İman həqiqətləri və yaradılış möcüzələri

midye1Midya yapışqanının “kimyəvi kodu” tapıldı

Dəniz sahilindəki qayalara və ya gəmilərin gövdələrinə yapışmış midyanı daha əvvəl görmüsünüz. Ancaq yandakı şəkildəki kimi bir midyanı bəlkədə ilk dəfə görürsünüz … Şəkildəki midya insan oğlu tərəfindən hazırlanmış və ən az yapışqanlığa malik olan vəsaitlərdən birinə, teflona asılı vəziyyətdə yapışdığını görürsünüz.

 

Bu şəkil ABŞ-dakı Purdue Universitetinin kimya ixtisası bölməsində Wilker tədqiqat qrupunun istifadə etdiyi laboratoriyada çəkildi. Qrupa rəhbərlik edən kimya professoru Jon Wilker nəticələrini ötən ay açıqladığı fəaliyyətində Mytilus edulis növünə aid midyanın super qüvvəli yapışqanının yapışmasına dəmirin açar rol oynadığını ortaya çıxardı. Bununla, dəmir kimi bir metalın formalaşmamış bioloji bir materialın meydana gəlməsində kritik əhəmiyyətə sahib olduğu ilk dəfə göstərilmiş oldu.

 

Fəaliyyəti “yapışqanın kimyəvi kodu tapıldı” deyərək yekunlaşdıran elm adamlarına görə, bu formulun bilinməsi yeni texnoloji məhsulların inkişaf etdirilməsinin də önünü açacaq. Tibdə və ümumi istifadədə daha etibarlı alternativ yapışqanlar inkşaf etdirilə biləcək. Bununla yanaşı midyanın gəmi gövdələrinə yapışaraq ortaya çıxardığı, illik məbləği milyonlarla dollara çatan maddi zərərin qarşısını ala biləcək örtüklər hazırlanacaq.

 

Midya yapışqanının sintetik bir versiyasını təkmilləşdirmə işlərini icra edən Wilker və qrupu midyanın, dəmiri ətrafdakı dəniz suyundan əldə etdiyini, bunu zülalları bir-birinə bağlamaq üçün istifadə etdiyini və ortaya çıxardığı qarışığı güclü bir yapışqana çevirdiyini kəşf etdilər. Midya… ardı...

 

Mantis krevetinin öldürücü zərbə mexanizmi

Mantis krevetləri (Stomatopodlar) ovlarının qabıqlarını qırmaq üçün istifadə etdikləri qidalanma uzantıları və güllə kimi sürətli zərbələrlə tanınırlar. Ən son fəaliyyətlər haqqında “Nature” jurnalında nəşr olunan məlumata görə, Odontodactylus scyllarus növünə aid mantis krevetinin zərbələri xüsusi bir yay mexanizminə əsaslanır. (şəkillər üçün kilikləyin)

 

mantiskaridesiMantis krevetləri tropik və subtropik dənizlərin dayaz bölgələrində yaşayan yırtıcı xərçəngkimilərə aiddir. Boyları 2 ilə 70 sm arasında dəyişən bu xərçəngkimilər ən aqressiv canlılardan biridir. Elmi adlarını qidalanmada istifadə etdikləri və sinələrindəki çıxıntılardan alırlar (stomato: ağız; pod: ayaq). Bunların hər biri qısqaclıdır; ikincisi xüsusilə iridir və ov vurmadan və tutmadan istifadə edilir. İkinci çıxıntının tikanlı forması Mantis böcəyinin çıxıntılarına bənzədiyi üçün bu canlılar geniş şəkildə “Mantis kreveti” adı ilə tanınırlar.

Mizraqlı və daban formalı olaraq iki tipdə olan çıxıntılar növlər arasında dəyişiklik göstərir. Sinədən çıxan ayaqların digər üçü yerimək üçün istifadə edilər. Qarından çıxan çıxıntılardan qəlsəmələr çıxar və bunlar üzmək üçün istifadə edilə bilər. Mantis krevetləri ikinci çıxıntılarını təməl qida qaynaqları olan ilbizlərin qabıqlarını qırmaq üçün istifadə edərlər. Zərbələri son dərəcə güclüdür. İri olan bir mantis kreveti 22 kalibrli bir silahdan çıxan güllə qədər qüvvətlə zərbə endirə bilər. (1)

 

Daha əvvəlki tədqiqatlar mantis krevetlərinin maksimum 10 m/san sürətlə zərbə endirdikləri istiqamətində… ardı...

 

Quşların diqqət çəkici yuvaları

Quşlar yuva hazırlamaq mövzusunda ən mahir canlılar olaraq tanınırlar. Hər quş növünün özünə xas yuva hazırlamaq üsulu  var və heç çaşmadan bu qüsursuz tikililəri inşa edərlər.

Quşların yuva qurmalarının ən əhəmiyyətli səbəbi yumurtalarının və daha sonra bu yumurtadan çıxan balalarının son dərəcə müdafiəsiz olmalarıdır. Bundan başqa bəzi quşlar da çoxalma dövrlərində dişilərinə nümayiş etmək üçün müxtəlif yuvalar qurarlar və bu yuvaları cazibədar hala gətirmək üçün bəzəyərlər.

