əhəmiyyətli

A9 tv yayımları haqqında diqqətlə oxunmalı olan əhəmiyyətli bir açıqlama

Xüsusilə son vaxtlarda bir qisim kəslər, hörmətli Adnan Oktarın A9 tv-də yayımlanan  gündəlik canlı söhbətləri ilə əlaqədar olaraq müxtəlif şərhlər edirlər. Bəhsi keçən şərhlərlə əlaqədar olaraq aşağıdakı xüsusların çox yaxşı anlaşılması lazımdır:

Hörmətli Adnan Oktar, Quran hökmlərinə və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə möhkəm bağlı olan və bunlarda əsla güzəştə getməyən son dərəcə səmimi bir insandır. Hazırladığı proqramlar, yazdığı kitablar, məqalələr və bu əsərlərdən faydalanılaraq hazırlanan internet saytları və videolarla bütün dünyaya Allahın Uca varlığının dəlillərini göstərmiş, insanların iman sahibi olmalarına, Allahı sevmələrinə və imanda dərinləşmələrinə vəsilə olmuşdur. Əsərləri və etdiyi qiymətli izahlar dünyada dərhal hər dilə çevrilir və internet nəşrləri ilə ÖDƏNİŞSİZ olaraq bütün dünyaya çatdırılır.

Televiziyada etdiyi gündəlik söhbətlər hər gün həm peykdən, həm internetdən təxminən on milyonlarla insan tərəfindən izlənilir, eyni zamanda sinxron ingiliscə tərcümə ilə xaricilərə çatdırılır. İngiliscə Harun Yəhya internet saytı, türk dilində eynilə aktuallaşır və Türkiyə ilə bərabər xaricdən milyonlarla insan, hörmətli Adnan Oktarın qiymətli izahlarını və əsərlərini anında təqib edə bilir.

Dünya səviyyəsində darvinist ideologiyaya qarşı bu qədər təsirli elmi mübarizə aparmış, Allahın varlığını elmi və imani dəlillərlə bütün dünyaya bu qədər təsirli şəkildə göstərmiş və hər seqmentdən hər insana xitab edərək insanların imanına… ardı...

 

Adnan Oktarın 27 yanvar 2011 Samsun Aks tv-dəki söhbətindən

Şeytandan Allaha sığınıram. Əraf surəsi, 44-cü ayə “Allahın lənəti zalımların üzərinə olsun” deyir, Allah. “Allahın lənəti zalımların üzərinə olsun”. Bəli, “Onlar dinlərini bir əyləncə və oyun (mövzusu)  etmişlərdi”. Zarafat edir. Cəhənnəmlə əlaqədar zarafatlar edir. Cənnətlə əlaqədar zarafatlar edir, haşa Peyğəmbərlərlə əlaqədar zarafatlar edir.

“Onlar, dinlərini bir əyləncə və oyun (mövzusu) etmişlərdi və dünya həyatı onları aldatmışdı. Onlar bu günləriylə qarşılaşmağı unutduqları və Bizim ayələrimizi “yox sayaraq tanımadıqları” kimi, Biz də bu gün onları unudacağıq” deyir, Allah. Yalvarmasına əsla cavab verilməyəcək, inşaAllah. 56-cı ayə “Doğrusu, Allahın rəhməti yaxşılıq edənlərə çox yaxındır”. Heyrətamizdir, əbcədi də 1956-cı ili verir. Dəqiq 1956-nı verir. Bax “Doğrusu, Allahın rəhməti yaxşılıq edənlərə çox yaxındır”. 56-cı ayədir, əbcədi də 1956, maşaAllah. 1956-cı ili, Bədiüzzaman çox əhəmiyyətli görür. Risaləyi-Nurda da var. “Cərəyanı-münafiqanənin ölümünün başlanğıcı, haqqın da doğumudur” deyir. Miladidir, başlanğıcıdır. Yəni artıq bu tarixdən sonra cərəyanı-münafiqanə davamlı geriyə doğru gedəcək. Risaləyi-Nurun sərbəst buraxıldığı tarixdir, 1956. Çox böyük hadisələr olmuşdur 1956-cı ildə, ard-arda hadisələr olmuşdur. Amma ən əhəmiyyətlisi gördüyümüz, Risalə-i Nurun sərbəst buraxılmasıdır, inşaAllah.

