələri buna aiddir? Astronomiya, coğrafiya, paleontologiya, arxeologiyadır. Allah bütün elm sahələrini araşdırmağı fərz etmiş. Necə araşdırmaq lazımdır? Quranda nəzərdə tutulan dərin və əhatəli araşdırmaq lazımdır, səthi araşdırma deyil. Bu, Allahın sənətini dərk etməyə, tanımaq üçün buyrulan bir əmrdir. “Göylərin və yerin.” Yerdə heyvanlar, bitkilər, mikroblar, bakteriyalar hər şey araşdırılmalıdır. Göydə də, meteoritlər daxil olmaqla hər şey araşdırılmalıdır. Yerin quruluşu araşdırılmalıdır. Allah bunu müsəlmanlara fərz etmiş. Elmin fərz olduğunu yüzlərlə ayədən anlayırıq.

Ramadan-2013-Al-Quran-HD-Wallpaper

 

Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)

Ayədə möminlərin həyatlarının hər anında Allahı zikr etdikləri xəbər verilir. Möminlər həyatlarının hər anında Allahın razılığını güdər və daim Allahı düşünərlər. Allahın özlərini hər an eşitdiyinin, gördüyünün, ürəklərindən keçənləri belə bildiyinin şüurunda olduqları üçün həmişə Onu məmnun etməyə çalışarlar. Hər an aralarında Allah ilə bir əlaqə vardır. Möminlər üçün Allahı zikr etmək “ən böyük ibadətdir”. (Ənkəbut Surəsi, 45) Möminlər həyatları boyunca bu cür şüurlu hərəkət edərlər. Allahı zikr etmək isə düşünərək və bu düşüncələrini dilə gətirərək olar. Allahın onlara verdiyi nemətləri tək-tək düşünər və nə qədər böyük bir rəhmət içində olduqlarını fərq edərlər. Bu da Allaha olan sevgilərini artırar.

 

Ayənin davamında möminlərin baxdıqları hər yerdə Allahın bənzərsiz yaratmasını gördüklərinə diqqət çəkilir. Kainatdakı canlı-cansız bütün varlıqlar, Allahın üstün yaratma gücünü, sənətini, elmini dərin-dərin təfəkkür etməyimiz üçün yaradılmışlar. Bunların heç biri boşuna yaradılmamışdır. Kainatın hər yeri Allahın yaradılış möcüzələri ilə doludur. Möminlər bitkilərdə, heyvanlarda, dənizlərdə, səmada, kosmosda, torpaqda və ətraflarındakı hər təfərrüatda Allahın təcəllilərini görərlər. Uca Allahın bütün bunları çox üstün bir yaradılışla yaratdığını düşünürlər. Ayədə də bildirildiyi kimi iman gətirənlər bu həqiqətin fərqindədirlər, bütün bunlar üzərində düşünüb Allahın üstün yaratmasını və Ucalığını dayanmadan təsbih edərlər.

 

İman edənlər… ardı...