Ənam surəsi 162

“Şübhəsiz mənim namazım aləmlərin Rəbbi olan Allahındır”. (Ənam surəsi, 162)

Ayədə bildirildiyi kimi üstün din əxlaqı bir möminin bütün həyatına hakimdir. İman edən bir insan bütün həyatını Quran ayələrinə görə nizamlayar. Daimi olaraq oxuduğu və düşündüyü ayələri gündəlik həyatında tətbiq etməyə cəhd göstərər. Səhər oyanandan gecə təkrar yatana qədər etdiyi hər işdə Quran əxlaqına görə düşünməyə, danışmağa və hərəkət etməyə cəhd göstərir.

Ancaq din əxlaqı haqqında məlumat əksikliyi olan bəzi insanlar din əxlaqının, yalnız müəyyən vaxtlar və ibadətlərlə məhdud olduğunu zənn edər; həyatı böyük yanlışlıqla “ibadət zamanları və digər zamanlar” şəklində iki hissəyə ayırırlar. Allahı və axirəti, yalnız namaz qılacaqları, oruc  tutacaqları, sədəqə verəcəkləri ya da həccə gedəcəkləri zaman xatırlayarlar. (Uca Allahı tənzih edərik.) Günün və ilin digər vaxtlarında isə dünya işlərinə aludə olarlar. Dünya həyatı onlar üçün “dərdlərlə dolu qaçaqaçdır”dır. Bu insanların Quran əxlaqından uzaq, özlərinə xas həyatları, məqsədləri, əxlaq anlayışları, dünyagörüşləri və dəyər mühakimələri vardır. Aydındır ki, bu kəslər Quran əxlaqının həqiqətdə nə olduğundan və bu üstün əxlaqın necə yaşanacağından xəbərsizdirlər.

Quran əxlaqını özünə rəhbər edən bir insan isə, əlbəttə, bu düşüncədə olan insanlardan çox fərqli həyat yaşayar. Allahın yaratdığı qədərə tabe olduğunu unutmadan, Ona təslim olub güvənərək yaşayar. Heç vaxt çətinlik, narahatlıq, qorxu, ümidsizlik, pessimizm hiss… ardı...

 

 “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (Ənam surəsi, 162)        

Ərəbcə Oxunuşu:

Qul       innə       salatiy     və        nusukiy      və         mahyayə       və        məmatiy

lilləhi      Rəbbi     əlaləmiynə

130  + 101 +      531 +   6 +      140     + 6 +       69       + 6 +     491     + 95 + 204 +   232 =  2011 (şəddəli)

3 (2)