deccal 05

Axır zamanın izah edildiyi hədislərdə, yer üzündə pisliyi  təşkil edəcək, insanları din əxlaqından uzaqlaşdıracaq, qarışıqlıq və təxribatçılığa səbəb olacaq Dəccalın çıxışı qiyamətin böyük alamətlərindən biri olaraq  xəbər verilir.

 

Son zamanlarda yer üzündə artan şiddət, işgəncə, anarxiya, qarışıqlıq, qırğın, döyüş, qarşıdurma, zülm, dövlət və təşkilat terrorları Dəccalın çıxdığını və bunları idarə etdiyini göstərir. (Allahu Aləm, Doğrusunu Allah Bilər)

 

(Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə görə, Dəccalın qayalıq bir mövqedə saxlanacağı aydın olur. Necə ki, Qüdsdəki Hərəm-i Şərif  bölgəsinin alt  hissəsi  qayalıq bir quruluşdadır. Peyğəmbərimiz (s.ə.v)-in miraca yüksəldiyi, sonradan üzərinə Kubbət-üs Səhranın tikildiyi müqəddəs qaya Həcər-i Muallak da, buradadır. Hədisdə bildirilən qayalıq bölgənin  Kubbət-üs Səhra və Məscid-i Aksentin olduğu Hərəm-i Şərif olması və Dəccalın burada saxlanması  ehtimal olunur.)

 

deccal 03
Hədislərdə olan məlumatlara görə, Hz. İsanın yenidən yer üzünə gəlməsi, Hz. Mehdinin zühuru, Dəccalın ortaya çıxması eyni dövr daxilində olacaq. Hz. İsa ilə Hz. Mehdinin birlikdə namaz qılacaqları, Peyğəmbərimiz (s.ə.v) tərəfindən xəbər verilmişdir. Bir hədisdə belə buyurulur:

 

İMAMLARI, saleh bir insan olan HZ. MEHDİ OLDUĞU halda, BEYTÜL MAKDİSƏ SIĞINARLAR. Orada, imamları onlara  səhər namazını qıldırmaq üçün… ardı...

 

Qiyamətdən əvvəlki son dövr olan axır zaman, Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində müjdələndiyi kimi, Hz. Mehdi (ə.s.)-ın zühuru və Hz. İsa (ə.s.)-ın nüzulu ilə çox mübarək bir dövrə işarə edir. Yer üzündəki fitnələri ortadan qaldıracaq, bütün dünyaya sülh, ədalət, bolluq, dinclik, xoşbəxtlik və rifah gətirəcək çox mübarək və dəyərli bir şəxs olan Hz. Mehdi (ə.s.)-ın zühuru  əsrlərdir İslam ümməti tərəfindən gözlənilən müjdəli bir hadisədir. Ancaq, bəzi məzhəblər və qruplar arasında Hz. Mehdi (ə.s.)-ın görünməz olduğu barədə səhv bir inancı vardır. Hörmətli Adnan Oktar bu “görünməz Mehdi” inancının səhv olduğunu reportajlarında tez-tez vurğulayaraq bütün İslam aləminə səslənməkdə və Hz. Mehdi (ə.s.)-ın görünməz deyil, bir şəxs olduğunu dəlilləriylə ortaya qoymaqdadır.

 

gorunmez inanc_tehlike_06

 

Peyğəmbərimiz (s.ə.v.)  hədislərində Hz. Mehdi (ə.s.)-ın xüsusiyyətləri haqqında bir çox məlumatlar vermiş və insanların Hz. Mehdi (ə.s.)-ı bir şəxs olaraq görəcəklərini bildirmişdir. Rəvayətlərdən və İslam alimlərinin izahlarından Hz. Mehdi (ə.s.)-ın mənəvi bir şəxs olmayacağı, fiziki xüsusiyyətlərinə, xarakter və əxlaqına kimi  təsvir edilmiş mübarək bir şəxs olacağı, açıq və dəqiq bir şəkildə aydın olmaqdadır.

 

Hörmətli Adnan Oktar da  müxtəlif tarixlərdə olan reportajlarında Hz. Mehdi (ə.s.)-ın şəxs olduğunu və şəxsi mənəvi gözlənilməsinin təhlükəsini izahlı olaraq açıqlamaqdadır.

Hz. Mehdi (ə.s.)-ın ana və atası olacaqdır.

 

Hz. Mehdi (ə.s.) bütün peyğəmbərlər… ardı...

 

Massonluğun təməl fəlsəfəsi Darvinizm -1-

Darvinizm massonluğun təməl fəlsəfəsidir. Çünki Darvinizm massonların dünyada qurmağa çalışdıqları dəccal sisteminin çürük təməlini təşkil edir. İnsanları Allah inancından uzaqlaşdırmağı qarşısına məqsəd qoyaraq, yer üzərindəki zülmün azğın və saxta  ideologiyasının  əsasını təşkil edir. Elə bu səbəbə görə, masson təşkilatlanması, təkamül nəzəriyyəsinin cəmiyyətə qəbul etdirilməsi mövzusunda ən çox səy göstərən təşkilatdır. Masson Jurnalı massonların təkamül ideologiyasına niyə bu qədər bağlı olduqlarını belə  ifadə edir:

