Ali İmran surəsi 102

Allahdan Ona layiq olan tərzdə qorxun…. (Ali İmran surəsi, 102)

Ayədə Allah qorxusunun əhəmiyyəti bildirilmişdir. Necə ki, Quran əxlaqı  Allah rizası və qorxusu üzərinə qurulmuşdur. Allahdan lazımi qədər qorxanlar və yalnız Allahın razılığını axtaranlar din əxlaqını səmimi olaraq yaşaya bilərlər.

 

“Allahdan necə qorxub çəkinmək lazım olduğu” Quranda son dərəcə açıq və təfərrüatlı xəbər verilmişdir. Möminin Allah qorxusu:

• Son dərəcə səmimi və hörmət dolu bir qorxudur.

• Digər qorxular kimi insana çətinlik və əzab verən bir qorxu deyil. Tamamilə əksinə, insana qul olduğunu və acizliyini xatırladan, onun ağlını və şüurunu açıb inkişaf etdirən, insanı üstün bir əxlaq səviyyəsinə çatdıran və Allaha yaxınlaşdıran hörmət dolu bir qorxudur.

• Möminin axirətə olan həsrətini artıran, ümid və şövqünü alovlandıran, onu pisliklərdən uzaqlaşdırıb, Allahın razılığına, rəhmətinə və cənnətinə yaxınlaşdıran, buna görə də çox böyük mənəvi həzz ehtiva edən bir duyğudur.

• Mömini Allahın sərhədlərini qorumaqda, Allahın razılığını qazanmaqda son dərəcə yüksək bir şüura, diqqətə və tələbkarlığa çatdırar.

 

Mömin Allahdan qorxarkən Allahın şəfqətini, mərhəmətini, bağışlayıcılığını;  Onun nemətlər lütf edən, tövbələri qəbul edən olduğunu da xatirindən çıxarmaz. Bu da hiss etdiyi səmimi qorxuyla birlikdə, digər tərəfdən də içində çox güclü bir ümid daşımasına səbəb olur. İçindəki Allah qorxusu Allahın bu sifətlərini də… ardı...