əsər

Hz.Mehdi (ə.s)-ın peyğəmbərlik yolu ilə hidayətə çatacağını ifadə etmişdir

36.  ÜÇÜNCÜ CİLD, 123-cü MƏKTUB

Bu məktub Nur Məhəmməd Təhari üçün yazılmışdır. Allah Təalaya iki yolla qovuşa biləcəyini bildirilmişdir.

Bismillahir-rəhmanir-rahim. Allah Təalaya həmd olsun və Onun seçdiyi, sevdiyi qullarına salam olsun! İnsanı Allah Təalaya iki yol qovuşdurar: Birincisi, peyğəmbərlərin yaxınlığı kimi olan PEYĞƏMBƏRLİK YOLUDUR ki, insanı əsl həqiqətə çatdırar. Peyğəmbərlər “aleyhimüssalavatü vəttəslimat” və onların səhabələri bu yolla  qovuşmuşdular. Ümmətlərindən səhabə olmayanlar arasından istədiklərini də bu yola qovuşmaqla şərəfləndirərlər. Lakin bunların sayı çox azdır. Bu yolda hər hansı bir vasitə və ya vasitəçi yoxdur. Yəni Allaha qovuşduqdan, çatdıqdan sonra birbaşa Allahdan feyz (elm, irfan, ruzi, nemət) alarlar. Bunu da vasitəçi olmadan, arada pərdə olmadan əldə edərlər.

İkinci yol VİLAYƏT yoludur. Allahın sirr, elm verdiyi kimsələrdir, hansı ki, aralarında  həm təmiz, pak, əsilli-soylu, həm də avam insanlar ola bilər, bütün Övliyalar həmişə bu yoldan qovuşmuşdular. Bu yol, təriqət yoludur. Övliyanın cəzbələri də bu yolun meyarlarındandır. Bu yoldan qovuşanlar bir-birlərinə vasitə və pərdə olarlar. Bu yolda qovuşanların öndəri, ən üstün olanı və o birilərə vasitə olanı həzrəti Əli Mürtəzadır “kərrəməllahu təala vecheh-ül-kərim”dir. Bu yolda gələn feyzlərin qaynağı odur. Rəsulullahdan “aleyhi və əla əlihissəlatü vəssələm” gələn feyzlər, bacarıqlar… ardı...