Darvinin Təkamül nəzəriyyəsi təbiətdə baş verən bir çox hadisənin Allahın işi olmadığını göstərdi.”1(Allahı tənzih edirik)

Massonlar bu böyük yalanı daimi saxlamaq və kütlələrə yaya bilmək üçün  təkamül nəzəriyyəsini həqiqi elmi bir nəzəriyyə kimi təqdim etməyə çalışırlar. Halbuki, massonların dəstəkləyib ön plana çıxartdıqları təkamül nəzəriyyəsi, tək elmi bir dəlillə belə sübut edilməyib, yaradılışı dəstəkləyən 250 milyon qalıq və digər elmi tapıntılar qarşısında tamamilə çökən, “Tarixin ƏN BÖYÜK saxtakarlığı, elm ADINA ORTAYA atılmış ƏN BÖYÜK yalandır.”

Bir başqa “masson jurnalı” olan Memar Sinan isə, massonluğun Darvinizmə münasibətini belə izah etmişdir:

Bu gün, artıq ən mədəni ölkələrdən ən geri qalmış ölkələrə qədər tək etibarlı elmi qanun Darvinin və onun yolunu izləyənlərinkidir.” 2

Massonlar, Darvinizmi elmi bir qanun  kimi göstərməyə və bunun ən doğru yol olduğunu təqdim etməyə çalışırlar. Çünki  … ardı...

 

1375043979_1081140_201653869998261_965703344_nDarvinizm, Allahın varlığı və birliyini, insanların Rəbblərinə qarşı məsul olduğunu inkar edən, materializmin və din əxlaqına uyğun olmayan cərəyanların dayaq nöqtəsidir. Bu səbəblə, elmi cəhətdən özünü doğrultmamasına baxmayaraq, ideoloji düşüncələrlə hələ də əsaslandırılmağa çalışılır. Kainatın və insanın, təsadüflərin əsəri olduğu iddiasını müdafiə edən Darvinist-materialist cərəyanlar, necə deyərlər bir növ heyvan saydıqları insanlar arasındakı əlaqələrin, qeyri-insani olmasını belə təbii hal olduğunu iddia edirlər. Bu azğın düşüncə eqoizm, mərhəmətsizlik, qarşıdurmanı və insan məhvini təbii hal kimi qəbul edir. Mərhəmət, sevgi, şəfqət, hörmət kimi duyğular təkamül müddətini ləngidən bir maneə olaraq qəbul edilir. Darvinist təlqinlərlə insan sevgisindən uzaq, zalım, təcavüzkar, mənfəət güdən insanlar yetişir.

Bu vəziyyət qarşısında insanların Darvinizmin təhlükə və yalanlarından xəbərdar edilməsi və bu cür təhlükəli bir cərəyanın fikrən təsirsiz hala gətirilməsinin mühüm olduğunu göstərmək lazımdır. Darvinizmin nə olduğunu, səbəb ola biləcəyi təhlükələri qavraya bilməyən insanlar, Darvinizmə qarşı irəli sürülən elmi mübarizənin də əhəmiyyətini anlaya bilmirlər.

Bu insanlar Darvinizmə qarşı elmi mübarizəyə girmək əvəzinə, bu mübarizəni gözardı etmək və geri çəkilmək üçün fərqli yollara əl atırlar. Bəziləri “Darvinizm əslində bu qədər əhəmiyyətli bir mövzu deyil” deyərək öz aləmlərində bu düşüncə tərzinə qarşı mübarizəni əhəmiyyətsiz görməyə və ya göstərməyə çalışırlar. Bəziləri isə İslam ilə təkamül nəzəriyyəsi arasında sözdə “orta bir yol” meydana… ardı...

 

Allah asan olanı əmr etmişdir

İnsanların bir çoxunun din haqqındakı məlumatları, uşaqlıqlarından etibarən ətraflarından əldə etdikləri  məlumatlara söykənir. Dini həqiqi qaynağından, yəni Qurandan öyrənmədikləri üçün də din adı altında bir çox xurafata, əsassız inanca qapılarlar. Bu inancların ən təhlükəlilərindən biri isə, dini yaşamağın çətin olduğu şəklindəki həqiqətə uyğun olmayan inancdır.

Tarix boyunca, dini özündən kənarlaşdırmağı məqsəd qoyan və dinin yaşanmasına maneə törətmək üçün müxtəlif üsulları sınayan kəslər, dinə bir çox çətinləşdirici əməl və xurafat qatmağa çalışmışlar. Öz törətdikləri əməllər üzündən bilərək və ya bilməyərək insanların dindən uzaqlaşmalarına səbəb olmuşlar. Halbuki, Allahın Quranda bildirdikləri və Peyğəmbər Əfəndimizin sünnəsi bizə dinin yaşanmasının səmimi insanlar üçün son dərəcə asan olduğunu öyrədir.

Əvvəlcə bunu ifadə etmək lazımdır ki, Allah kainatdakı hər şey kimi insanı da yoxdan var etmişdir. İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah, dini də insanın yaradılışına uyğun yaratmışdır. Allah bir ayəsində insanın din ilə fitrətinə (yaradılışına) ən uyğun olana çağırıldığını belə xəbər verir:

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum Surəsi-30)

Rəbbimizin şəfqət və mərhəməti  olaraq əsrlər boyu… ardı...