Quşun balaları üçün hazırladığı yuvaların ən əhəmiyyətli məqsədlərindən biri balalarını soyuqdan qorumaqdır. Balalar tüksüz doğulurlar və eyni zamanda bir o qədər hərəkət edə bilmədikləri üçün əzələlərini heç işlətməzlər. Buna görə də balaların donmaması üçün soyuqdan təcrid edilmiş yuvalara ehtiyacları var. Xüsusilə “hörgü yuvalar” quruluş etibarilə bu istiliyi balalara təmin edə bilirlər. Bu yuvaların hazırlanması isə olduqca incə və çətindir. Dişi quş yuvanı çox uzun bir vaxt ərzində böyük bir qayğı ilə hörərək meydana gətirər. Eyni zamanda yuvanın içini lif və tüklərlə dolduraraq yuvanın izolyasiyasını artırmış olar.

Hər bir növ yuvanın hazırlanması üçün material ilə təmin olunma son dərəcə əhəmiyyətlidir. Quşlar gün ərzində edəcəkləri inşaat üçün lazımlı materialı toplayarlar. Quşların dimdikləri və ayaqları müxtəlif materialları daşımaq və istifadə etmək üçün xüsusi hazırlanmışdır. Yuvanın tikintisi dişi quşa aiddir amma yuvanın qurulacağı… ardı...

 

Ağıllı müdafiə sistemi: Kamuflyaj

Kamuflyaj hərbçiliyin dəyişilməz ünsürlərindən biridir. Düşmənə özünü hiss etdirmədən hücum etmək və ya düşmənin hücumu əsnasında özünü gizlətmək çox əhəmiyyətlidir.

Buna görə də cəbhədəki əsgərlər geyimləri, dəbilqələri ilə, hətta üzlərinə sürtdükləri boyalarla özlərini gizlədər, yəni kamuflyaj edərlər.

Maraqlı olan kamuflyaj deyilən bu ağıllı üsulun yalnız insanlar deyil, heyvanlar tərəfindən də istifadə edilməsidir.

 

Çox effektiv taktika

Kamuflyaj edən canlılar yaşadıqları mühitə son dərəcə uyğun şəkildə yaradılmış bədən quruluşları, formaları, rəngləri və naxışları ilə xüsusi olaraq mühafizə olunmuşlar. Bu canlıların bəzilərinin bədənləri olduqları şəraitlə o qədər uyğundur ki, ətraflarındakı bitkilərdən ayırd edilmələri son dərəcə çətindir

050 3a

Bəzi böcək növləri toplu şəkildə kamuflyaj edərək düşmənlərindən qorunurlar. Məsələn, Madaqaskarda rast gəlinən tropik yarımsərtqanadlılar (lat. Hemiptera ) dəstəsindən olan taxtabitilərinin qanadları parlaq və rənglidir. Bu fotoşəkildəki kimi bir ağac gövdəsində toplu halda dincəldikləri zaman bir böcəkdən çox çiçəyə bənzəyirlər. Bu da böcək axtaran ovçuları yanıldır.1

Üzərində yaşadığı çiçəklə eyni rəngdə olan bir hörümçək ağac budağı kimi hərəkətsiz dayanan bir ilan, qurumuş yarpaqla eyni qanadlara sahib olan bir böcək, üzərində olduğu bitkilərin rəngini və formasını alan bir qurbağa… Bütün bunlar təbiətdəki kamuflyajın maraqlı nümunələridir. Bizə kamuflyajın xüsusi olaraq yaradılmış bir üsul olduğunu göstərirlər.

 

 

050 1a

Yencək hörümcəklərinin solda görünən… ardı...

 

309145 276529575791013_825571249_n(1)Yer kürəsinin temperaturu

Dünyanın həyat üçün ən lazımlı şərtləri, ilk baxışda, temperaturu və atmosferidir. Mavi planet canlıların xüsusilə də bizim kimi son dərəcə kompleks canlı varlıqların yaşaya biləcəyi bir temperatura və nəfəs ala biləcəyimiz bir atmosferə malikdir. Ancaq bu iki faktor da bir-birindən son dərəcə fərqli amillərin hər birinin ideal dəyərlərdə təyin olunmasıyla reallaşmışdır.

Bunlardan biri Yer kürəsinin Günəşə olan uzaqlığıdır. Əlbəttə ki, Yer Günəşə Venera qədər yaxın və ya Yupiter qədər uzaq olsaydı, həyata imkan yaradacaq bir istilik dəyərinə malik ola bilməzdi. Karbon əsaslı üzvi molekullar 120° C ilə-20° C arasında dəyişən bir temperatur intervalında meydana gələ bilər. Günəş sistemində bu istilik dəyərinə sahib olan yeganə planet isə Yerdir. Bütün kainatı nəzərə alsaq həyat üçün lazımlı olan bu temperatur intervalının əslində əldə edilməsinin çox çətin olduğunu görərik. Çünki kainatın daxilindəki istilikləri, ən isti ulduzların daxilindəki milyardlarla dərəcəlik qorxunc istilikdən, “mütləq sıfır” nöqtəsi olan- 273.15 ° C-yə qədər dəyişdirə bilir. Bu nəhəng istilik spektri içində karbon-əsaslı bir həyata imkan verən temperatur intervalı çox məhdud intervaldır. Amma Yer tam bu temperatur intervalına malikdir.

Dünya məlum olan bütün göy cisimlərindən fərqli olaraq həyata əlverişli bir atmosferə, istiliyə və səthə malikdir. Günəş sistemindəki digər 63 göy cismindən heç birində həyatın təməl… ardı...