İman həqiqətləri və yaradılış möcüzələri
Qarışqalar
İctimai baxımdan ən yaxşı inkişaf etmiş həşərat qruplarından biri olan qarışqalar son dərəcə “yaxşı təşkilatlanmış” bir nizam içində, koloniyalar deyilən dəstələr halında yaşayarlar. Dəstə halında yaşadıqları üçün koloniyanın müəyyən bir nizam daxilində hərəkət etməsi qarışıqlıq yaranmaması baxımından çox əhəmiyyətlidir.
Kollektiv iş, hərbi strategiya, inkişaf etmiş bir ünsiyyət şəbəkəsi, nümunəvi və şüurlu bir iyerarxiya, intizam, qüsursuz bir şəhər planlaması …
Bir az əvvəl oxuduğunuz cümlə torpağın üzərində yalnız giriş qismini gördüyümüz qarışqa yuvalarındakı həyatın qısa bir xülasəsidir. İnsanların belə hər zaman kifayət qədər bacarıqlı ola bilmədiyi bu sahələrdə qarışqalar son dərəcə bacarıqlıdırlar. Torpağın altındakı yuvalarında qarışqalar bir tərəfdən qida tədarük edərkən, bir tərəfdən balalarını izləyər, bir tərəfdən koloniyalarını qoruyar və bir tərəfdən də döyüşərlər. “Dərzilik” edib, “əkinçilik” lə məşğul olan, “heyvan yetişdirən” qarışqa koloniyaları belə vardır. Aralarında çox güclü bir ünsiyyət şəbəkəsi olan bu canlıların həyatı ictimai təşkilatlanma və işlərində ixtisaslaşma baxımından araşdırıldıqda heç bir canlı ilə müqayisə edilə bilməyəcək bir üstünlüyə sahib olduqları aydın olar.
Qarışqa dəstələrində hər bir fərd öz üzərinə düşən vəzifəni tam olaraq yerinə yetirir. Hər bir fərd üçün əhəmiyyətli olan öz istəkləri deyil, koloniyanın davamlılığıdır.
Allah Quranda canlılardakı ibrətamiz xüsusiyyətlərə diqqət çəkərək bunlar üzərində düşünməyimizi istəyir. Allahın aşağıdakı ayədə diqqət çəkdiyi və üzərində… ardı...
Kompüter proqramçıları bal arılarından nümunə götürür 2
İnternet mühitində ticarətin getdikcə artması özü ilə bəzi əhəmiyyətli problemləri də gətirir. Müştərilərin ticarət davranışları çox vaxt gözləniləndən uzaq və bir-birlərindən tamamilə fərqli ola bilir. Bu vəziyyətin ortaya çıxardığı dəyişkən nəqliyyat isə online satış edən internet serverləri üzərində ani yüklənmə meydana gətirir (Server: resursları istifadəçilər tərəfindən istifadə olunan şəbəkədəki kompüter və ya xüsusiləşdirilmiş kompüter). Məhz bu yüklənmələri nizamlayacaq texnologiyalar inkişaf etdirmək üçün Oksford Universiteti və Georgia Texnologiya İnstitutunun mütəxəssisləri birlikdə çalışırlar. Tədqiqatçılar bu işlərdə trafiki (informasiyanın həcmi) aktiv bir şəkildə onsuz da təşkil olunmuş bir birliyi nümunə götürürlər. İnternet serverlərini nəqliyyatın sıx olduğu anlarda rahatlıq təmin edəcək texnologiyalarda “bal arısı koloniyalarının” davranışları təqlid edilir.
İnternetdə reallaşdırılan səhmlərin alqı-satqısında, alış və ya hərraclarda müştərilərin birdən yığılması server işlədən firmalar üçün
böyük çətinlik meydana gətirir. Gəlirlərini maksimuma çıxarmaq üçün bağlı olduqları kompüterlərə anbaan nəzarət edib, sürətli müdaxilələrlə dəyişən tələb səviyyələrinə uyğunlaşma göstərə biləcək halda tutmalıdırlar. Ancaq bir kompüterə eyni vaxtda yalnız tək bir şəbəkə proqramı yükləmək mümkün olduğu üçün bir çatışmazlıq meydana gətirir. Bu proqramları dəfələrlə dəyişdirmək kompüterin özünü yenidən nizamlaması üçün lazımlı olan 5-7 dəqiqəlik müddət ərzində kəsilmə, yəni zərər meydana gətirir.
Arıların gördüyü… ardı...
Oxşarı hazırlana bilməyən möcüzəvi maye: Qan
Qanda reallaşan hadisələri araşdıran elm adamları qarşılaşdıqları qüsursuz nizamı təqlid edə bilmək üçün işlərini hələ də davam
etdirirlər. Ancaq bu günə qədər konkret bir irəliləyiş qeydə alınmayıb. Hətta tədqiqatçılar bu fövqəladə mayeni təqlid etməyə çalışmaqdan imtina etmişlər, qan ilə əlaqədar araşdırmaların istiqamətini dəyişdirmişlər. Oksigen daşıya bilən ehtiyat mayeni hazırlamaq üçün işlər həyata keçirirlər.
