Hz. Mehdi (ə.s)-ın zühurunu istəmək və gözləmək ibadətdir

Əmiril- Möminin Əli (ə.s) Rəsulullah (s.ə.v)-dən belə nəql edər: İbadətlərin ən üstünü Mehdinin zühurunu gözləməkdir.” Yanəbiül- Məvəddə, s. 493. əl-Mehdi, s. 201.

İmam Sadiq (ə.s) belə buyurmuşdur:“Kim, biz ƏhliBeytin vəlayətiylə qurtuluşunu gözləyəcək bir halda ölsə, Qaimin (Mehdinin) ordusunda iştirak edən kimsə kimi olar.”  (İkmalud- Din, c. 2, s. 357.)

saray5

 

İnsanlar hz. Mehdi (ə.s)-ın qeybində də ondan faydalanacaqlar

Hz. Peyğəmbər (s.ə.v) “Zühurundan əvvəlki dövrdə (qeyb dövründə) Hz. Mehdinin varlığının nə kimi  faydası olacaq?” şəklində soruşulan bir suala belə cavab verdi: “Məni peyğəmbər olaraq göndərən Allaha and olsun ki, insanlar qeyb dövründə buludların arxasında qalan Günəşdən faydalandıqları kimi ondan (hz. Mehdidən) faydalanarlar.” (Biharul- Ənvar, c. 52, s. 93.)

1

 

 

Abdullah ibn Ömər ibn Xəttabdan: Rəsulullah (s.ə.v) belə buyurdu:

“Merac gecəsi Allah əzzə və cəllə mənə belə vəhy etdi: “Ey Məhəmməd! Onları görmək istərsənmi?” “İstəyərəm ya Rəbbim!” dedim.

Belə buyurdu: “Elə isə bir az irəlilə.” Bir az irəliləyincə Əli ibn Əbu Talibi gördüm. Sonra Həsən, Hüseyn, Əli ibn Hüseyn, Məhəmməd ibn Əli, Cəfər ibn Məhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Məhəmməd ibn Əli, Əli ibn Məhəmməd, Həsən ibn Əli və HÜCCƏTİ QAİMİ GÖRDÜM. MEHDİ ONLARIN İÇİNDƏ PARLAYAN ULDUZ KİMİ İDİ.

Dedim ki: “Ey Rəbbim! Kimdir bunlar?”

Belə buyurdu: “Onlar imamlardır. BU DA QAİM (QİYAM EDİCİ) DİR. Halalımı halal edəcək, haramımı isə haram edəcək. Düşmənlərimdən də intiqam alacaq. EY MƏHƏMMƏD, ONU SEV, ÇÜNKİ, MƏN ONU SEVİRƏM, ONU SEVƏNİ DƏ SEVİRƏM.” (Şeyx Məhəmməd ibn İbrahimi Numanı, Gaybeti Numanı s. 97)

hizir_ahirzaman_05

 

Rəsulullah (s.ə.v) belə buyurmuşdur:

“Qaim, (qiyam edəcək olan Mehdi) mənim övladlarımdandır. Adı mənim adım, ləqəbi mənim ləqəbim, xasiyyəti mənim xasiyyətim və davranışları da mənim davranışlarım olacaq. İnsanları mənim dinimə çağıracaq, Allahın kitabına dəvət edəcək. Ona itaət edən mənə itaət etmiş olar, ona üsyan edən mənə üsyan etmiş olar. Zühurundan əvvəl onu inkar edən məni inkar etmişdir, onu təkzib edən (yalanlayan) məni təkzib etmişdir, onu təsdiq edən, məni təsdiq etmişdir. Onu (hz. Mehdini) təkzib edənləri (yalanlayanları), onun (hz. Mehdinin) haqqındakı sözlərimi inkar edənləri və ümmətimi yoldan çıxaranları Allah nəzdində şikayət edəcəyəm. Zalımlar yaxında işlərinin nəticəsini görəcəklər.”  (Biharul-Ənvar, c. 51, s. 73)

Peyğəmbər (s.ə.v) belə buyurmuşdur: Övladlarımdan olan Mehdini inkar edən məni inkar etmişdir.”  (Biharul-Ənvar, c. 51, s. 73)

ceylan6