Ənam surəsi 74-83 86 88 90-91 99 101

Ənam surəsi 74-83, 86, 88, 90-91, 99, 101-ci ayələrin təfsiri

ADNAN OKTAR: Ənam surəsi, 74-cü ayə, şeytandan Allaha sığınıram. “Bir zaman İbrahim atası Azərə (belə) demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən?”Azərin atası darvinist və materialist idi. O zamanın azğın dinini müdafiə edirdi. “Doğrusu, mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm. Beləcə, İbrahimə  inananlardan olması üçün “ Yəni, dəqiq, dəlillərə əsaslanan, ağlının qəbul etdiyi, ürəyinin təsdiq etdiyi elmi məlumata sahib olması üçün “göylərin və yerin səltənətini göstərdik”, yəni, iman həqiqətlərini göstərdik. Göydəki iman həqiqətlərinə nə ilə baxırıq? Biz indi teleskop vasitəsilə baxırıq, elə deyilmi? Kosmosdakı, səmadakı riyazi tarazlıq və mükəmməllik bizim Allaha olan imanımızı artırır.

“Və yerin səltənətini göstərdik” Bizlər də fosilləri araşdırırıq, elə deyilmi? Biogenetik, kimyadaki, fizikadakı irəliləyişlər, atomun quruluşu və bütün elmdə olan imani hər cür mövzu bizim imanımızı artırır. Allah; “göylərin və yerin səltənətini göstərdik” deyir. Yəni, iman həqiqətlərinin əhəmiyyətinə diqqət çəkir. Hz. İbrahim (ə.s) yaşadığı dövrdə nə edib? İman həqiqətlərinin üstündə dayanıb, Allahın sənətini araşdırmış, Allahın dəlillərinə baxıb. Allahın sənətini araşdırmaq, dəlillərini kitab halına gətirmək, CD-lərlə televiziyalarda yayımlamaq da Axırzamanda müsəlmanların vəzifəsidir. Yəni, mehdiyyətin də vəzifəsidir. “Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz)… ardı...