… Əbdüləziz İbn Müslim belə rəvayət etmişdir:

“İmam Mehdi, Allahın yaratdığı varlıqlar arasındakı əmin nümayəndəsidir. Allahın, qullarına təqdim etdiyi Hüccətidir, Allahın ərzində Onun xəlifəsidir. Allaha çağıran bir dəvətçidir. Allahın qoyduğu haramların müdafiəçisidir. İmam Mehdi, insanları günahlardan, ayıblardan təmizləyər. Xüsusi olan elmi ilə diqqət mərkəzində olmuş, mülayimlik isə onun əsas xüsusiyyətidir.” (İman və küfr kitabı / üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, Cild 1)

 0003%5B1%5D

 

Əbdüləziz İbn Müslim belə rəvayət etmişdir:

İmam Mehdi, dinin nizamı, müsəlmanların qürurudur.

Münafiqlərin kinini üzərinə çəkər, kafirlərin həlak olmasının vəsiləsidir. İmam Mehdi, zamanının tək adamıdır. Heç kim onun səviyyəsinə çata bilməz və heç bir alim onunla müqayisə oluna bilməz. Onun bənzəri  və bərabəri olmaz. Fəzilət sifətiylə diqqət çəkər, bütün fəzilətlər onda toplanmış olar. Amma o (İmam Mehdi), bunları istəyərək və çalışaraq əldə etmiş deyil. Əksinə bu fəzilətləri verən, Uca bəxş edici olan Allah tərəfindən ona (İmam Mehdiyə) xas qılınmış xüsusiyyətlərdir.” (İman və küfr kitabı / üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, Cild 1)

25

 

… Əbdüləziz İbn Müslim belə rəvayət etmişdir:

“İmam Mehdi alimdir, öndərdir… Müqəddəsliyin, təmizliyin, ibadətin və elmin qaynağıdır. Ona görə də Rəsulullah (s.ə.v)- in dəvəti ona (İmam Mehdiyə) təqdim edilmiş və ona buraxılmışdı. Hz. Fatimənin tərtəmiz nəslindən gəlir. Qureyş xanədanından, Haşimoğulları zirvəsindən və Peyğəmbərin pak nəslindən gəlmiş, Allah Əzzə və Cəllənin razılığına malikdir.” (İman və küfr kitabı üsulu kafi (əl-Üsul Min əl-Kafi) əl-Kuleyni, I cild )

37

 

Əbdüləziz İbn Müslim belə rəvayət etmişdir:

 “(İmam Mehdinin) elmi inkişaf etmiş və həlimliyi əksiksizdir. İmamlıqda güclü, siyasətdə müdrikdir. Ona (İmam Mehdiyə) itaət etmək fərzdir. Allah Əzzə və Cəllənin əmriylə bu vəzifəyə gəlmişdir. Allahın qullarına nəsihət verər. Allahın dininin qoruyucusudur.” (İman və küfr kitabı / üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, Cild 1)

florvermqo1uq11fj2%5B1%5D

 

… Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir:

 “Allah Əzzə və Cəllə (İmam Mehdini), digər qullarının işlərini idarə etməsi üçün seçdiyi zaman  onun sinəsini bu işin öhdəsindən gələ biləcək şəkildə açar, ürəyinə hikmət qaynaqlarını yerləşdirər, ona elə bir elm ilham edər ki, bundan sonra heç bir suala cavab verməkdə çətinlik çəkməz, əsla doğrudan ayrılmaz, lazımsız cavab ağzından çıxmaz. Bu baxımdan qulların işlərini icra etməsi üçün Allah tərəfindən vəzifələndirilən İmam Mehdi günahsızdır, dəstəklənmişdir, müvəffəqiyyətli qılınmışdır və istiqamətləndirilmişdir. Səhvlərdən və sapqınlıqdan yana zəmanət altındadır. Allah onu (İmam Mehdini) bu işə xas edər ki, qullarının üzərindəki əksiksiz dəlili və yaratdıqlarının arasındakı şahidi olsun.” (İman Və Küfr Kitabı / Üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, Cild 1)

clip_image002