Quran əxlaqı və təfəkkür
Heç bir şeyin möminləri ədalətdən çəkindirməməsi
Ədalət, insanlar arasındakı anlaşılmazlıqlar həll edilən zaman haqlı olan şəxsə tərəfsiz bir şəkildə haqqının verilməsi başa düşülür. Ancaq Quran əxlaqını yaşamayan insanlar tam və qəti şəkildə ədalətli hərəkət etməzlər. Qərar verərkən bir çox xarici faktor onların qərarlarına müsbət, ya da mənfi istiqamətdə təsir edə bilər. Məsələn, haqqında qərar verəcəyi insanlardan, özünə daha yaxın gördüyü adamın lehinə qərar verə bilər. Yaxud da mənfəətinə uyğun hesab etdiyi və özünə fayda verəcəyini düşündüyü şəkildə hökm verər, yəni hər cür şəxsi xeyiri üçün qərarında ədalətli olmaya bilər.
Ancaq insanların ədalətsizlikləri ən çox kin saxladıqları insanlara qarşı olan rəftarlarında ortaya çıxar. Nəfsi örtən bir kin duyğusunda olan şəxs qarşısındakı insan haqqında müsbət bir qərara gəlməkdə çətinlik çəkər. Keçmişdən bəri içində saxladığı bir kin, qarşı tərəf haqlı belə olsa bu haqlılığı ortaya çıxarmasına icazə verməyə bilər ya da kin saxladıqları adamların haqqına təcavüz etdirə bilər.
Buna görə də Allahın insanlara nazil etdiyi Quran ayəsində kinin ədalətə mane olduğunu xüsusilə bildirmiş və müsəlmanları bu mövzuda xəbərdar etmişdir.
Ey iman edənlər, ədalətli şahidlər olaraq, Allah üçün, haqqa dəstək olun. Bir camaata olan kininiz, sizi ədalətdən çəkindirməsin. Ədalət göstərin. O, təqvaya daha yaxındır. Allahdan qorxub çəkinin. Şübhəsiz Allah, etməkdə olduqlarınızdan xəbər… ardı...
Xurafatçıların insanların İslam dinindən çəkinmələrinə səbəb olan səhv din anlayışlarının qaynağı nədir?
Həqiqi İslam inancı ilə xurafatçıların xurafatlarla dolu inancları arasındakı fərqlər nələrdir?
Xurafatçılıq, Allahın Quranda bildirdiyi və Peyğəmbərimiz (s.ə.v)-in yaşadığı İslamdan çox fərqli bir anlayışı din kimi göstərməyə çalışan bir sistemdir. İndiki vaxtda xurafatçıların İslam anlayışı İslam xaricində tam fərqli bir inanca çevrilmişdir. Çünki xurafatda, Quran və sünnə deyil, xurafatlar və bidətlər əsasdır. Ancaq xurafatçılar İslam adına ortaya çıxdıqlarını iddia edərlər. Peyğəmbərimiz (s.ə.v.) də axır zamanda xurafatçılığın bu xüsusiyyətinə diqqət çəkmiş və xurafatçılığın çox əhəmiyyətli bir təhlükə olduğunu hədisi şəriflərində xəbər vermişdir:
“Elm, alimlərin yox olması (vəfat etmələri, Allah qatına qaldırılmaları) ilə ortadan qalxar. Ortalıqda hec bir alim qalmaz. Nəhayət, insanlar cahilləri özlərinə rəhbər və lider edərlər, məsələlərini onlardan soruşarlar. Onlar elmə əsaslanmadan xalqa fətva verər, həm özü azar və həm də xalqı azdırar.” (Buxari, nr. 100, 7307; Müslim, Elm 13 (nr. 2673); Tırmizi, Elm 5 (nr. 2652))
Xurafatçılar İslam dininin təməli olan sevgi və sülhə düşməndirlər
Xurafatçılar hər cür gözəlliyə nifrətlə baxarlar. Çiçəkdən, uşaqdan, heyvanlardan, qısacası, Allahın yaratdığı hər gözəllikdən nifrət edərlər. Ruhlarında sevgiyə dair heç bir şey olmadığından içləri və ruhları bomboş və qapqaradır. Ruhlarındakı bu boşluq səbəbiylə fanatik və anlayışsızdırlar. Bu səbəblə… ardı...
İslam dininin çətin olduğu haqqındakı səhv fikirlərin ən böyük səbəblərindən biri məlumatsızlıqdır.
