Əraf surəsi 181 183-184

Hörmətli Adnan Oktarın 18 Avqust 2013 tarixli söhbətindən Əraf surəsi ilə bağlı izahlar.

MEHTAP ŞAHİN: Qovulmuş şeytandan Allaha sığınıram: “Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər.”

ADNAN OKTAR: Axırzamanda bu kəslər kimlərdir? Hz. Mehdi (ə.s) və camaatı. Baxın, ayədə Allah nə deyir: “Yaratdıqlarımız içərisində, haqqa yönəldib-çatdıran və onunla ədaləti tətbiq edən bir ümmət vardır.” “Haqqa”, yəni Allaha yönəldən, iman həqiqətlərini izah edən, Quran möcüzələrini izah edən, insanların imanlarını gücləndirən. Haqqa yönəltmə belə olar. İmanını gücləndirməlisən ki, adam da haqqa yönəlsin. İmanı olmayan, haqqa necə yönələ bilər? İmanın artması üçün, iman həqiqətləri, Quran möcüzələri izah edilməlidir. “Onunla ədaləti tətbiq edən” ədalət olması üçün dünya hakimiyyəti olmalıdır. Ədaləti hz. Mehdi (ə.s) tətbiq edəcək. Dünya hakimiyyəti olmalıdır ki, ədalət olsun, inşaAllah. Əraf surəsi, 181-ci ayə eyni zamanda, mehdiyyət və hz. İsa Məsih (ə.s) dövrünə işarə edir.

“Mən onlara bir müddət möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da (naz-nemət içində yaşadıqları halda gözlənilmədən onları əzabla yaxalamağım da), sözsüz ki, çox ağırdır!” Allah: “Bir müddət möhlət verirəm” deyir. Allah nə qədər möhlət verir? Çox qısa, çox az müddətdən sonra islam bütün dünyaya hakim olacaq, inşaAllah.

Məgər fikirləşmirlərmi? Onların yoldaşında… ardı...