Əraf surəsi 52

İman gətirən qövm üçün hidayət və mərhəmət olan Kitab göndərdik. (Əraf surəsi, 52)

Allah, tarix boyu bütün insanlara doğrunu tapmaları, doğru olan məlumata çata bilmək və gözəl əxlaqı tanıya bilmək üçün müqəddəs kitablar ilə bu kitabları onlara çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərici olaraq endirdiyi son kitab isə Qurandır. Ayədə bildirildiyi kimi Quran, Allaha iman edən saleh qullar üçün böyük bir rəhmət, bir hidayət rəhbəri və hər mövzuda yol göstəricidir. Allah, Quran yoluyla bizə bilmədiyimiz, yaratmasının sirri olan mövzuları bildirir və bütün insanları bu məlumatlarla xəbərdar edər. Quran, insanın hər hökmündən, hər əmrindən qəti olaraq əmin olduğu, vicdanı azad və rahat bir şəkildə, tabe olacağı bir kitabdır. İnsanlarda bu cür “əmin” bir yol göstəricisinin olması Allah qatından verilmiş çox böyük bir nemət və rəhmətdir.

 

Ayənin davamında  Allahın, insanların daha asan qavrayıb anlaya bilmələri üçün ayələri müxtəlif şəkillərdə açıqladığını müjdələmişdir. Allahın bu hökmlərinə baxmayaraq, bəzi insanların, ümumiyyətlə, etdikləri ciddi səhvlərdən biri, Quranın hər insan tərəfindən aydın olmadığını düşünmələridir. (Quranı tənzih edirik) Çox insan Quranın oxunması, başa düşülməsi və yaşana bilməsi üçün uzun illər davam edən bir təhsilə ehtiyac olduğunu zənn edər. Halbuki, Quran, Allahın ayələrində bildirdiyi kimi açıq-aşkardır. Buna görə də səmimi olaraq Quranı oxuyan hər… ardı...