Zamanımızda insanların bir hissəsi Quran ayələrində bildirilən həqiqətlərdən, axirət həyatının varlığından, cəhənnəm əzabından, bənzərsiz cənnət nemətlərindən və Rəbbimizin müxtəlif mövzulardakı öyüdlərindən xəbərsiz bir həyat yaşayırlar. Halbuki, Quran, insanların oxumaları, içindəki hikmətləri və həyatın əsl məqsədini öyrənmələri üçün endirilmişdir. Quranda … “Mənə əmr olunub ki, müsəlman olum və Quran oxuyum!”… (Nəml surəsi, 91- 92) şəklində buyrulmuşdur.
Quranı oxumaq və həmişə Quran əxlaqına uyğun davranmaq, bir müsəlmanın ən əhəmiyyətli məsuliyyətlərindən biridir. Quran açıq-aşkardır və hər oxuyan ayələri qavraya bilər. Lakin yalnız Allahın hidayət verdiyi kəslər Quran əxlaqını bütün həyatlarında tətbiq edə bilərlər. Allah, könüldən Özünə yönələn səmimi qullarına hidayət nəsib edəcəyini bildirmişdir. İnsanların Quran ayələrini anlaya bilməyəcəkləri şəklində bir yalanla ortaya çıxanlar isə, bir çox insanın Quranı oxuyub, Rəbbimiz olan Allaha yönəlməsinə, Quran əxlaqına görə yaşamasına mane olmağı məqsəd qoymuşlar. Halbuki, Allah ayələrinin son dərəcə açıq və aydın olduğunu Quranın bir çox ayəsində bildirməkdədir:
“Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər.” (Bəqərə surəsi, 99)
“Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik. ” (Nisa surəsi, 174)
Allahın insanlar… ardı...
Hz. Əli (r.a.)-ın soyu, anası Hz. Fatimə (r.a.) tərəfindən Hz. Davud (ə.s.)-a bağlanır.
Hz. Əli (r.a.)-ın anası Hz.Fatimə (r.a.), Başhaham Hofnainin qızı ilə Esad bin Haşimin evliliklərindən doğulmuşdur.
Silsiləyə Hz. Əli (r.a.)-dan geriyə doğru baxılsa, evliliklərin Hz. Əli (r.a.)-a yaxın dövrdə başhahamlarla davam etdiyi görünür. Bu silsilə sonunda Hz. Davud (ə.s.)-a bağlanır.
* Yəhudi inancına görə, din dəyişdirilmiş də olsa, ana tərəfindən qadınların soyundan hər hansı birinin Yəhudi olması adamı Yəhudi edir.
1. HƏZRƏTİ DAVUD (Ə.S.)-ın oğulları (MÖ 1003-970 (2. Samuel 5:5))
2. Natan (Süleymanın qardaşı, Batşebanın oğlu) (oğlu)
3. Mettethan, oğlu
4. Menon, oğlu
5. Melea, oğlu
6. Eliyakim, oğlu
7. Yonam, oğlu
8. Yosef, oğlu
9. Yuda, oğlu
10. Simon, oğlu
11. Levi, oğlu
12. Yoram, oğlu
13. Mettethan, oğlu
14. Eliyəzər, oğlu
15. Yoşua, oğlu
16. Ər, oğlu
17. Elmodam, oğlu
18. Kosam, oğlu
19. Addi, oğlu
20. Melçi, oğlu… ardı...
Allah asan olanı əmr etmişdir
İnsanların bir çoxunun din haqqındakı məlumatları, uşaqlıqlarından etibarən ətraflarından əldə etdikləri məlumatlara söykənir. Dini həqiqi qaynağından, yəni Qurandan öyrənmədikləri üçün də din adı altında bir çox xurafata, əsassız inanca qapılarlar. Bu inancların ən təhlükəlilərindən biri isə, dini yaşamağın çətin olduğu şəklindəki həqiqətə uyğun olmayan inancdır.
Tarix boyunca, dini özündən kənarlaşdırmağı məqsəd qoyan və dinin yaşanmasına maneə törətmək üçün müxtəlif üsulları sınayan kəslər, dinə bir çox çətinləşdirici əməl və xurafat qatmağa çalışmışlar. Öz törətdikləri əməllər üzündən bilərək və ya bilməyərək insanların dindən uzaqlaşmalarına səbəb olmuşlar. Halbuki, Allahın Quranda bildirdikləri və Peyğəmbər Əfəndimizin sünnəsi bizə dinin yaşanmasının səmimi insanlar üçün son dərəcə asan olduğunu öyrədir.
Əvvəlcə bunu ifadə etmək lazımdır ki, Allah kainatdakı hər şey kimi insanı da yoxdan var etmişdir. İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah, dini də insanın yaradılışına uyğun yaratmışdır. Allah bir ayəsində insanın din ilə fitrətinə (yaradılışına) ən uyğun olana çağırıldığını belə xəbər verir:
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum Surəsi-30)
Rəbbimizin şəfqət və mərhəməti olaraq əsrlər boyu… ardı...