… Əbdüləziz İbn Müslim belə rəvayət etmişdir:

“İmam Mehdi ümməti təskin edən, müsəlmanların nizamı, dünyanın ahəngi və möminlərin qürurudur. O, (İmam Mehdi) Allahın qoyduğu həddləri hakim edib Allahın dinini müdafiə edər. Hikmət, gözəl öyüd və dəqiq  sübutlarla insanları Rəbbinin dininə dəvət edər.” (İman və küfr kitabı / üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, Cild 1)

19

 

… Əbdüləziz İbn Müslim belə rəvayət etmişdir:

“İmam Mehdi üfüqdə doğan bir Günəş kimi nuruyla bütün aləmi işıqlandırar. İmam Mehdi parıldayan bütöv aydır, parlaq bir çıraq, işıq saçan bir nur, zülmət qaranlıqlarda, şəhərlərin küçələrində, çöllərin dərinliklərində və dənizlərin girdablarında yol göstərən bir ulduzdur”. (İman və küfr kitabı / üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, Cild 1)

images

 

… Əbdüləziz İbn Müslim belə rəvayət etmişdir:

“İmam Mehdi susamışlar üçün şirin bir su, doğru yolu göstərən bir rəhbər, həlak olmaqdan qurtaran bir qurtarıcıdır. İmam Mehdi yollarını azanların, doğru yolu tapması üçün yüksək bir yerdə yandırılan bələdçi atəşidir. Dondurucu soyuğa tutulanlar üçün bir istilikdir. Təhlükəli keçidlərdə etibarlı bələdçidir. Ondan (İmam Mehdidən) ayrılan hökmən həlak olar.” (İman və Küfr Kitabı / üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, Cild 1)

1301068881_cennet-bahcesi-gibi

 

Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir:

“İmam Mehdi yağış yağdıran bir buluddur. Çiskin kimi bir yağışdır. İşıq saçan bir Günəşdir. İti bir göz, budaqları və yarpaqları bir-birinə girmiş bir bağça, bir gülüstandır. İmam Mehdi isti bir dost və yoldaş, şəfqətli bir ata, doğma qardaş, övladlarına düşkün bir ana, fəlakətlərin dörd bir tərəfdən hücum etdiyi zamanlarda Allah qullarının sığınacağıdır.” (İman Və Küfr Kitabı / üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, cild 1)

cennet-300x247

 

Hz. Mehdi (ə.s)-ın rəftarı həm mənə, həm də İsrail camaatına bənzəyər

299/8. Deyildi ki: “Ya Rəsulullah, o gün insanların imamı kimdir? ”  Peyğəmbərimiz (s.ə.v) buyurdu: “İmam Mehdi, mənim nəslimdən, qırx yaşında, üzü bir ulduz kimi parlaq olan kimsədir. Rəftarı mənimlə İsrail camaatına bənzəyər. Ərzdəki xəzinələri çıxarar və şirk diyarlarını fəth edər.”(İman Və Küfr Kitabı / üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, 1-ci cild.)

52688