Ayə təfsiri
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah: “Müttəqilərə onların (iman gətirməyənlərin) əməllərindən heç bir günah gəlməz. Lakin bu, bir öyüddür ki, bəlkə, pis əməllərdən çəkinsinlər”―deyir.
“De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, mömin dostlarının isə: “Bizə tərəf gəl!” – deyib doğru yola çağırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” Yəni darvinizmə, materializmə, ateizmə, bunlara inanancağıq? Məsələn, adam ya PKK-lı olur, ya kommunist, ya da stalinist olur. “Halbuki, dostları onu: “Bizə tərəf gəl!” – deyərək haqq yola çağırırdılar!” Bir qismi də, bizə gəl deyirlər, döndərməyə çalışırlar. “De ki: “Heç şübhəsiz, Allahın hidayəti (islam dini) doğru yoldur.” Yəni Quran, sünnə, peyğəmbərimiz (s.ə.v)-in yaşadığı kimi səadət həyatı əsl yoldur. “Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş.” Tam mənası ilə Allaha təslim olmaq. “Məni yedirən də, içirən də, danışdıran da Allahdır, hamısı Allaha aiddir, bədənim, ruhum Allaha aiddir.” Heç bir şeyinə sahib çıxmayacaq.
“Həmçinin: “Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!” (deyə buyurulmuşdur)”. Allah, namazın əhəmiyyətini bir daha vurğulayır. Allah ayədə deyir: “Cəhənnəm əhlinə soruşular. “Sizi bura salan nədir?”, yəni cəhənnəmə niyə düşdünüz? İlk olaraq belə deyərlər: “Bizlər… ardı...
Zuxruf surəsi, 28-30-cu ayələrinin təfsiri
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.
Allah Zuxruf surəsi 28-ci ayədə buyurur: “(İbrahim) bunu (“lə ilahə illəllah” kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar” Mehdi (ə.s) kimin soyundandır? Hz.İbrahim (ə.s)-ın soyundandır. Baxın, tövhid inancı “La ilahə illəllah Məhəmmədən rəsulullah” inancıdır“. “Bəlkə (insanlar Allaha) dönərlər deyə”, yəni dəccaliyyəti təqib edərlər deyə. Hz.İbrahim öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi…” Əbcədi 1999-cu il, tənvili 2029-cu il yenə şəddəli. Baxın tənvili olsa 1999-cu il, şəddəli olanda isə 2029-cu il çıxır, inşaAllah. “Xeyr, Mən bunlara da, atalarına da haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim!” Baxın, “Mən onlara və atalarına da özlərinə haqq və açıqlayan bir elçi” bir Mehdi (ə.s) “gələnə qədər gün-güzəran verdim.” Əbcədi 2015-ci il. Daha sonra ondan sonrakı 29-cu ayə, ard-ardadır. Bilənlər baxsınlar. “Onlara haqq (olan Quran) gəldikdə: “Bu sehrdir, biz onu inkar edirik!” – dedilər.” Hal-hazırda da hz.Mehdini inkar edirlər. Bu ayə Mehdi (ə.s)-a qarşı mübarizə ediləcəyinə işarə edir. Ayənin əbcədi 1990-cı ildir. Baxın, hamısı axırzaman tarixlərini verir. Üç ayə, üçü də mehdiyyətə işarə edir.
Rad surəsi, 11-ci ayəsinin təfsiri
ADNAN OKTAR: Bir ayə oxuyum. Şeytandan Allaha sığınıram. Allah Rad surəsi 11-ci ayədə buyurur: “(İnsan üçün) onu öndən və arxadan təqib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar”. Möminlər mələklərin qorunması altındadır. Cin, şeytan gələndə qovarlar. “Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz”. Burada Quran, Osmanlının niyə yıxıldığına da işarə edir. “Əgər Allah hər hansı bir qövmə pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz”. Yəni nə Əbdülhəmid, nə başqaları dayandıra bilər.“ Onların Ondan başqa ixtiyar sahibi yoxdur”.
Hud surəsi, 84-87-ci ayələrin təfsiri
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Bismillahir-Rəhmanir-Rəhim. “Mədyən (xalqına da) qardaşları Şueybi elçi olaraq (göndərdik)”. Şueyb “şöbəcik” deməkdir. Mehdi (ə.s)-ın da bir adıdır. Kiçik bir şöbə, kiçik bir birlik mənasını verir. “Dedi ki, ey qövmüm, Allaha ibadət edin, Ondan başqa İlah yoxdur”. Tək Allah, baxın,bütün peyğəmbərlər hər yerdə eyni şeyi― “bir olan Allaha inanıb və şükür edilməsini” söyləyirlər. “Ölçüdə və çəkidə düz olun” yəni məzluma haqsızlıq etməyin, gözəl əxlaqlı olun, ölçüdə düz olmasanız zülm etmiş olarsınız. “Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda) görürəm. Bununla belə sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram!”. Allahın onlara bolluq və xeyir vermiş olduğunu deyir. “Sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram! Ey qövmüm! Ölçüdə və çəkidə düz (ədalətli) olun. İnsanların heç bir şeydə haqqını kəsməyin.” Baxın, bütünlüklə axırzamana aiddir. Axır zamanda bu zülmlər olur. Allah iqtisadi böhran yaratdı. Allah Təala buyurur: ” Yer üzündə fitnəkarlar olaraq qarışıqlıq çıxarmayın”, yəni anarxiya və terror yaratmayın. “Əgər möminsinizsə, (bilin ki, ölçüdə və çəkidə düz olandan sonra) Allahın (halal olaraq) verdiyi mənfəət (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir.”
“Mən də sizə göz qoyan deyiləm!” “Onlar (istehza ilə) dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk… ardı...
Əhzab surəsi, 36-cı ayəsinin təfsiri
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Əhzab surəsi 36-cı ayədə buyurur: “Allah və elçisi bir işi hökm edərkən heç bir mömin kişi və qadının öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə fərqli hərəkət etmək) haqqı yoxdur.”. Rəsulullah (s.ə.v) nə deyir? Mehdi (ə.s) çıxacaq və Allahın izni ilə dünyanı rəsulullahın dövründəki kimi edəcək. Amma çoxları belə deyir: “Mən Rəsulullah (s.ə.v)-in dediyinə görə deyil, özbaşıma hərəkət edəcəyəm”. Baxın, Allah nə deyir: “Heç bir mömin kişi və qadının öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə fərqli hərəkət etmək) haqqı yoxdur.” Peyğəmbər (s.ə.v) nə deyirsə, o cür hərəkət edilməlidir. Kimsə öz-özünə, yox, mən elə deyil, belə edəcəyəm deməməlidir. “Kim Allaha və rəsuluna üsyan etsə, artıq həqiqətən o, açıq-aydın azmışdır.” Allah Təala, Özünün və elçinin buyurduğu ilə deyil, başqa cür hərəkət edənlərin haqq yoldan azdıqlarını deyir, inşaAllah.