Peyğəmbərlər tarixi

1.   Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə dünyanın ömrünün 7000 il olduğu bildirilməkdədir.

Ənəs Malik- dən təxric etdi. O dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: DÜNYANIN ÖMRÜ, AXİRƏT GÜNLƏRİNDƏ YEDDİ GÜNDÜR. Allah Təala buyurdu ki: RƏBBİN QATINDA BİR GÜN SİZİN SAYDIQLARINIZDAN MİN İL KİMİDİR. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını görsə, Allah Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə  BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMRÜ BOYUNCA SAVAB YAZAR. (Əli B. Hüsaməddin əl-Müttəqi, Kitab-ül Burhan Fi Əlamət-il Mehdiyy-il Axır zaman, səh. 88)

 

Əmr İbn Yəhya, haqqında İbn Zeydə bildirdik, Allah ondan razı olsun dedi ki:

Allahın Rəsulu (s.ə.v) dedi ki: DÜNYANIN ÖMRÜ AXİRƏT GÜNLƏRİNDƏN YEDDİ GÜNDÜR.

Uca Allah dedi ki: Həqiqətən sənin Rəbbinin qatında bir gün sizin saydığınız  min il kimidir. 

(Əlkəsfu An mucavəzəti Hazihilumme əl Əlf və Əllimə fi ƏcvibƏti əl-Əsilə, Suyuti, səh. 10)

Əttabərani Əlkəbiyr də dedi ki: Əhməd İbn Ənnadril əsgəri və Cəfər İbn Məhəmmədül Aranıya (və ya uryani də ola bilər) bildirdik (xəbər verdik) ikisi də dedilər ki: Əlvəliyd İbn Əbdül Məlik İbn Sərhul Səhranıya xəbər verdik, Süleyman İbn Ataul Qureyşilhərbi xəbər verdik, Sulləmətu İbn Abdillahil Cəhni haqqında Əmr İbn əbi Şəcəati İbn Rabiil Cəhni haqqında Əddəhhaq… ardı...

 

Peyğəmbərimiz (s.ə.v)-in çox gözəl bir əxlaqa sahib olduğunu Allah Quranda bildirmiş və belə buyurmuşdur:

“Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki, Sən (ya Rəsulum!) Rəbbinin neməti sayəsində divanə deyilsən! Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir! Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən! (Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər, Hansınızın divanə olduğunu!          Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!” (Qələm Surəsi, 1-7)

 

Allah bu ayədə ayrıca olaraq Peyğəmbərimiz (s.ə.v) üçün minnətsiz (tükənməz) bir mükafat olduğunu bildirmişdir. Bu, Hz. Məhəmməd (s.ə.v)-in daim gözəl əxlaq göstərdiyini, təqvadan heç bir zaman ayrılmadığını göstərən bir məlumatdır.

 

Peyğəmbərimiz (s.ə.v)-in”İmanın kamalı, gözəl əxlaqladır” sözləriylə ifadə etdiyi kimi, imanın ən əhəmiyyətli əlamətlərindən biri gözəl əxlaqdır. Bu səbəblə gözəl əxlaqın ən gözəl nümunələrini öyrənmək və tətbiq etmək əhəmiyyətli bir ibadətdir.

 

Bu hissədə Peyğəmbərimiz (s.ə.v)-in Quranda zikr edilən gözəl əxlaq xüsusiyyətlərindən bəzilərinə yer veriləcək.

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V) YALNIZ ÖZÜNƏ VƏHY OLUNANLARA TABE OLMUŞDUR

 

Peyğəmbərimiz (s.ə.v)-in Quranda da dəfələrlə bildirilən ən əhəmiyyətli xüsusiyyətlərindən biri, yalnız Allahın nazil etdiyinə uyğun olaraq, insanların razılığını nəzərə almadan, insanlardan çəkinmədən yalnız Allahın bildirdiyini yerinə yetirməsidir. Hətta müşriklər və… ardı...

