İman həqiqətləri və yaradılış möcüzələri
Bu günlərdə hər yaşda insanın maraqla izlədiyi yeni bir film daha viziondadır: “Hörümçək adam-2”.
Amerika Birləşmiş Ştat-larında 2 il bundan əvvəl yayınlanmağa başladıqda bütün zamanların ən yüksək “ilk 3 gün” hasilatı rekordunu vuran filmin ikincisi də yeni rekordlara imza atmağa namizəd görünür. Film Şimali Amerikada əldə etdiyi kassa hasilatıyla ‘ilk gün’ rekordunu vurdu və viziona girdiyi ilk gün, kassalara 40.5 milyon dollarlıq hasilat buraxdı.
Filmin mövzusu qısaca belədir:
Mülayim xasiyyətli Peter Parker (Tobey Maguire) bir tərəfdən güclərinin ona təmin etdiyi üstünlükləri insanların faydalanması üçün istifadə edib bir tərəfdən buna görə qarşılaşdığı çətinliklərlə mübarizə apararaq, bir tərəfdən də Hörümçək adam ilə tələbə şəxsiyyəti arasındakı tarazlığı qorumaq məcburiyyətindədir. Peter bu dəfə güclü, çox qollu pis ürəkli Dr. Octopus (Ahtapot) yəni qısaca “Doc Yan” (Alfred Molina) ilə qarşı-qarşıyadır. Peterin bu səkkiz qollu dəli adamı dayandırmaq üçün bütün super qəhrəman gücünü toplaması lazımdır.
Budur, Hörümçək adam-2 filmi bu həyəcanlı hekayəni mükəmməl vizual effektlərlə birləşdirərək tamaşaçılara vizual ziyafət verir.
“Spider-Man / Hörümçək-adam” klassikləşmiş Marvel Comic cizgi roman obrazına söykənir. Marvelin meneceri Stan Lee ilə şirkətin xarakter dizayneri Steve Ditkonun qurduqları obraz, Hörümçək adam ilk olaraq 1962-ci ildə çox da müvəffəqiyyətli olmayan cizgi roman “Amazing Fantasy”nin (inanılmaz Fantaziya) son buraxlışında göründü. Obraz elə sürətli bir şəkildə… ardı...
Tovuz quşu tüklərindəki naxışlara baxan bir insan bunlardakı gözəlliklərə heyran olmaya bilməz. Elm adamlarının son araşdırmalarından birində bu naxışın təməlində təəccüb doğuran bir dizayn olduğu ortaya çıxarıldı.
Çinli elm adamları tovuz quşunun tüklərində olan və işığın fərqli dalğa uzunluqlarını süzüb əks etdirə bilən kiçik tüklərin olduğu həssas bir mexanizmi ortaya çıxardılar. Şanxaydaki Fudan Universiteti fiziklərindən Jian Zi və yoldaşlarının “Proceedings of the National Academy of Sciences” jurnalında nəşr olunan tədqiqatlarına görə tüklərin parlaq rəngləri piqmentlər tərəfindən deyil, iki ölçülü və kristala bənzəyən kiçik strukturlar tərəfindən hazırlanır.1
Zi və həmkarları tüklərdəki rənglərin təməlini ortaya çıxarmaq üçün güclü elektron mikroskoplardan istifadə etdilər. Yaşıl erkək tovuz quşunun (Pavón rnuticus) gövdəsindən çıxan tüklərin üzərindəki daha da kiçik tükcükləri araşdırdılar. Mikroskop altında soldakı ağ-qara şəkildə görünən ələk formalı dizaynla qarşılaşdılar. Bu bir növ zülal olan melanindən hazırlanmış çubuqların keratinlə (bir başqa zülal növü) bağlanmasından meydana gəlirdi. Tədqiqatçılar hər biri insan saçından yüz dəfələrlə daha incə olan bu 2 ölçülü kiçik strukturların tükcüklər üzərində ardıcıl sıralandığını gördülər. Elm adamları əlavə optik araşdırmalar və hesablamalarla kristalların arasındakı boşluqları və bunların təsirlərini araşdırdılar. Nəticədə bu ələk formalı dizaynda boşluqların ölçülərinin və formalarının işığın müxtəlif bucaqlarda əks olunmasına, beləcə, rəngdəki… ardı...
Qurbağadakı maddələr mübadiləsi yeni müalicələrə ilham qaynağı ola biləcək
Yaşıl zolaqlı Avstraliya qurbağasının heyranedici maddələr mübadiləsi hərəkətsizlik nəticəsində əzələ və çəki itkisinə uğrayan insanların müalicəsində və damazlıq heyvandarlığın inkişafında yeni üsullara ilham qaynağı olur.
Bu qurbağa quraq yay mövsümündə özünü palçığa basdırır və bədənində hazırladığı selikli formada olan bir barama içində aylarca hərəkətsiz qalır.
CSIRO heyvandarlıq sənayesi araşdırma quruluşundan Dr. Nick Hudson elmi adı Cyclorana alboguttata (zolaqlı yuvaqazan qurbağa)
olan qurbağanın yay yuxusu deyilə biləcək bir müddətdə (aestivation) əzələlərində heç bir dəyişiklik yaşamadığını ifadə edir. Qurbağa yay dövründə özünü palçığa basdırıb aylarla hərəkətsiz qalır.
