Axırzaman, Hz. Mehdi və Hz. İsa
Məsih Dəccal səssizcə işinə başladı
Qiyamətdən əvvəlki son vaxt olan Axır Zamanda Məsih Dəccalın ortaya çıxıb insanları din əxlaqından uzaqlaşdıracağını, yer üzündə böyük qarışıqlıq və zülmə səbəb olacağı bir çox hədislərdə bildirilmişdir.
(Məsih Dəccal insanları öz sisteminə inandırmaq üçün qarışıqlığı və qırğınları lazım olan bir inkişaf kimi göstərməkdə və bunun uğrunda heç bir günahı olmayan günahsız uşaqların öldürülməsini təşviq etməkdədir.)
Peyğəmbərimiz (s.ə.v) bir hədisində “Allah Hz. Adəmi yaratdığı gündən bu yana Dəccalın fitnəsindən daha böyük bir fitnə olmamışdır” sözləri ilə Dəccalın fitnəsinin böyüklüyünə diqqət çəkmiş və bütün insanları bu təhlükəyə qarşı xəbərdarlıq etmişdi. Bir başqa hədisində isə “Allahın göndərdiyi hər peyğəmbər ümmətini Dəccal ilə xəbərdarlıq etdi” sözləri ilə Dəccalın fitnəsinin sadəcə müsəlmanlar üçün deyil, bütün insanlar üçün böyük bir təhlükə olduğunu işarə etmişdir.
Peyğəmbərimiz (s.ə.v.)- in hədislərində Dəccalın çıxış əlamətlərinin olduğu bildirilən hadisələrin bir- birinin arxasınca reallaşmasından Məsih Dəccalın ortaya çıxdığı aydınlaşır. Dünyada yaşanılan bir çox hadisə Peyğəmbərimiz (s.ə.v.) -in və İslam alimlərinin Məsih Dəccalın ortaya çıxacağı tarix və edəcəyi fəaliyyətlər haqqında verdikləri məlumatlarla uyğundur. Böyük İslam alimi Səid Nursi “Dəccal böyük bir hücum, böyük bir zülüm, böyük bir şiddət və dəhşət ilə haqq etdiklərindən böyük bir iqtidar görünür” 3 (Şualar… ardı...
Axır zamanın izah edildiyi hədislərdə, yer üzündə pisliyi təşkil edəcək, insanları din əxlaqından uzaqlaşdıracaq, qarışıqlıq və təxribatçılığa səbəb olacaq Dəccalın çıxışı qiyamətin böyük alamətlərindən biri olaraq xəbər verilir.
Son zamanlarda yer üzündə artan şiddət, işgəncə, anarxiya, qarışıqlıq, qırğın, döyüş, qarşıdurma, zülm, dövlət və təşkilat terrorları Dəccalın çıxdığını və bunları idarə etdiyini göstərir. (Allahu Aləm, Doğrusunu Allah Bilər)
(Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə görə, Dəccalın qayalıq bir mövqedə saxlanacağı aydın olur. Necə ki, Qüdsdəki Hərəm-i Şərif bölgəsinin alt hissəsi qayalıq bir quruluşdadır. Peyğəmbərimiz (s.ə.v)-in miraca yüksəldiyi, sonradan üzərinə Kubbət-üs Səhranın tikildiyi müqəddəs qaya Həcər-i Muallak da, buradadır. Hədisdə bildirilən qayalıq bölgənin Kubbət-üs Səhra və Məscid-i Aksentin olduğu Hərəm-i Şərif olması və Dəccalın burada saxlanması ehtimal olunur.)
Hədislərdə olan məlumatlara görə, Hz. İsanın yenidən yer üzünə gəlməsi, Hz. Mehdinin zühuru, Dəccalın ortaya çıxması eyni dövr daxilində olacaq. Hz. İsa ilə Hz. Mehdinin birlikdə namaz qılacaqları, Peyğəmbərimiz (s.ə.v) tərəfindən xəbər verilmişdir. Bir hədisdə belə buyurulur:
“İMAMLARI, saleh bir insan olan HZ. MEHDİ OLDUĞU halda, BEYTÜL MAKDİSƏ SIĞINARLAR. Orada, imamları onlara səhər namazını qıldırmaq üçün… ardı...
