Adnan Oktar deyir ki

Kəhf surəsindən bəzi sirlər – 3

ADNAN OKTARIN KAYSERİ TV VƏ SAMSUN AKS TV-dəki CANLI REPORTAJI

(13 OKTYABR 2010)

619047

ADNAN OKTAR: Kəhf surəsində Zülqərneyn (ə.s) hekayəsini oxuyum. 84- cü ayə, şeytandan Allaha sığınıram. “Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik).bu ifadə dünya hakimiyyətini izah edən, digər ayələri anlamamız üçün, Quranı Quranla təfsir edən dəlildir. Məsələn, Allah deyir ki, Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik , digər ayələrə də baxırıq və görürük ki, Allah müsəlmanlara yer üzündə bir iqtidar verəcəyindən bəhs edir .

Quranda, bir çox ayə var ki, dünya hakimiyyətindən bəhs edən bu ayəni, digər ayələr də izah etmişdir. Dünya hakimiyyətinin açıq olduğu aydın olur, “və ona hər şeydən bir yol (səbəb) verdik”. Demək ki, müsəlmanların hər cür ümumi mədəniyyət və məlumata sahib olmaları lazımdır. Dünya siyasətini biləcək, siyasəti biləcək, elmi biləcək, sənəti biləcək, estetikanı biləcək, hər şeyi biləcək. Bax, “və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik)  imkan verdik deyir. Üfüqü Dar olduğu, cahil olduğu halda məğlub olunma qaçınılmaz olar. Məsələn, Osmanlıda elə oldu. Cahil bir kütlə meydana gəldi, həm cahiliyyət, həm iman zəifliyi, həm də Darvinizmə qarşı çıxa… ardı...

 

Hz. Xızır (ə.s) ilə heç kim bacara bilməz. Dəccal da Xızır (ə.s)-dan  dəhşətli dərəcədə qorxar.

(Adnan Oktarın 27 Avqust 2010-cu il tarixli Kocaeli TV reportajından bir bölüm.)

   Hz. Xızır (ə.s), iddia edilən Ergenekon təşkilatının şifrəli olmasına necə vəsilə olmuşdur?

   Hz. Xızır (ə.s), hz. Mehdi (ə.s)-a elmi mübarizəsində necə kömək edir?

   İman etməyənlər hz. Xızır (ə.s) –dan niyə çox qorxarlar?

   Hörmətli Adnan Oktar, hz. Xızır (ə.s)-ın daha əvvəl bilinməyən hansı xüsusiyyətlərini açıqlamışdır?

   Hörmətli Adnan Oktar, Hz. Musa (ə.s)-ın hz. Xızır (ə.s)-a etiraz etdiyi mövzular ilə öz taleyi arasındakı bənzərliklər haqqında hansı yeni məlumatlar vermişdir?

 

“Qatımızdan özünə bir rəhmət verdiyimiz və tərəfimizdən özünə bir elm öyrətdiyimiz qullarımızdan bir qul.” (Kəhf surəsi, 65)

 Adnan-Oktar

Burada bildirilən qul hz. Xızır (ə.s)-dır.

Bu ayədə keçən hz. Xızır (ə.s) mövzusunda bütün Əhli Sünnə alimləri həmfikirdir. Hörmətli Adnan Oktar reportajlarında “Ledün elminə” sahibi olan Hz. Xızır (ə.s)-ın Quranda bildirilən xüsusiyyətləri, üstün elmi və vəzifələri haqqında təfsilatlı olaraq şərhlər verir və bütün Müsəlmanları bu mübarək adam haqqında məlumatlandırır. Hörmətli Adnan Oktar hz. Xızır (ə.s)-ın elmini, hal-hazırda yaşadığımız axır… ardı...

 

Quranı Rəhbər Etmək…

Din əxlaqından uzaq yaşayan mühitlərdə fərqli bir din anlayışı hakimdir. Belə bir mühitdə yaşayıb böyüyən insanlar dini sadəcə  eşitmə, səhv məlumatlarla öyrənirlər. Allahı və Allahın əmr etdiyi gözəl əxlaqı tanımazlar. Bu səbəblə də, hər kəsin din adına fərqli fikirləri, qaydaları və bir-birilə uyğun olmayan səhvləri olur. Əslində həqiqi dinin öyrənilə biləcəyi  qaynaq, Quran və Peyğəmbər Əfəndimiz (s.ə.v.) -in sünnətidir. Quran,  bütün kainatı yoxdan var edən, hər şeyin ən doğrusunu bilən Allahın sözüdür.

