Ət-Tövhid əsərindən:

Dəkkak və əl-Varrak; Məhəmməd ibn Harun əs-Sufi Rəvyani vasitəsilə Əbdüləzim əl-Həsənidən rəvayət edər:

Əbul-Həsən əs-Salis [əleyhissalam] əl-Qaim [Mehdi əleyhissalam] haqqında belə buyurdu:

“Zühur edib zülm və haqsızlıqla dolub daşan dünyanı ədalətlə doldurana qədər (Hz. Mehdini) adıyla xatırlamağa icazə yoxdur.” (Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 51, s. 32)

4

İkmalüdi-din əsərindən:

İbn İdris, atası Eyyub ibn Nuh Məhəmməd ibn Sinan Safvan ibn Mihrandan canlı rəvayət edər:

Cəfər Sadiq ibn Məhəmməd [əleyhissalam] buyurdu ki:

“Əl-Mehdi mənim övladımdır. Özünü adıyla xatırlamanıza icazə verilməmişdir.”

(Hədisin oxşari ət-Dakkak, əl-Əsədi, Sehl b. Mahbub, Əbdüləziz əl-ABŞI, İbn Əbu Yafur və Əbu Abdullah [Cəfər Sadiq əleyhissalam] sənədiylə İkmalüdidin əsərində zikr edilmişdir.)

(Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 51, s. 32.)

4

İkmalüdi-din əsərindən:

Əl-Həmdani, Əli və onun atası vasitəsilə Məhəmməd ibn Ziyad əl-Əzdidən rəvayət edər:

Musa ibn Cəfər [əleyhissalam] əl-Qaim [Mehdi əleyhissalam] ilə əlaqədar danışarkən belə buyurdu:

“Onun mövludu (doğumu) insanlardan gizli tutulmuşdur. İzzət və cəlal sahibi Allah özünü zühur etdirib əvvəldən zülm və haqsızlıqla dolub daşan yer üzünü ədalətlə doldurana qədər onu (Hz. Mehdini) adıyla xatırlamanıza icazə yoxdur.”

Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 51, s. 32.

4

İkmalüdi-din əsərindən:

Atam və İbn Vəlid hər ikisi Sad, Yandırdını, İsmayıl ibn Əban, Əmr ibn Şimr vasitəsilə Cabirdən rəvayət edər:

Əbu Cəfər… ardı...

 

Hz. Mehdi (ə.s)-ın varlığını göstərən dəlillər

“Hər kəsin (hər cəmiyyətin) üzünü çevirdiyi bir istiqamət vardır. Elə isə xeyirlərdə yarışın. Hər harada olursunuz olun, Allah sizləri bir araya
138ii1%5B1%5Dgətirəcək. Şübhəsiz
, Allah hər şeyə qadirdir.” (Bəqərə surəsi, 148)

Kuleyni Əbu Cəfərin: “bu ayə Qaim Mehdinin dostlarına aiddir” dediyini ifadə edir.

(Ravdatul-kafi, s. 260;  Iyaşi, ət-Təfsir, I. 66)

Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?” (Fussilət surəsi, 53)

Yenə Kuleyni bu ayədə Qaim Mehdinin Allah qatından göndərilməsinin nəzərdə tutulduğunu rəvayət edir.

(Ravdatul-kafi, s. 312)

 “Həqiqətən onun xəbərini bir zaman sonra öyrənəcəksiniz.” (Sad surəsi, 88)

Kuleyni bunun Qaim Mehdinin çıxışı əsnasında reallaşacağını rəvayət etmişdir.

(Ravdatul-kafi, s. 239,240)

“Bizim çətinlikli-əzabımızı hiss etdikləri zaman, oradan böyük bir sürətlə uzaqlaşıb qaçırdılar. “Uzaqlaşıb qaçmayın, içində olduğunuz rifaha və yurdlarınıza qayıdın, çünki, sorğuya çəkiləcəksiniz.” (Ənbiya surəsi, 12-13)

Kuleyni bunun Qaim Mehdinin çıxışı əsnasında reallaşacağını rəvayət etmişdir.

