Təkamül nəzəriyyəsinin süqutu

Pol Deyvisin (Paul Davies) “Çox kainat” üçün ümidsiz səyi

Nyu York Tayms (The New York Times) qəzetinin 12 aprel 2003-cü il tarixli buraxılışında, məşhur astrofizikçi Pol Deyvisin “Çox kainatın qısa tarixi” (A Brief History of the Multiverse) başlıqlı bir yazısı nəşr olundu. Deyvis materialist mütəfəkkirlərin, kainatdakı həssas dizayn qarşısında sığındıqları son arqument olan “bəlkə sonsuz sayda kainat vardır və bunlardan biri olan bizim kainatımız təsadüfən yaşamağımızçün uyğun olmuşdur ” iddiasını müdafiə etməyə çalışırdı.

Əvvəl materialistlərin nə üçün belə bir arqument ortaya atdıqlarını qısaca göstərmək lazımdır: Min illərdir İlahi dinlər və Allahın varlığını qəbul edən fəlsəfələr, kainatda bir məqsəd və dizayn olduğunu müdafiə etmişlər, materialistlər (yəni maddədən başqa heç bir şeyin olmadığını iddia edənlər) isə bu cür bir məqsədin və dizaynın varlığını rədd etmişdilər.

Ancaq XX əsrdəki ardıcıl astronomik və fiziki tapıntılar, kainatdakı dizaynın rədd edilə bilməyəcək qədər aşkar olduğunu ortaya çıxardı. Bu tapıntılar kainatın başlanğıc anındakı Böyük Partlayışın (Big Bang) sürətindən kainatdakı dörd əsas qüvvənin şiddətlərinə, elementlərin quruluşundan içində olduğumuz Günəş sisteminin quruluşuna qədər hər şeydə bütün amillərin “tam lazımi dərəcədə” olduğunu göstərdi. Elm adamlarının 70-ci illərdə “İnsani Qanun” (Anthropic Principle) deyə xarakterizə edərək açıqladıqları bu böyük kəşf materialistlərin əsrlərdir müdafiə etdikləri “kainatda məqsəd və dizayn yoxdur” tezisini açıq şəkildə… ardı...

 

Təkamül nəzəriyyəsinə son zərbə: İnsan Genomu layihəsi

Ötən il bəşər tarixi üçün çox əhəmiyyətli nəaliyyət əldə edildi. İnsanın gen quruluşunu açmaq üçün həyata keçirilən işlər İnsan Genom layihəsində əhəmiyyətli bir hissə tamamlandı və ictimaiyyətə çatdırıldı. Bütün dünyada böyük əks-səda doğuran bu tədqiqatın xüsusilə insan sağlamlığı üçün vəd etdiyi nailiyyətlərlə yanaşı ortaya qoyduğu çox əhəmiyyətli bir həqiqət də vardı: Allahın canlıları nə dərəcədə üstün bir yaradılışla yaratması həqiqəti. Bəlkə də, o günə qədər yazılarında və ya xəbərlərində bir dəfə də olsun Allahın adını anmayan insanlar belə Allahın bu yaradılış möcüzəsi qarşısında heyranlıqlarını dilə gətirməkdən özlərini saxlaya bilmədilər. Darvinizm və ateizm kimi Allahı inkar edən fəlsəfələr üçünsə, şübhəsiz, bu ağır və qarşısı alınmaz bir məğlubiyyət oldu.

Ancaq təkamülçülər son bir cəhdlə əslində öz əleyhlərinə olan bu son nailiyyəti təhrif etməyə və sanki “təkamülə” dəlilmiş kimi göstərməyə çalışdılar. İnsanların böyük əksəriyyətinin, ümumiyyətlə, bu cür mövzularda geniş məlumatının olmamasından istifadə edən bəzi təkamülçü mətbuat orqanları “meymunla qohum olduğumuz isbat edildi” kimi tamamilə yanlış olan şüarlarla mövzunu ictimaiyyətə çatdırdılar. Meymunla qohumluq mövzusunda istifadə etdikləri məlumat isə, insan ilə şimpanze genləri arasında 99% oxşarlıq var iddiası idi.

Şimpanzelərlə insan genlərinin 99% oxşarlıq verməsi düzgün və etibarlı elmi bir nəticə deyil. İnsan Genom Layihəsi çərçivəsində insanın genetik… ardı...

 

Quran təkamül nəzəriyyəsini çürüdür

Təkamül nəzəriyyəsi kimi ideoloji məna ifadə edən və İslam dininin həqiqətləri ilə ziddiyyət təşkil edən bir nəzəriyyəni müdafiə etmək, inanc sahibi bir adamın qəti olaraq çəkinməli olduğu bir vəziyyətdir. Bu səhvə yol verən bir müsəlmanın haqqında məlumat sahibi olmadığı bu mövzunun arxasından getməkdən imtina etməlidir. Çünki bu, Allahın iman edənlərə bir əmridir. Quranda bu şəkildə buyurulur:

Haqqında məlumatın olmayan şeyin ardına düşmə; çünki qulaq, göz və ürək, bunların hamısı ondan məsuldur. (İsra surəsi, 36)

Müsəlmanların diqqət etməli olduqları əhəmiyyətli məsələlər

Materialist fəlsəfə həyatın meydana gəlməsini təkamül nəzəriyyəsi ilə açıqlayır. Təkamül nəzəriyyəsi ilə materialist fəlsəfə bir-birini tamamlayan iki düşüncə sistemidir. Təkamül nəzəriyyəsi tərəfdarları Allaha inanmadıqları, təsadüfü ilahlaşdırdıqları, yaradılış həqiqətinə tamamilə qarşı olduqları halda nəzəriyyələrinin qəbul edilməsini sürətləndirəcəyini düşündükləri üçün dindar təkamülçülərin Allahın canlıları təkamüllə yaratdığı fikrinə qarşı səssiz qalıb hətta çox vaxt bu fikri təşviq edirlər. Ancaq bu yalnız bir taktikadır.

