Ənbiya surəsi 82

Ənbiya surəsi, 82-ci ayənin təfsiri

Adnan Oktar: Ənbiya surəsi 82, Hz. Süleyman (ə.s.) üçün deyir ki, Şeytanlar arasından onun üçün dəniz sularına dalıb dalğıclıq edən və bundan başqa digər işlər görənlər də var idi. Biz onları nəzarətimiz altında saxlayırdıq“. Kim xidmət edir? Şeytan. Kimə xidmət edir? Hz. Süleyman (ə.s.)-a. Nə edirlər? Dalğıclıq edirlər. İnci çıxarır, mərcan gətirir, bəzək əşyaları gətirir, paltar tikir, hər işdə istifadə edilir. Hz. Süleyman (ə.s.), “bunlar kafirdir, bunlar əxlaqsızdır mən bunların malını istifadə etmirəm” deyirmi?

Nə edir? Əksinə, istifadə edir. Allah istifadə etsin deyə onsuz da onu əmrinə verir. Bəzi xurafatçılar, “kafir malıdır” deyə, həmin malı istifadə etmək istəmir. Avtomobili istifadə etmək istəmirlər, evi istifadə etmək istəmirlər, əşyanı, paltarı, ayaqqabını istifadə etmək istəmirlər. “Kafirə aiddir” deyirlər. Bu axmaqlıqdır. Allah baxın ayədə, şeytanı belə müsəlmanların xidmətinə verir. Şeytanın tikdiyi paltarı, ayaqqabını, hördüyü evləri müsəlman istifadə edir.

Şeytandan Allaha sığınıram, Ənbiya surəsi 82, Ömər Nəsuhi Bilmən açıqlayır. “(Və şeytanlardan onun üçün) Süleyman Əleyhissalama məxsus olmaqla (dalğıcılıq edənləri də) əmrinə verdik ki, pislikdə israr edən məxluqlar belə, hz. Süleymanın əmrinə itaətə məcbur oldular, onun üçün dənizlərə dalaraq ən nəfis, qiymətli şeyləri, cövhərləri çıxarırdılar, (və ondan başqa) elə dənizlərə dalıb faydalı şeyləri çıxarmaqdan… ardı...