1

 

Bəşər tarixində əhəmiyyətli bir dönüş nöqtəsi

Allahı inkar edən materialist fəlsəfənin artıq son çırpınışlarıdır və insanlar yaşadığımız 21-ci əsrdə materializm, darvinizm kimi yalanlardan xilas olaraq əsl yaradılış məqsədinə qayıdır.

Bəşər tarixinin əhəmiyyətli bir dönüş nöqtəsində yaşayırıq. Bu dönüş nöqtəsinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri bir vaxtlar elmilik maskası altında bütün dünyaya təlqin edilən materialist fəlsəfənin məhz elm tərəfindən süquta uğradılmasıdır. Materializm, yəni hər şeyin maddədən ibarət olduğunu hesab edən və Allahın varlığını inkar edən fəlsəfə əslində bütpərəstliyin müasir formasıdır. Məlum olduğu kimi qədimdə bütpərəstlər daşdan və taxtadan hazırlanmış totemlərə, yəni cansız maddi varlıqlara sitayiş edərək bunları özlərinə ilah qəbul edərdilər. Materialist fəlsəfə isə, insanın və bütün canlıların atomlar və molekullar tərəfindən yaradıldığı inancına əsaslanır. Yəni yenə sözü gedən mövzu cansız maddi varlıqları “ilah” qəbul etməkdir.

Materializmdəki bu batil inanca görə cansız atomlar hər hansısa şəkildə təsadüfən öz-özlərini formalaşdırmış, vaxt keçdikcə həyat və şüur qazanmış və ən sonda isə insanı yaratmışlar.

Harun Yəhyanın təkamül nəzəriyyəsinin etibarsızlığını izah edən əsərlərində Arxeopteriksin quşlarla dinazavrlar arasında bir canlı olmadığı, dövrümüzdəki quşlar kimi uça bilən, nəsli kəsilmiş bir quş növü olduğu dəlilləriylə izah edilmişdi. Türkiyədəki təkamülçü nəşrlər isə bu həqiqəti görməməzlikdən gələrək Arxeopteriksi “quşların ibtidai əcdadı” hesab etməyə və “quşların əcdadı dinozavrlardır” nağılını təkrarlamağa davam etdilər.… ardı...

 

Hz. Mehdi (ə.s) dövründə reallaşacaq bəzi əhəmiyyətli hadisələr

Ona “nə vaxt çıxacaq?”―deyə soruşdum. O dedi ki: İraqın Anbar elində, Fərat ilə Şiraz və Dəclə sahilində ordular görərkən, Kufənin qübbəsi yıxılarkən, Kufədə bəzi evlər yanarkən, bütün bunları gördüyün zaman Allah diləyini həqiqətən reallaşdıracaq, heç kim Allahın əmrinə mane ola və heç kim Onun hökmünü dəyişdirə bilməz.

(Falahi Ssa’il: 199; və əl-Misbaah: 51 və əl-Baladul Amin: 35)

 3po305099jwjh8

Hədisdə hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərinə toxunulur. Axırzamanda reallaşan hadisələrdən İraqın işğalında, İraqın Anbar elində Amerikan orduların rəhbərliyi, uzun müddət idarə etməsi bir çox qəzet və televiziyada mövzu olmuşdur. Fərat və Dəclə sahilində PKK terrorunun şiddətlənməsi də yenə bu dövrdə olmuşdur. Hədisdə bəhs edilən “Şiraz” şəhəri isə İranda bir şəhər adı olmaqla yanaşı, Tehranın da köhnə adıdır. Şah Pəhləvinin hakimiyyətdən salındığı dövrdə, İrandakı ən böyük qarşıdurmalar Tehranda baş vermişdir. Hədisdə eyni zamanda İraqın Kufə şəhərində meydana gələn qarşıdurmalara da toxunulmuşdur. Amerikan orduları ilə bölgədəki müqavimət göstərən qruplar arasında yaranan qarşıdurmaların görüntüləri tez-tez mediada gündəmdə olmuşdur. Peyğəmbərimiz Axırzamanda baş verəcək böyük hadisələri 1400 il əvvəl bildirmişdir. Hədisdə hz. Mehdi (ə.s)-ın çıxışına mane olmağa çalışanların olacağına da işarə edilir. Allahın qədərdə yaratdığı hadisələrə mane olmağa heç kimin gücü çatmaz, Allah mütləq əmrini yerinə yetirəcək.