Ancaq elm adamları qan ilə əlaqədar işlər görərkən müxtəlif çətinliklərlə üzləşirlər. Qanı damardan çəkdikləri anda qan laxtalanır. Qan hüceyrələrinin mikroskop altında və bədəndə eyni şəkildə hərəkət edib etmədikləri bilinmir. Bundan başqa qan nə plastik şlanqda, nə də şüşə qabda tam mənasıyla canlı qalmadığı üçün içindəki hüceyrələr ayrı-ayrı götürülüb araşdırılır. Bütün bunlar nəzərə alındıqda elm, canlı “qanı” deyil, laboratoriyadakı qanı analiz edərək tanıyır. (R. von Bredow, Geo, Noyabr 1997)
Laboratoriyalarda oxşarı hazırlana bilməyən bu fövqəladə maddə insan ilk ortaya çıxdığından bəri bədəndə hazırlanır. Bu gün sahib olduğumuz yüksək texnologiya ilə təqlid belə edilə bilməyən bir maddənin müəyyən zaman ərzində öz-özünə təsadüflərin təsiriylə meydana gəldiyini iddia etmək ağıldan tamamilə uzaqlaşmaq deməkdir. Bir çox canlı növünə həyat verən bu maddə Allahın yaratmasının açıq dəlillərindən biridir.
Bədəndəki təkrar istifadə sistemi sayəsində təmin edilən qazanc
İnsan bədənindəki təkrar istifadə sistemi də qüsursuz bir quruluşa malikdir.… ardı...
Göyərçinlərdə maqnetik mövqetəyinetmə sistemi
Aparılan son bir təcrübə poçt göyərçinləri istiqamət tapmaqda dünyanın maqnit sahəsindən faydalandıqları nəzəriyyəsi üçün əhəmiyyətli dəstək oldu.
İnsanlar məlumatı uzaqdakı alıcılara çatdırmaqda keçmiş dövrlərdən bəri göyərçindən faydalanmışdır. Məsələn, göyərçinlərin 1150-ci ildə Bağdadda məlumat çatdırma məqsədli istifadə edildiyinə dair qeydlər var.
Dünyaca məşhur “Reuters” xəbər agentliyinin qurucusu Paul Reuter, 1850-ci ildə Belçikanın Brüssel şəhəri ilə Almaniyanın Axen şəhəri arasında, 45 göyərçindən ibarət olan bir flot ilə xəbər və birja təhvil qiymətlərini paylamışdır.
Poçt göyərçinləri çox uzun məsafələri qət edə bilər. Daha sonra geriyə dönməyi bacaran bir göyərçin üçün ən uzağa uçma rekordu 1689 mildir.(təxminən 2719 km.)
Elmi adı Columba Livia olan göyərçinlərin necə olub da geriyə dönə bildikləri sualı, bu günə qədər bir sirr olaraq qalırdı. Yəqin olan açıqlamalar arasında güclü bir qoxu hissiyatı ilə maqnit sahələrini qəbul etmə qabiliyyəti ön plana çıxırdı. Elm adamları on illərdir sürən işlərdən sonra, göyərçinlərin həqiqətən maqnit sahələrini aşkarlaması qabiliyyətinə sahib olduğunu ortaya çıxardılar.
Chapel Hill-dəki Cornell Universitetindən Cordula Mora və yoldaşları göyərçinləri bir tunelin içinə qoydular. Bunun damında olan bir maqnit halqa işlədildiyində tunelin mərkəzində maksimum səviyyəyə çatan bir maqnit sahə meydana gətirirdi. Mora, dörd göyərçini maqnit sahə işləyərkən tunelin bir tərəfində; dayandıqda isə digər… ardı...
Görmə qüsuru olanlar üçün sonar çəlik
Yarasalar görmə qüsurlu insanların istifadəsinə təqdim ediləcək titrəyişli çəliklər istehsalına ilham qaynağı oldu. Oxşar prinsiplərə görə işləyən təyyarə nəzarət sistemlərinin inkişaf etdirilməsi də planlaşdırılır.
Olduqca yüngül olan elektron çəlik insan qulağının qəbul edə bilməyəcəyi tezlikdəki (ultrasəs) səs dalğaları yayır və üç metr diametrindəki sahədə olan obyektləri üç ölçülü olaraq xəritələndirir. Yol üzərində bir maneə ilə qarşılaşdıqda çəlik bunları qəbul edir və qulp hissədə düymələrin titrəməsini təmin edərək görmə qüsurlu sahibini xəbərdar edir. Məhsulun dizaynı Leeds Universitetində işləyən tədqiqatçı və yarasa mütəxəssisi olan Dean Watersa aiddir. Water bu vaxta qədər təxminən 25 görmə qüsurlu insan üzərində test edilən çəliyin olduqca müvəffəqiyyətli olduğunu ifadə edir. (1)
Çəlik saniyədə 60.000 səs titrəyişi yayır və əks olunan dalğaları qəbul edir. Çəlik üzərindəki düymələr də görmə qüsurlu istifadəçinin ultrasəs dalğaların qüvvəsini “hiss etməsini” təmin edir. Sürətli və qüvvəli bir siqnal obyektin yaxında olduğu mənasını verir.(2)
Bir zooloq olan Waters fəaliyyətlərinə maraq cəlb edə bilmək üçün İngiltərənin Mançester şəhəri yaxınındakı Salfordda reallaşdırılan elm festivalında maraqlı bir nümayiş təqdim etdi. Bu nümayişdə yarasa sonarını (sonar- səs dalğalarını istifadə edərək cismin ölçü, uzaqlıq və digər məlumatları görməmiz üçün yarayan alətdir) insan qulağına adaptasiya edən bir yer müəyyən etmə sistemi… ardı...