 

Peyğəmbərimiz (s.ə.v.)- in şəmaili şərifi

O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir, orada itaət ediləndir, etibarlıdır. (Təkvir surəsi, 20-21)

Bu həftə, insanlar üçün son peyğəmbər olaraq göndərilən, Allahın ən son Haqq Kitabını vəhy etdiyi, gözəl əxlaqı, təqvası, Allaha olan yaxınlığı ilə insanlara örnək etdiyi, Allahın dostu, Rəbbimizin Qatında üstün məqamı olan, möminlərin də dostu, ən yaxını və vəlisi peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.v.)-in 1433-cü ildə ad gününü qeyd edirik.

020_005

Hal-hazırda insanlar, xüsusilə də gənclər bir çox insanı özlərinə örnək götürür, onların rəftar və danışıqlarını, üslublarını, geyim tərzlərini təqlid edir, onlar kimi olmağa çalışırlar. Ancaq bu insanların böyük əksəriyyətinin doğru yolda olmadıqları kimi, rəftar və əxlaq gözəlliyinə də sahib deyildirlər. Bu səbəblə, insanları doğru olana, ən gözəl əxlaq və rəftara meylləndirmək çox zəruri bir məsuliyyətdir. Bir müsəlmanın, rəftarını və əxlaqını nümunə götürdüyü, bənzəmək üçün səy göstərdiyi şəxs, Hz. Məhəmməd (s.ə.v.) olmalıdır. Allah bunu bir ayəsində belə bildirir:

Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab surəsi, 21)

Bu səbəblə, Hz. Məhəmmədin (s.ə.v.)-in gözəl xüsusiyyətlərini tanımaq, onu nümunə götürmək hər müsəlman üçün bir vəzifədir.

Quran ayələri ilə yanaşı, səhabələrdən köçürülən izahlı nümunələrdə də peyğəmbərimiz (s.ə.v.)-lə bağlı bir çox məlumat var.… ardı...

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN GÖZƏL HƏYATI

Peyğəmbərimiz (s.ə.v)-in həyatının hər anında, möminlər üçün çox gözəl nümunələr var. Hz. Məhəmməd (s.ə.v)-in səhabələriylə olan söhbətləri, onlara xitabları, zarafatları, uşaqlara olan sevgi və marağı, xanımlarına qarşı ədalətli, mehriban rəftarı, həm ailəsi, həm də, bütün müsəlmanlar üçün nümunə olması, gülər üzü, sevinci, canlılığı, möminlərə olan düşkünlüyü və şəfqəti, gözəl əxlaqın və ideal insan modelinin əhəmiyyətli bir nümunəsidir. Bu hissədə, Peyğəmbərimiz (s.ə.v)-in, Allahın razı olduğu gözəl həyatından nümunələr veriləcək.

PEYĞƏMBƏRİMİZ (S.ə.V) GÜLƏRÜZLÜ İDİ və gülərüzlü olmağı tövsİyə edərdİ:

Peyğəmbərimiz (s.ə.v) üzərindəki ağır məsuliyyətə və qarşılaşdığı hər cür çətinliklərə baxmayaraq, son dərəcə Allaha təvəkkül edən, təslim olan və sakit bir insan idi. Həyatının hər anında imanın sevinci və şövqü içində idi. Bu, həm iman sevinci, həm də, gözəl əxlaqı ilə daim gülərüzlü və səmimi bir rəftarı var idi. Səhabələr, Peyğəmbərimiz (s.ə.v)-in bu halını belə izah etmişlər:

“Savadsızlara özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın ) ayyələrini oxuyar, onları (pis əməllərdən) təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki, onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər”  (Cümə surəsi, 2)

 

Hz. Əli (r.ə): “Onun gülərüzlü olması və hər kəsə nəzakətli davranışı sanki, onu xalqa bir ata etmişdir. Hər kəs onun yanında və nəzərində bərabər idi.”

Allah Elçisi daim gülərüzlü, yumşaq… ardı...