Ali İmran surəsi 134

Allah ayədə möminlərin qəzəblərini boğduqlarını və haqlı olduqları vəziyyətlərdə belə bağışlayıcı olduqlarını xəbər verir.

 

“Əfvedici və bağışlayıcı olmaq” Quranda tövsiyə edilən gözəl əxlaq xüsusiyyətlərindəndir. Quran əxlaqından uzaq yaşayan kəslər üçün bağışlamaq son dərəcə çətindir. Çünki bu kimi kəslər edilən bir səhv qarşısında dərhal hirslənərlər. Hirs, insanın əqli funksiyalarını pərdələyən, hadisələri sağlam qiymətləndirib doğru qərar verməsinə maneə törədən bir faktordur. Müəyyən vəziyyətlərdə insanın qəzəblənməsi yaradılışından qaynaqlanan bir davranış olsa belə gözəl olan, bu halı davam etdirməyib, onu məğlub etməkdir. Bağışlayıcılıq, xoş münasibət, səbir, sevgi kimi üstün əxlaq xüsusiyyətlərindən uzaq həyat yaşayan insanlar bir-birlərinə qarşı asanlıqla hirslənib və kin duya bilirlər. Halbuki möminlər, özlərinin tamamilə haqlı olduqları və qarşı tərəfin tamamilə haqsız olduğu bir vəziyyətdə belə heç tərəddüdsüz bağışlaya bilərlər. Çünki iman gətirənlər, yaşadıqları hər hadisənin Allahın izni ilə reallaşdığını və hər şeyin bir qədər üzərinə yaradıldığını bilərlər və davranışlarını bu şüurla təyin edərlər.

 

Möminin qəzəbini məğlub etməsi, qəzəbə səbəb ola biləcəyi müxtəlif səhvlərdən və zərərlərdən qorunmasına da vəsilə olar. Hirsi məğlub etmək və bağışlamaq, başda daxili dincliyə səbəb olmaqla bərabər çətin və gərgin ruh halını dincliyə və rahatlığa çevrilməsini də təmin edər. Bu səbəblə, möminlər hirslənməkdən böyük bir diqqətlə çəkinər və hər vəziyyətdə üstün bir əxlaq göstərərlər. Quranda “Kim səbir edər və bağışlasa, şübhəsiz bu, əzmə dəyər işlərdəndir.” (Şura surəsi, 43) ayəsiylə bağışlamanın üstün bir əxlaq xüsusiyyəti olduğu bildirilmişdir. Quranı və Peyğəmbər əfəndimiz (s.ə.v)-in sünnəsini özləri üçün rəhbər edən möminlər, Allahın sonsuz rəhmətinə və cənnətinə qovuşa bilmək üçün bağışlayıcı olmaqla yanaşı Quranın bütün hökmlərini dəqiqliklə yerinə yetirməyə çalışırlar.

kurani-kerimdeki-kalp-mucizesi_460x340scale