Quran hər kəsin başa düşə biləcəyi bir üsluba və bərabəri olmayan bir hikmətə sahibdir. Ancaq buna baxmayaraq, Allaha və dinə qarşı səmimiyyətsiz, hətta düşmənçilik bəsləyən bəzi insanlar öz yanlış məntiq düşüncələri  ilə  əlaqədar olaraq ayələri dəyişdirirlər. Kimiləri də dini qəsdən çətin göstərmək üçün bir çox batil inanc,  xurafat yaradırlar. Quranı bilən və Peyğəmbər Əfəndimiz (s.ə.v.) -in  həyatını tanıyan  iman sahibi insanlar isə, bunların bir xurafat olduğunu başa düşər və etibar etməzlər. Ancaq Allahı və Quranı tanımayanlar, cahillikləri səbəbilə bu xurafatların təsirində qalır, təməli Qurana söykənməyən bu batil dini həqiqi din zənn edib  təsirinə düşərlər. Quranı və hədisləri oxumadıqları üçün də, Allahın seçib bəyəndiyi dinin gözəlliklərini görməzlər.

          … ardı...

 

Müstağnilik (özünü kafi görmə) böyük bir təhlükədir

·  Müstağnilik nə üçün böyük bir təhlükədir?

·  Özünü kafi görən insanların diqqətə çarpan rəftarları hansılardır?

·  Cənab Adnan Oktar Müstağnilik təhlükəsini hansı nümunələrlə açıqlamışdır?

İnsan nəfsinin gözəllikləri olduğu kimi, hədsiz günah və pislikləri də saxladığı Quranda bildirilmişdir. Allahın göstərdiyi yol ilə gedən insanlar üçün  nəfsini bu pisliklərdən uzaqlaşdırıb təmizləmək son dərəcə asandır. Ancaq bir  çox insanlar  bu yolda heç bir səy göstərməzlər. Özlərini olduqları kimi yaxşı və kafi görər, daha mükəmməl bir əxlaqa sahib olmaq üçün özlərində ciddi bir istək və ehtiyac hiss etməzlər. Bu da, bu insanlarda Allahın Quranda qadağan etdiyi “Müstağnilik” hissinin inkişafına səbəb olur.

munafikmustagniyeti_clip_image001

Özünü kafi görən insanların diqqətə çarpan rəftarları

Din əxlaqından uzaq yaşayanlar, sabit fikirli olmaq, təkidlə davranmaq, inadkarlıq kimi xüsusiyyətləri olduğundan doğrunu gördükləri halda, qəbul etməkdə müqavimət göstərərlər. Məhz bütün bu pis əxlaq xüsusiyyətlərinin təməlində duran isə,  Müstağnilikdir,  yəni özünü kafi görmə xəstəliyidir. Bu insanların  bəzi ortaq xarakter xüsusiyyətləri vardır:

Özlərini dərhal hər mövzuda kafi görmələri:

Halı, düşüncələri ya da rəftarları hər nə qədər əksik və səhv olursa olsun hamısı bir şəkildə özündən əmindir. Buna görə də doğruya, yaxşıya, gözəl olana qarşı yönəlmək axtarışları yoxdur. Çünki özünü… ardı...

 

Qiyamətdən əvvəlki son dövr olan axır zaman, Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində müjdələndiyi kimi, Hz. Mehdi (ə.s.)-ın zühuru və Hz. İsa (ə.s.)-ın nüzulu ilə çox mübarək bir dövrə işarə edir. Yer üzündəki fitnələri ortadan qaldıracaq, bütün dünyaya sülh, ədalət, bolluq, dinclik, xoşbəxtlik və rifah gətirəcək çox mübarək və dəyərli bir şəxs olan Hz. Mehdi (ə.s.)-ın zühuru  əsrlərdir İslam ümməti tərəfindən gözlənilən müjdəli bir hadisədir. Ancaq, bəzi məzhəblər və qruplar arasında Hz. Mehdi (ə.s.)-ın görünməz olduğu barədə səhv bir inancı vardır. Hörmətli Adnan Oktar bu “görünməz Mehdi” inancının səhv olduğunu reportajlarında tez-tez vurğulayaraq bütün İslam aləminə səslənməkdə və Hz. Mehdi (ə.s.)-ın görünməz deyil, bir şəxs olduğunu dəlilləriylə ortaya qoymaqdadır.

 

gorunmez inanc_tehlike_06

 

Peyğəmbərimiz (s.ə.v.)  hədislərində Hz. Mehdi (ə.s.)-ın xüsusiyyətləri haqqında bir çox məlumatlar vermiş və insanların Hz. Mehdi (ə.s.)-ı bir şəxs olaraq görəcəklərini bildirmişdir. Rəvayətlərdən və İslam alimlərinin izahlarından Hz. Mehdi (ə.s.)-ın mənəvi bir şəxs olmayacağı, fiziki xüsusiyyətlərinə, xarakter və əxlaqına kimi  təsvir edilmiş mübarək bir şəxs olacağı, açıq və dəqiq bir şəkildə aydın olmaqdadır.

 

Hörmətli Adnan Oktar da  müxtəlif tarixlərdə olan reportajlarında Hz. Mehdi (ə.s.)-ın şəxs olduğunu və şəxsi mənəvi gözlənilməsinin təhlükəsini izahlı olaraq açıqlamaqdadır.

Hz. Mehdi (ə.s.)-ın ana və atası olacaqdır.

 

Hz. Mehdi (ə.s.) bütün peyğəmbərlər… ardı...