Təkamül nəzəriyyəsi tərəfdarları dinə və yaradılış həqiqətinə qəti olaraq qarşıdırlar. Hətta bu fikrin güclənməsinin qarşısını almaq üçün lazım olsa, təkamül nəzəriyyəsi ilə yaradılış arasında bir uyğunluq varmış kimi göstərilə biləcəyini, bunun yaradılışı müdafiə edənlərin gücünü qıracağını müdafiə edirlər.

Belə olan halda Allahın bütün kainatın Yaradıcısı olduğuna iman edib, elmin ortaya qoyduğu həqiqətləri… ardı...

 

cicekmadakı buludlar, ağaclar, çiçəklər, heyvanlar və bunlara bənzər bütün nümunələrdə qüsursuz bir nizam və simmetriya var.

Təbiətə baxdığımızda hər bitkinin ya da heyvanın öz növünə xas rəng və naxışlara sahib olduğunu görərik. Üstəlik bu rəng və naxışların hər birinin canlılar üçün fərqli mənaları vardır; cütləşmə çağırışı, hirslilik, təhlükə xəbərdarlığı və bunlar kimi bir çox anlayış heyvanlar arasında rənglər və naxışlar ilə məna qazanır.

Hər şeyin öz-özünə inkişaf edən təsadüflərin nəticəsində ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsi, təbiətdə sərgilənən sənət, rəng müxtəlifliyi və uyğunluq qarşısında tam bir çıxmaz içindədir. Təkamülçülərin canlılardakı dizayn qarşısında içinə düşdükləri vəziyyəti nəzəriyyənin qurucusu olan Çarlz Darvin də etiraf etmək məcburiyyətində qalmışdır. Darvin canlılardakı rənglərin niyə xüsusi mənalarının olduğunu anlaya bilmədiyini belə ifadə edir:

 

tirtilÇətinlik çəkdiyim nöqtə budur ki, niyə bəzi tırtılların olduqca gözəl və estetik zövqə, incəsənət tələblərinə cavab verən bir şəkildə rəngləri var. Bəziləri təhlükələrdən qorunmaq üçün rəngləndirilmişlər. Yalnız fiziki şərtlər üçün bu cür parlaq rənglərinin olmasını çətinliklə anlaya bilirəm… Əgər kimsə, erkək kəpənəklər cinsiyyət seçimi ilə gözəl bir görünüş almalarına baxmayaraq niyə eyni səbəblərlə tırtılları qədər gözəl olmadıqlarını soruşsalar necə cavab verərsən? Mən buna cavab verə bilmərəm…(Francis Darwin, Life and Letters,Vol.II, s. 275)…1

Tırtılların üzərlərindəki naxış və rənglər öz başına təsadüfən… ardı...

 

darwin yeni

Çarlz Darvinin təkamül nəzəriyyəsi nə üçün dinlə ziddiyyət təşkil edir?

İndiki vaxtda bəzi çevrələr Çarlz Darvinin təkamül nəzəriyyəsinin dinlə ziddiyət təşkil etmədiyini, təkamül nəzəriyyəsinə qarşı çıxmağın isə gərəksiz olduğu fikrinə sahibdirlər.

Bu, bir çox baxımdan yanlışlıqlarla dolu bir düşüncədir və darvinizmin əsl iddiasını və ortaya qoyduğu son dərəcə təhlükəli dünya görüşünü hiss edə bilməməkdən qaynaqlanır. Bu səbəblə, Allahın varlığına və bütün canlıların yaradıcısı olduğuna iman edən, ancaq “Allah canlıları təkamül yolu ilə yaratmışdır” iddiasını müdafiə edənlərin əvvəlcə bu nəzəriyyənin təməl iddialarını nəzərdən keçirmələrində fayda vardır.

Bu yazıda bu yanlışlığı müdafiə edən inanc sahiblərini xəbərdar etmək məqsədiylə, təkamül nəzəriyyəsinin İslamla və İslamın bizlərə öyrətdiyi Yaradılış həqiqəti ilə niyə uyğunlaşa bilməyəcəyinin elmi izahlarına yer veriləcək. Darvinizmin təməl iddiası həyatın təsadüflər nəticəsində öz-özünə meydana gəldiyidir. Bu fikir Yaradılış inancı ilə tamamilə ziddir.

Təkamül nəzəriyyəsinin Yaradılış ilə ziddiyyət təşkil etmədiyini irəli sürənlərin ən əhəmiyyətli yanlışığı təkamül nəzəriyyəsinin təməl iddiasının “canlıların bir-birlərindən inkişaf edərək ortaya çıxdığı mövzusu olduğunu sanmalarıdır. Bu yanılma içində də, “Allah canlıları bir-birlərindən təkamülləşdirərək yaratmış ola bilər, bunda qarşı çıxacaq nə var?” deyə düşünürlər. Halbuki, gözardı etdikləri əhəmiyyətli bir həqiqət vardır:

Təkamülü müdafiə edənlər ilə yaradılışı müdafiə edənlər arasında əsas fərqlilik, “canlılar ayrı-ayrımı ortaya çıxdılar, yoxsa bir-birlərindən inkişaf edərəkmi ortaya çıxdılar”… ardı...