Quran əxlaqı və təfəkkür
Quran əxlaqını yaşamağın asanlığı
Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki, insan zəif olaraq yaradılmışdır. (Nisa Surəsi, 28)
Fədakar, etibarlı, şəfqətli, təvazökar, dürüst olmaq, gözəl söz söyləmək, yoxsulu yedirmək, sözünün üstündə durmaq, alınan bir əmanəti zamanında qaytarmaq, kübar, tərbiyəli, bağışlayıcı, təvəkküllü, səbirli, comərd, hörmətli, etiqadlı olmaq, başqalarının haqqını yeməmək, saxtakarlıq etməmək, insanları özündən aşağı hesab etməmək kimi gözəl xüsusiyyətlər, Allahın insanlara əmr etdiyi Quran əxlaqının əsaslarından bəziləridir.
Əslində insanların hamısı vicdanlarında Allahın məmnun olacağı gözəl əxlaqın necə olduğunu çox yaxşı bilirlər. Buna baxmayaraq, şeytan, insanların əksəriyyətinə bu əxlaqı yaşamağı çətin və qeyri-mümkün kimi göstərir. Hətta, gözəl əxlaq yalnız peyğəmbərlərə və səhabələrə xas bir üstünlük olaraq qəbul edilir. Cahiliyyə cəmiyyətinin sahib olduğu bəzi gözəl əxlaq xüsusiyyətləri isə pambıq ipliyinə bağlı kimidir, ən kiçik bir zərbədə qopar. Məsələn, ən ədəbli və etiqadlı bilinən bir insan belə, mənfəətinin zədələnildiyini düşündüyü bir mövzuda hiddətlənə bilər, idarəsiz, kobud və təcavüzkar rəftarlar göstərə bilər.
Ən kiçik şeyə belə, səbr etməyi bilməz. Cəmiyyətimizdə insanların əksəriyyəti bu yanlış əxlaq anlayışını daşıyırlar. Əksəriyyət bir-birinə bənzər rəftarlar göstərdiyi üçün cahiliyyə əxlaqının nəticələri olan eqoizm, öz mənfəətlərini qorumaq uğrunda başqalarını əzmək, saxtakarlıq, yalançılıq, ikiüzlülük, mərhəmətsizlik, lağ etmək, həyasızlıq, kobudluq, qısqanclıq və s. çox təbii xüsusiyyətlər kimi görünür. Hətta,… ardı...
Şeytanın zəif hiyləsi
Allah, hər insanı bu dünya həyatında sınayar və hər insanın bu sınaq əsnasında göstərdiyi əxlaqa və imana görə, əsl həyatının cənnətdə və ya cəhənnəmdə olacağı təyin olunmuş olar. Allahın qulları üçün yaratdığı bu sınaq isə, son dərəcə asan və rahatdır. Daha əvvəlki mövzularda da toxunulduğu kimi, insanın öhdəsinə düşən, Allahın Quranda bildirdiyi və insana dünya həyatında da xoşbəxtlik və hüzur gətirən həyatı yaşamaqdır.
Allah, bu imtahan içində imana qarşı mənfi bir güc olaraq şeytanı yaratmışdır. Allahın, ayələrində bildirdiyi kimi, şeytan, insanların düşüncələrinə vəsvəsə verərək, onlara imansızlığı təlqin edərək, və ya bəzi insanların rəftarları və danışıqları vasitəsi ilə insanları dindən, Allahın əmrlərindən və gözəl əxlaqdan çəkindirmək üçün səy göstərir. Bunun üçün hər yolu sınayar, insanlara müxtəlif tələlər qurar. Şeytanın, insanın düşməni olduğunu Allah bir ayəsində belə xəbər verir:
Ey iman edənlər, hamınız bütövlükdə sülhə ( İslama) gəlin və şeytanın yolu ilə getməyin. Çünki o, sizə açıq-aşkar bir düşməndir. (Bəqərə Surəsi- 208)
Bununla yanaşı, Allahın ayələrində də bildirdiyi kimi, şeytanın insanlar üçün hazırladığı hiylələr çox zəifdir və iman gözüylə baxan bir insan, dərhal, şeytanın tələlərini görər və pozar. Allah Quranda şeytanın hiylələrinin çox zəif olduğunu və insanlar üzərində heç bir hökmünün olmadığını xəbər… ardı...
Möminlərin və cahiliyyənin dostluq anlayışı
Hər bir insan özünə yaxın dost axtarır. Xoşbəxt anlarını paylaşacağı, çətin anlarında ona dəstək olan, həll edə bilmədiyi mövzularda yol göstərən, onu sevən, sədaqətli olan, qoruyan, səhvlərinə şəfqətlə yanaşan, xəstələndikdə və ya yaşlandıqda onu tək buraxmayan insanlar axtarır…
Sevgi Allahın insanlara verdiyi ən böyük nemətlərdən biridir. Allah insanın fitrətini sevməkdən və sevilməkdən zövq alacağı, dostluqdan və yaxınlıqdan xoşlanacağı şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla bir yerdə olmaq, onlarla dostluğu və sevgini yaşamaq isə iman gətirən insana bir çox nemətdən daha çox zövq verir. Bu səbəbdən, Allahın sevdiyi və razı olduğu qullarına vəd etdiyi cənnət əsl sevginin, dostluğun və yaxınlığın sonsuza qədər böyük coşğu ilə yaşanacağı gözəl yerdir. Allahın Quranda cənnət həyatına dair verdiyi xəbərlərdə həmişə sevinc, yoldaşlıq, sevgi, söhbət, gözəl söz və rahatlıqdan bəhs edilir. Sevgi və dostluğa mane olan hər şey cənnətdəki insanlardan uzaq tutulmuşdur. Məsələn, Allah bir ayədə cənnətə girən möminlərin kökslərindəki kin-küdurəti çıxaracağını bildirmişdir (“Əraf” surəsi, 43). Qısqanclıq, düşmənçilik, rəqabət, hirs, incimə kimi sevgiyə və dostluğa mane olan pis xüsusiyyətlər cənnətdən kənarda qalacaq.
Allah Quranın bir çox ayəsində möminlərin bir-birlərinin vəliləri olduqlarını bildirir. Bu ayələrdən biri belədir:
“Mömin kişilərlə mömin qadınlar bir-birinin vəliləridir. Onlar yaxşı işlər görməyi buyurur, pis əməllərə… ardı...