Hz. Mehdi (ə.s.) dəccal tərəfdarlarının oynunu pozacaq
Dünyada səmimi dindarların xaricində, səhv istiqamətləndirilə bilən və ya, dini səhv inanclar içində yaşayan insanlar da var. Bütün dünyaya dinsizlik, qırğın, döyüş və zülm gətirməyi hədəfləmiş olan massonlar çirkli oyunlarını bu kəslər üzərində oynayaraq, onların aralarında fəsad və ayrılıq çıxararaq məqsədlərinə çatmaq hədəfindədirlər. Bu səbəblə massonlar bir qisim Müsəlmanları, bir qisim Yəhudiləri və bir qisim evanjelik Xristianları təsirləri altına almış, hər birini eyni çirkli hədəfə yönəltmişlər.
Bu təlqinə uyan bəzi Müsəlmanlar massonların istiqamətləndirməsiylə Hz. Mehdi (ə.s.)-ın ortaya çıxışı ilə sel kimi qan axıdılacağını, insanların qətlə yetiriləcəyini, axan qanın atların qarnına qədər çatacağını iddia edirlər. Bəzi evanjelik Xristianlar isə, yenə masonik sehrinin yoluyla istiqamətləndirərək, Hz.Mehdi (ə.s.)-ın gəlişi ilə birlikdə dünya əhalisinin 1/3 hissəsinin qətl ediləcəyini, tam 2 milyard 335 milyon insanın yox ediləcəyi böyük bir qırğın gözləyirlər. Bir qisim Yəhudilər isə yenə eyni dövrdə, həm Xristianların həm də, Müsəlmanların arasından milyonlarla insanın qətl ediləcəyi inancındadırlar.
SƏHV İSTİQAMƏTLƏNDİRİLƏN BU İNSANLARIN HAMISININ HƏDƏFİ QAN TÖKMƏKDİR. Massonlar öz planlarını qüsursuzca tətbiq etmiş, söz mövzusu olan kəsləri özlərinə tərəfdar halına gətirmişdir. HAMISININ İDARƏÇİSİ MASSONLARDIR.
Bu anda massonlar və bu fikrin müdafiəçisi olan bir qisim Müsəlmanlar, Xristian və Yəhudilər tək bir fikirdə birləşmişlər.… ardı...
Peyğəmbərimiz (s.ə.v) rəvayətlərində “ümmətinin ömrünü 7000 il olacağını” bildirmişdir.
Rəsulullah (s.ə.v) buyurdu: Dünyanın ömrü, axirət günlərindən yeddi gündür. Allah Təala buyurdu ki: “Sənin Rəbbinin yanındakı bir gün, sizin saydığınız min ilə bərabərdir.”
Başqa bir hədisdə isə, Peyğəmbərimiz (s.ə.v), bu 7000 illik ömürdən, 5600 ilin keçdiyini ifadə etmişdir.
Dünyanın yaranmasından beş min altı yüz il keçib. (Ali B. Hüsaməddin əl-Muttaki, Kitab-ül Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır zaman, sf. 89)
Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi bu vaxtı əsas tutaraq edilən bir hesabla; 7000-5600=1400 tarixi çıxır. Hal-hazırda Hicri 1430-cu ili yaşayırıq. (1400-1500 arasındakı 100 il son gününə qədər hicri 1400-cü illərə daxildir)
Peyğəmbərimiz (s.ə.v) İslam ümmətinin ömrü ilə əlaqədar olaraq belə bildirmişdir:
“MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ KEÇMƏYƏCƏK.” (Suyuti, əl-Kəşfi an Mücavəzəti Hazihil Ümməti əl-Elfu, əl-havi lil Fətavi,. 2/248, təfsiri Ruhul Bəyan. Bursəvi. (Ərəbcə) 4/262, Əhməd bin Hənbəl, Kitabul-İlel, sh. 89.)
Demək ki, hal-hazırda yaşadığımız Hicri 1400-1500 arasındakı 100 illik müddət, iman edənlərin Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s) kimi iki müqəddəs şəxs ilə görüşəcəkləri, İslam əxlaqının dünya hakimiyyətində yaşanacağı, dəccaliyətin fikirlə yox olacağı bir dövr olacaq.
Hal-hazırda yaşadığımız dövr axır zamandır. Yəni, dünyanın son dövrüdür. Peyğəmbərimiz (s.ə.v)-dən Hz. İsa (ə.s)-ın və Hz. Mehdi (ə.s)-ın çıxış əlamətləri olaraq bildirilən hədisləri təsdiqlənib… ardı...