Təkamül nəzəriyyəsinin süqutu
Darvinizm, Allahın varlığı və birliyini, insanların Rəbblərinə qarşı məsul olduğunu inkar edən, materializmin və din əxlaqına uyğun olmayan cərəyanların dayaq nöqtəsidir. Bu səbəblə, elmi cəhətdən özünü doğrultmamasına baxmayaraq, ideoloji düşüncələrlə hələ də əsaslandırılmağa çalışılır. Kainatın və insanın, təsadüflərin əsəri olduğu iddiasını müdafiə edən Darvinist-materialist cərəyanlar, necə deyərlər bir növ heyvan saydıqları insanlar arasındakı əlaqələrin, qeyri-insani olmasını belə təbii hal olduğunu iddia edirlər. Bu azğın düşüncə eqoizm, mərhəmətsizlik, qarşıdurmanı və insan məhvini təbii hal kimi qəbul edir. Mərhəmət, sevgi, şəfqət, hörmət kimi duyğular təkamül müddətini ləngidən bir maneə olaraq qəbul edilir. Darvinist təlqinlərlə insan sevgisindən uzaq, zalım, təcavüzkar, mənfəət güdən insanlar yetişir.
Bu vəziyyət qarşısında insanların Darvinizmin təhlükə və yalanlarından xəbərdar edilməsi və bu cür təhlükəli bir cərəyanın fikrən təsirsiz hala gətirilməsinin mühüm olduğunu göstərmək lazımdır. Darvinizmin nə olduğunu, səbəb ola biləcəyi təhlükələri qavraya bilməyən insanlar, Darvinizmə qarşı irəli sürülən elmi mübarizənin də əhəmiyyətini anlaya bilmirlər.
Bu insanlar Darvinizmə qarşı elmi mübarizəyə girmək əvəzinə, bu mübarizəni gözardı etmək və geri çəkilmək üçün fərqli yollara əl atırlar. Bəziləri “Darvinizm əslində bu qədər əhəmiyyətli bir mövzu deyil” deyərək öz aləmlərində bu düşüncə tərzinə qarşı mübarizəni əhəmiyyətsiz görməyə və ya göstərməyə çalışırlar. Bəziləri isə İslam ilə təkamül nəzəriyyəsi arasında sözdə “orta bir yol” meydana… ardı...
Təkamül nəzəriyyəsi Quranla ziddiyət təşkil edir
Hal-hazırda bəzi müsəlmanlar təkamül nəzəriyyəsinə inanan seqmentlərin sayca çox olmasından və ya bu kəslərin ümumiyyətlə, “elm adamı” olmalarından səhv istiqamətdə təsirlənir, bu səbəblə də təkamül nəzəriyyəsini müdafiə etmə yanılmasına düşürlər. Halbuki, bu insanların əllərində Allahın insanları təkamüllə yaratdığına dair nə elmi bir dəlil, nə də bu iddiaları Qurandan dəlilləndirən hər hansı bir ayə var.
Təkamül nəzəriyyəsini müdafiə edən Müsəlmanlar, Darvinizmin təsadüf iddiasını görməməzlikdən gəlirlər
Təkamül nəzəriyyəsinin Yaradılış ilə ziddiyyət təşkil etmədiyini irəli sürənlərin ən əhəmiyyətli yanılması, təkamül nəzəriyyəsinin təməl iddiasının “canlıların bir-birlərindən inkişaf edərək ortaya çıxdığı” olduğunu sanmalarıdır. Bu yanılma içində də, “Allah canlıları bir-birlərindən təkamülləşdirərək yaratmış ola bilər, bunda qarşı çıxacaq nə var?” deyə düşünürlər. Halbuki, gözardı etdikləri əhəmiyyətli bir həqiqət vardır: Təkamülü müdafiə edənlər ilə yaradılışı müdafiə edənlər arasında əsas fərqlilik “canlılar ayrı-ayrı ortaya çıxdılar, yoxsa bir-birlərindən inkişaf edərək mi ortaya çıxdılar” sualı deyil.
Əsl məsələ, “canlılar təsadüflərlə və təbiət hadisələri nəticəsində meydana çıxdılar, yoxsa şüurlu bir şəkildə mi yarandılar?”- sualıdır. Təkamül nəzəriyyəsi cansız maddələrin təsadüflər nəticəsində bir yerə gələrək, yenə təsadüfən inkişaf edən təbiət hadisələri nəticəsində canlıların elementlərini və nəhayət canlılığı meydana gətirdiyini iddia edir. Fərqli canlı növlərinin də yenə təsadüflər və təbiət hadisələri ilə heç bir şüurlu müdaxilə… ardı...