əvvəl

Mehdi (ə.s)-dan əvvəl xalqın başına fəlakətlər, fitnələr və bəlalar gələcək

Ey Əbu Həmzə! QAİM ƏLEYHİSSALAM YALNIZ XALQIN BAŞINA ŞİDDƏTLİ QORXU, ZƏLZƏLƏLƏR, FİTNƏLƏR VƏ BƏLALAR GƏLDİYİ DÖVRDƏ ZÜHUR EDƏCƏK və bundan əvvəl taun xəstəliyi yaranacaq, ərəblərin arasında kəskin bir qılınc zühur edəcək və xalqın arasında şiddətli ixtilaflar, dinlərində ayrılmalar və parçalanmalar yaranacaq, buna görə də vəziyyətləri çox dəyişəcək.”  (Şeyx Məhəmməd İbN. İbrahim – i Numani, Qeybəti- Numani s.274)

 

Sonra belə buyurdu: “Qaim zühur etməmişdən əvvəl xalqda ŞİDDƏTLİ QORXU OLACAQ, XALQIN BAŞINA FƏLAKƏT, FİTNƏ VƏ BƏLALAR GƏLƏCƏK.”  (Şeyx Məhəmməd ibn. İbrahim – i Numani, Qeybəti- Numani s.301)

 

“BELƏ Kİ, XALQ DƏRDLƏRİNİN BÖYÜKLÜYÜNÜ VƏ BİR-BİRLƏRİNİ YEDİKLƏRİNİ (bir-birlərini öldürməklərini, savaşmaqlarını) GÖRƏN BİR ÇOXLARI SƏHƏR-AXŞAM ÖLÜM İSTƏYƏCƏKLƏR.”(Şeyx Məhəmməd ibn. İbrahim – i Numani, Qeybəti- Numani s. 274)

 

vesileolduklari15

 

Təzyiqlərə görə, kimsə Allahın adını rahatlıqla zikr edə bilməyəcək

Şeyx Tusinin “El-Emali” kitabında: “Bütün dünya fəsadla dolacaq. Heç kim Allah deyə bilməyəcək. Sonra uca Allah məndən və mənim ailəmdən bir şəxsi (hz. Mehdi (ə.s)-ı) göndərəcək. Ondan əvvəlkilər dünyanı ədalətsizliklə doldurduğu kimi, o da (hz. Mehdi (ə.s) da) ədalətlə dolduracaq”.(Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan Yayıncılık, Tərtib edən: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 120)

Şeyx Tusinin “El-Emali” kitabında: “Dünya elə təzyiq və ədalətsizliklə dolacaq ki, KİMSƏ ALLAHIN ADINI GİZLİ OLMADAN (AÇIQ-AŞKAR) DEYƏ BİLMƏYƏCƏK. Sonra Allah təzyiq və ədalətsizliklə dolu olan dünyanı, ərdəmli bir camaatı (hz. Mehdi (ə.s) camaatını) gətirəcək və dürüstlük, ədalətlə dolduracaq”. (Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan Yayıncılık, Tərtib edən: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 186)


R0122

 

Zühurundan əvvəl hz. Mehdi (ə.s)-ın adı və şöhrəti durmadan yayılacaq

Hz. Mehdi (ə.s)-ın tanınmağına işarə edən vacib məlumatlardan biri, “hz. Mehdi (ə.s)-ın adının və şöhrətinin dünya səviyyəsində durmadan yayılmağıdır”. İnsanlar, hz. Mehdi (ə.s) olduğunu bilməsələr də, hədislərdə bildirilənlərə görə, hz. Mehdi (ə.s)-ı tezliklə görəcək, səsini eşidəcək, fikirlərini öyrənəcək, əsərlərini, işlərini təqib edəcək və yenə tez-tez ondan danışacaqlar. Hədislərdə bu dövrdə bütün insanların tez-tez hz. Mehdi (ə.s)-dan danışacaqları, onun adını xatırlayıb, onun haqqında bəhs edəcəkləri, ona qarşı böyük bir sevgi və məhəbbət duyacaqları belə bildirilmişdir:

“MEHDİ ZÜHUR EDƏR, HAMI YALNIZ ONDAN DANIŞAR, ONUN SEVGİSİNİ DUYAR VƏ ONDAN BAŞQA HEÇ KİM HAQQINDA DANIŞMAZLAR.” 1

 

“Hz. Mehdi (ə.s) gələndə, İNSANLAR ONU EŞQ VƏ MƏHƏBBƏTLƏ ƏHATƏ EDƏCƏKLƏR.” 2

 