Dr. Hudson qurbağanın ilham qaynağı olduğu işlərinin məqsədini belə açıqlayır:
“Bu kiçik heyvan palçıqda bir neçə ay boyunca basdırılmış qalır amma gücündən və ya çəkisindən heç bir şey itirmir. Əgər qurbağanın bunu necə edə bildiyini anlaya bilsək, müəyyən genlərə diqqət yetirərək və ya yeni üsullar inkişaf etdirərək ferma heyvanlarında inkişaf əsnasında əzələ kütləsini artıra bilər və ya quraqlığa bağlı olaraq qida çatışmazlığı dövründə əzələ itkisinə məhdudiyyət qoya bilərik.” (1)
Bu şəkildə astronavtların, yatalaq xəstələrinin və ya yaşlıların yaşadığı əzələ itkisini önləməyə istiqamətli müalicələr də gündəmə gələ biləcək.
İnsanlar hərəkətsizliyə qarşı dözümlü deyil. Digər tərəfdən, hərəkətsizliyə bağlı əzələ itkisi insanlar üçün müxtəlif cəhətdən çətinliklər… ardı...
Göstəbəyin radar burnu
San-Dieqo Vanderbilt Universitetindən Kenneth Catania adlı bir elm adamı ulduz burunlu göstəbəklərin maraqlı görünüşlü burunları haqda bir tədqiqat apardı. Bu tədqiqatın sonunda göstəbəklərin burunlarının toxunma hissinə qarşı həddindən artıq həssas olduğu nəticəsinə gəldi. Həmçinin, tədqiqat əsnasında bu nisbətlərin daha doğulmadan əvvəl döl halında ikən təyin edildiyini ortaya çıxardı.
İnsan əlindən daha həssas bir toxunma hissi
Amerikanın şərqində torpaq altında tunellər qazaraq yaşayan bir göstəbək növünün burnu 22 ədəd çıxıntıdan ibarət olan bir ulduz şəklindədir. Bu maraqlı görünüşlü burnundan ötrü ulduz-burunlu göstəbək olaraq adlandırılan bu canlı uzun illər davam edən araşdırmaların mövzusu olmuşdur.
Bu araşdırmalar nəticəsində də göstəbəyin burnundakı çıxıntıları qoxu alma ilə bir əlaqəsinin olmadığı və göstəbəyin torpağın içindəki kiçik böcəkləri bu çıxıntılarla toxunaraq hiss etdiyi ortaya çıxmışdır. Məhz ulduz-burunlu göstəbəyin son dərəcədə həssas olan bu toxunma hissi tədqiqatçıları heyranlıq içində saxlayır. Vanderbilt Universitetində beyin tədqiqatçısı olan Kenneth Catania da, ulduz-burunlu göstəbəyin bu xüsusi burun quruluşunu yer üzündəki məməlilərdən ən inkişaf etmiş toxunma hissinə sahib canlı kimi təsvir edir. (1)
Bu heyvanın digər göstəbəklərdən tək fərqi heyvana burnunun ətrafına yapışdırılmış miniatür əllər görünüşü verən çıxıntılardır. Ulduz-burunlu göstəbək bu çıxıntılar sayəsində maraqlandığı cisimləri ətraflı bir şəkildə araşdırar və onları intensiv şəkildə hiss edər. Məhz… ardı...
Qış yuxusu deyəndə ilk ağla gələn heyvanlar şübhəsiz ayılardır. Müasir dövrdə ayılar və bədənlərinin qış yuxusu boyunca göstərdikləri xüsusiyyətlər elmə işıq gətirir.
Son illərdə elm adamları ayıların qış yuxusu müddətində necə sağlam qala bildiklərini araşdırır və ayıların fizioloji
xüsusiyyətlərindən tibb sahəsində faydalanmanın yollarını axtarırlar. Miçiqan Texnologiya Universitetində davam edən araşdırmanın hədəfi ayıların sümük maddələr mübadiləsinin araşdıraraq xalq arasında sümük əriməsi olaraq bilinən osteoporoza çarə tapmaqdır.
Sümüklərimiz həyatımız boyunca davamlı yenilənir. Buna baxmayaraq yaşlılıq, hərəkətsizlik kimi səbəblərlə sümük deformasiyası artır, yenilənmə azalarsa, sümük toxumasında zəifləmə meydana gəlir. Ancaq Amerika qonur ayısı aylar sürən qış yuxusu boyunca demək olar ki, heç hərəkət etmədiyi halda sümük intensivliyində əhəmiyyətli bir azalma olmur. Halbuki, bir insanın buna oxşar vəziyyətdə bir müddət ömrünü yatağa asılı şəkildə keçirsə, sümükləri kövrək, qupquru peçenye halına gələr və asanlıqla qırılar.
Miçiqan Texnologiya Universitetindən Seth Donahue-nun rəhbərlik etdiyi tədqiqat qrupunun 2003-cü ildə “The Journal of Experimental Biology”-də dərc olunan məqaləsinə görə ayının qış yuxusu müddətində sümük deformasiyasında artım olur, amma sümük istehsalı sabit qalır. Hərəkətsiz qalan insanlarda da deformasiya artır, amma istehsal sabit qalmır, azalır.
Heyvanın təkrar hərəkət etməsi ilə birlikdə istehsal da ən üst səviyyəyə çata bilir, beləcə sümüklər sürətli bir şəkildə köhnə vəziyyətinə qayıdır. Bununla müqayisədə… ardı...