Əhzab surəsi 36

Adnan Oktarın 6 dekabr 2010-cu il tarixli Kahramanmaraş Aksu TV-dəki reportajından

ADNAN OKTAR : 36-cı ayə, Əhzab surəsi “Allah və elçisi, bir işə hökm verdiyi zaman”, Peyğəmbərimiz (s.ə.v) bir şey söyləyir, Allah Quranda bir şey söyləyir. “Mömin bir kişi və mömin bir qadın üçün o işdə öz istəklərinə görə seçmə haqqı yoxdur”. Nə dedisə, o eyni şəkildə bu Mehdi (ə.s)-da da  belə olacaq. Mehdi (ə.s) nə desə eynisi tətbiq olunacaq. Mehdi (ə.s) ilə xalq mübahisə  etməyəcək. Müşavirə edər Mehdi (ə.s) məlumat alar, amma hökm onundur. Bir şey söylədiyində, ona uyğun hərəkət ediləcək. Hz. İsa Məsihdə də elədir. Müşavirə edər, danışar, amma hökmü verdiyində, bitdi.

Kuran

 

Əhzab surəsi, 36-cı ayəsinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Əhzab surəsi 36-cı ayədə buyurur: “Allah və elçisi bir işi hökm edərkən heç bir mömin kişi və qadının öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə fərqli hərəkət etmək) haqqı yoxdur.”. Rəsulullah (s.ə.v) nə deyir? Mehdi (ə.s) çıxacaq və Allahın izni ilə dünyanı rəsulullahın dövründəki kimi edəcək. Amma çoxları belə deyir: “Mən Rəsulullah (s.ə.v)-in dediyinə görə deyil, özbaşıma hərəkət edəcəyəm”. Baxın, Allah nə deyir: “Heç bir mömin kişi və qadının öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə fərqli hərəkət etmək) haqqı yoxdur.” Peyğəmbər (s.ə.v) nə deyirsə, o cür hərəkət edilməlidir. Kimsə öz-özünə, yox, mən elə deyil, belə edəcəyəm deməməlidir. “Kim Allaha və rəsuluna üsyan etsə, artıq həqiqətən o, açıq-aydın azmışdır.” Allah Təala, Özünün və elçinin buyurduğu ilə deyil, başqa cür hərəkət  edənlərin haqq yoldan azdıqlarını deyir, inşaAllah.

images (5)