(Hz. Mehdi insanlara zülm edən dəccalları fikirlə tamamilə təsirsiz hala gətirəcək.)

(Ravdatul-kafi, s. 44)

 “Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.” (Cin surəsi, 24)… ardı...

 

Hz. Mehdi (ə.s)-ın ruhu Allahın yaratdığı on dörd nurdan biridir

Din kitabında (İkmalüd din) belə qeyd olunmuşdur:
0176

İbn İdris, atası, Məhəmməd b. Hüseyn b. Zeyd, Həsən b. Musa, Əli b. Səmaya, Əli b. Həsən b. Ribat, onun atası, Mufaddal vasitəsilə rəvayət edər:

İmam Sadiq (ə.s) buyurdu ki:

“Şanı uca olan Allah məxluqatı yaratmamışdan qabaq, 14 min il əvvəl 14 nur yaratdı və onlar bizim ruhlarımızdır.”

Ona: “Ey Rəsulullahın övladı 14 nur ifadəsi ilə kim nəzərdə tutulur?” deyildikdə belə cavab verdi:

“Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn və onların soyundan gələn imamlardır. Onların sonuncusu əl-Qaimdir (Hz. Mehdi (ə.s)). O qeybinden sonra zühur edərək Dəccalı (fikrən) öldürəcək, yer üzünü hər cür zülm və haqsızlıqdan təmizləyəcək.”

(Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 15, s. 23)

 

Ənbiya surəsi  105-ci ayədə bəhs edilən: “Dünyanın hakimi əməlisaleh qullar” Hz. Mehdi və tələbələridir.

Təfsirul-Qummidə belə deyilir:

” “Biz and olsun, Zikrdən sonra Zəburda da yazdıq” (Ənbiya surəsi, 105) ayəsindəki “zikrdən” sözü Allahın əvvəl nazil etdiyi bütün kitabları nəzərdə tutur. “…Ki, yer üzünə şübhəsiz Mənim əməlisaleh qullarım varis olacaq”. (Ənbiya surəsi, 105) burda nəzərdə tutulan isə əl-Qaim (Hz. Mehdi (ə.s)) və onun əshabıdır”.

(Məclisi, Biharül-Envar, Beyrut, 1404, c. 14, s. 37)

 

Hz. Mehdi… ardı...

 

7-(746) …Əbu Basar belə rəvayət etmişdir: Əbul Həsənə (Musa İbn Cəfər əleyhissalama) dedim ki: “Səni yaradan Allaha qurban olum! İmam Mehdi hansı xüsusiyyəti ilə bilinər?” Buyurdu ki: “İmam Mehdinin bilinməsini təmin edən bir neçə xüsusiyyəti vardır. İnsanlar ona sual verdiklərində dərhal cavab verər. Əgər hüzurunda sussalar, o özbaşına danışmağa başlayar və sabah nə etmək lazımdısa onu izah edər. İnsanlarla hər dildə danışar.” (İman və küfr kitabı / üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, cild 1 səh. 402)

0004%5B1%5D

 

Hz. Mehdi (ə.s) haqqında yazışmalar olacaq

25-(908)  İbn Nuh belə rəvayət etmişdir: … “BİZ ƏHLİ BEYTDƏN ELƏ BİR İMAM YOXDUR Kİ, ONUN HAQQINDA YAZIŞMALAR OLMASIN, İNSANLAR ONU BARMAQLARIYLA GÖSTƏRMƏSİN. ONA SUALLAR VERİLİB SORUŞULMASIN VƏ SUİ-QƏSD TƏŞKİL EDİLMƏSİN.” (İman və küfr kitabı / üsuluKafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, Cild 1, səh. 502)

1141869u3r2zgixz1