“Mehdi, dövründəki insanların ən yaxşısıdır. Onun köməkçiləri və ona beyət edənlər… Cəbrayıl onların önündə, Mikayıl da arxalarında olar. O (HZ. MEHDİ (Ə.S)) MƏXLUQAT ARASINDA SEVİLƏR.” 3

 

Sələmə ibn Züfər belə buyurur: “…HZ. MEHDİ (Ə.S), İNSANLARIN PİSLİKDƏN, CİNAYƏTKARLIQDAN VƏ ZÜLMDƏN BEZDİYİ VƏ HEÇ BİR QAİB (GİZLİ YAŞAYAN) ONUN QƏDƏR ƏZİZ VƏ SEVGİLİ OLMADIĞI BİR VAXTDA QİYAM EDƏCƏK”.4

 

“Şübhəsiz ki, o (hz. Mehdi (ə.s)), insanların qarşılaşdıqları şərlərə görə, (MEHDİ) ONLAR ÜÇÜN ƏN SEVGİLİ OLMADIQCA ZÜHUR ETMƏYƏCƏK.”5

 

ALLAH (c.c) BÜTÜN İNSANLARIN ÜRƏKLƏRİNİ… ardı...

 

Hz. Mehdi (ə.s) əvvəl adının məşhur olmağından çəkinəcək

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində verilən məlumatlara görə, hz. Mehdi (ə.s) zühur etməmişdən əvvəlki dövrdə adının məşhur olmayacağı aydın olur. Hz. Mehdi (ə.s)-ın adının məşhur olmamağının yeganə səbəbi ləqəbdən istifadə etməyidir. Buna görə hz. Mehdi (ə.s) da fəaliyyətlərinə başladığı ilk dövrlərdə öz adını gizləyəcək, öz adının yerinə başqa bir addan istifadə edəcək.

Müfəzzəl ibn Ömər deyir: “İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalamın hüzurunda idim və mənimlə birlikdə başqaları da var idi. İmam əleyhissalam bizə belə buyurdu: “Əsla hz. Mehdi (ə.s)-ın adını məşhur etməyin…” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 174)

 

Eyni hədisi şeyximiz Məhəmməd ibn Yaqub-u Quleyni (r.ə) də nəql edir: “Allah sizin hidayətinizi artırsın, görürsünüz, hz. Mehdi (ə.s)-ın adının məşhur edilməməsi haqqındakı hədislərdə imam da buyurur ki, “Onun (hz. Mehdi (ə.s)-ın) adını məşhur etməyin…”. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 175)


R0271

 

Hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl, tozlu-dumanlı bir fitnə olacaq

“Tozlu-dumanlı, qaranlıq bir fitnə olacaq, bunu digərləri də izləyəcək…”   

(Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 26)   

 

Bu hədisdə isə, Mehdinin çıxışından əvvəl, tozlu-dumanlı, qaranlıq bir fitnənin olacağından bəhs edilir. Fitnə-insanın ağlını və ürəyini birbaşa haqq və həqiqətdən uzaqlaşdıran şeydir, “döyüş, azğınlıq, qarışıqlıq, ixtilaf, münaqişə” kimi mənaları bildirən bir sözdür.* Hədisdə bu fitnənin ardından toz-duman olacağı bildirilir. Həmçinin, bu fitnənin “qaranlıq” kimi xarakterizə edilməsi, haradan gəldiyi naməlum olan, gözlənilməz bir hadisənin olacağına işarə edə bilər.

Buna görə bəhs edilən hədisin, 11 Sentyabr 2001-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Nyu York və Vaşinqton şəhərlərində yaranan, dünya tarixinin ən böyük terror hadisəsi kimi tanınan hücuma işarə edə bilər. Televiziya ekranlarında və qəzetlərdə göstərildiyi kimi, bu iki böyük terror hadisəsindən sonra böyük bir toz buludu və duman ətrafı bürümüşdü.

a13

Nyu Yorkda Dünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqon binasına dəyən təyyarələrin yanacaqlarının səbəb olduğu partlayışları nəticəsində böyük bir duman yaranmış və bu duman bütün şəhərdən və hətta ətraf şəhərlərdən görünəcək dərəcədə yüksəlmiş və yayılmışdır. Partlayış nəticəsində çökən binalar isə, daha da böyük bir duman buludunun əmələ gəlməsinə səbəb olmuşdur, hətta ətrafdakı insanların üstləri tamamilə toza bulaşmışdır.

Bu hadisə,… ardı...