Quran əxlaqı və təfəkkür
KƏHF SURƏSİ, 71- 82 (LEDÜN ELMİ)
18/71- Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət gəlib gəmiyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, günahı böyük olan bir iş gördün”.
18/72- Xızır dedi: “Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?”
18/74- Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun”.
18/75- Xızır dedi: “Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?”
18/76- Musa dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın.
18/77- Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. Xızır onu düzəltdi. Musa dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”.
18/78- Xızır dedi:… ardı...
Hörmətli Adnan Oktarın 28.09.2010-cu il tarixindəki Kaçkar TV reportajından
18/65- Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər.
Allahın xüsusi olaraq elm öyrətdiyi və rəhmət verdiyi hz. Xızır (ə.s.)-ın tapılması, eyni zamanda hz. Mehdi (ə.s.) ilə izah edilir. Hz. Mehdi (ə.s.)-da hz. Xızır (ə.s.)-ın xüsusiyyətləri çoxdur. Hz. Xızır (ə.s.), hz. İsa (ə.s.) və hz. Mehdi (ə.s.) üçü də şəbəkə kimi bir-birlərini dəstəkləyər.
18/66- Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə, sənin arxanca gələ bilərəmmi?”
Hz. Mehdi (ə.s.)-a tələbə olmaq çox məsuliyyətli və çətindir. Çoxları həvəslənir, amma həqiqətən də hz. Mehdi (ə.s.)-a tələbə olmaq çətindir. Onlar bunu yuxu kimi düşünürlər. Məsələn, xərcləyərsən, yemək yeyərsən, amma elə deyil. Bəla yağış kimi gəldikdə canım şirindir deyərsən, amma belə olmaz.
18/67- Xızır dedi: “Doğrusu, sən mənim yanımda səbr edə bilməzsən.”… ardı...
İman edənlərin həyatlarında bir dəfə də olsa oxumalı olduqları dualar
Allah müsəlmanlara nələrə dua etməli olduqlarını Quranın bir çox ayələrində bildirmişdir. Dua bizim qədərimizdə var olana doğru istiqamətləndirər. Qədərimizi təqdir edən də, bizə duanı etdirən də Allahdır. Dua müsəlmanın ən əhəmiyyətli ibadətlərindən biridir. Dua edən mömin Allaha qarşı acizliyini bilib, həmişə təslimiyyətli bir ruh halında olar. Dualarının qarşılığında Allah qatında qiymətli, təqva sahibi qul ola biləcəyinə ümid edər. Allah ayələrinin birində belə buyurur:
“De ki: Duanız olmasaydı, Rəbbim sizə dəyər verərdimi?…” (Furqan Surəsi, 77)
Quranda xəbər verilən və iman edən şəxslərin həyatlarında bir dəfə də olsa oxuması vacib olan dualardan bəzilərinə nəzər yetirək.
“… İnsanlardan eləsi vardır ki: “Rəbbimiz, bizə dünyada ver” deyər; onun axirətdə nəsibi yoxdur. Onlardan eləsi də vardır ki: “Rəbbimiz, bizə dünyada da yaxşılıq ver, axirətdə də yaxşılıq (ver) və bizi atəşin əzabından qoru” deyər…” (Bəqərə surəsi 200-202)
Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (Bəqərə surəsi 285)
… “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!… ardı...
Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır. (Ənkəbut Surəsi-51)
Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” – deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.! (Nəhl Surəsi-116)
De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında hamıya, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik.
De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”. (Əraf Surəsi, 32-33)
Onlar: “Bu mal-qaranın qarınlarındakı balalar kişilərimizə halal, qadınlarımıza isə haramdır” – deyirlər. Əgər o bala ölü doğularsa, hamısı onu yeməyə şərik olurlar. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, Müdrikdir, Biləndir.. (Ənam Surəsi-139)
Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər. (Ənam Surəsi-140)
De: “Allahın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir… ardı...
Xarakterlərin Ən Aşağısı: Münafiqlik
İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq” – deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər.(Bəqərə surəsi /8- 10)
Çox insan üçün ‘münafiq’ sözü el’ bir məna ifadə etməz. Bəziləri isə sözü xalq dilindəki şəkliylə, yəni “ikiüzlü” ya da “yalançı” mənalarıyla bilər, lakin Qurandakı qarşılığından xəbərdar deyillər. Bir az dini məlumatı olanlar isə münafiqlərin, daha çox Peyğəmbərimiz (s.ə.v) dövründə yaşamış inkarçı bir qrup olduğunu düşünürlər.
Halbuki münafiqlər Allahın Quranda yüzlərlə ayə ilə diqqət çəkdiyi və onlara qarşı son dərəcə təmkinli olunmasını xatırlatdığı bir qrupdur. Münafiqlərin, heç də az rast gəlinən bir qrup deyil, əksinə inanan hər birliyin içində olan ‘təşkilatlı’ bir qrup olduğudur.
Qurana baxdığımızda bu qaydanın hər dövr üçün etibarlı olduğunu görərik; Hz. Musa ilə birlikdə olan birliyin içində də, Hz. Süleymana inananların arasında da, Hz. İbrahimin ümmətində də, Peyğəmbərimiz (s.ə.v)-in 1400 il əvvəl yaşamış qövmündə də… Qısacası Quranda bəhsi keçən hansı Müsəlman birliyi olursa olsun içlərində münafiqlərin də olduğundan bəhs edilər. Çünki Quranda, “(Bu,) Daha əvvəldən gəlib-keçənlər haqqında… ardı...