Dərin İmanın Qazandırdığı Ağıl və Fərasət

Ağıl, iman edənlərlə inkarçıları bir-birlərindən ayıran ən əhəmiyyətli xüsusiyyətlərdəndir. Allahın iman edən qullarına aid bir xüsusiyyət olaraq yaratdığı ağıl, adamın imanı, Allah qorxusu və təslimiyyəti ölçüsündə inkişaf edir. Allah qorxusu və səmimi iman, adama həyatının hər anında Allahın razılığına uyğun hərəkət etməsini təmin edən bir anlayış qazandırır. Belə bir adam vicdanını istifadə edərək Quran əxlaqına ən uyğun olan rəftarı seçər və bunun nəticəsində bütün həyatına hakim olan bir rəftar mükəmməlliyi əldə etmiş olar. Uca Allahın yalnız mömin qullarına verdiyi bu üstün xüsusiyyətə Quranın bir çox hekayəsində diqqət çəkilmişdir.

 

bynAğıl zəkadan çox üstün və daha dərin bir qavrayış şəklidir. Zəka insanın düşünmə, həqiqətləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma bacarıqlarının hamısıdır. İnsana zəkadan çox üstün bir anlayış qazandıran ağıl isə dərin düşünə bilmə, doğrunu tapa bilmə və hər mövzunu həll edə bilmə qabiliyyətidir. İnsana bu qabiliyyəti qazandıran yeganə xüsusiyyət isə imandır. Allah, “Ey iman edənlər, Allahdan qorxub-çəkinsəniz, sizə doğrunu səhvdən ayıran bir nur və anlayış (furqan) verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük fəzl sahibidir.” (Ənfal Surəsi, 29)  ayəsiylə iman edib Ondan qorxub çəkinmələrinə qarşılıq, qullarına Qatından xüsusi bir anlayış verdiyini bildirmişdir. Quranda bildirilən peyğəmbər qissələrində olan ağıllı davranışlar bu həqiqətin… ardı...

 

 

Quran asan olana çatdıran bir rəhbərdir

Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik. (Taha surəsi, 2-3)

Allah tarix boyunca bütün insanlığa doğrunu tapmaları, dəqiq olan məlumata çata bilmələri və din haqqında məlumat əldə edə bilmələri üçün müqəddəs kitablar, bu kitabları insanlara çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərici olaraq endirdiyi son kitab isə Qurandır. Bir ayədə Quranın yol göstərici xüsusiyyəti belə bildirilir:

 

“Daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir (Ali İmran surəsi, 4)

 

Allahın Qurandan əvvəl endirdiyi kitablar müşriklər və dinə düşmən olan insanlar tərəfindən təhrif edilmişdir. Bu kitablara bir çox xurafat və batil inanc əlavə olunaraq mənalarından uzaqlaşdırılmışdır. Ancaq Allah son müqəddəs kitab olan Quranın təhrif olunmasının mümkün olmadığına dair ayələrdə qəti bir hökm vermiş və qiyamət gününə qədər qorunacağını bildirmişdir:

 

Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)

 

Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)

 

Quranın qiyamətə… ardı...

 

Evanjeliklər Dəccalın çirkli oyununa uymamalıdırlar

Həqiqətən də, şeytanın əmri ilə onun planına uyğun olaraq bütün dünyada Allah inancına qarşı mübarizə edən ateist masson sistemi bəzi Evanjelikləri də təsir altına alaraq fəaliyyət göstərir. Daha əvvəl də bir neçə dəfə xəbər verdiyimiz bu təhlükə güclü olmasa da, demək olar ki, müəyyən bir əhatəni təsiri altına alıb. Söz mövzusu olan Evanjeliklər bu qaranlıq oyunların təlqinləri nəticəsində müsəlmanlara qarşı ciddi bir cəbhə yaratmış halındadırlar.

Halbuki içində olduqları yalan böyük bir məyusluqdur. Mübarizə aparmağın vacib olduğu quruluş isə ateist massonluqdur. Evanjelik xristianlarla müsəlmanların arasını vurmağa çalışan çirkin təşkilatlanma ateist massonluqdur. Bu bir sui-qəsd nəzəriyyəsi və ya xəyali bir təşkilatlanma deyil. Ateist masonlar, yüksək səviyyəli mərasimlərində ŞEYTANA SİTAYİŞ EDƏN, özlərinin gizli nəşrlərində “ŞEYTANIN FƏNƏRİ GETDİYİN YERDƏKİ QARANLIĞI İŞIQLANDIRIR” şəklində bu azğın düşüncələrini açıq şəkildə dilə gətirən, gizli və hiyləgər bir təşkilatdır.. Massonluq şeytandan alınan ilham və əmrlərlə dünyanı qarışıqlıq və qırğınlarla bir fəlakət mühitinə çevirməyi qarşısına məqsəd qoyan, Allah inancına qarşı mübarizə aparan ən hiyləgər qruplaşmadır. Bu  çox aydın olan qəti bir həqiqətdir.

Massonlar bəzi Evanjeliklərə müsəlmanları Dəccalın ordusu kimi göstərmək istəmişdir. Müsəlmanlar sevgi və şəfqət ordusudur.

Adnan Oktarın 22 Noyabr 2009-cu il tarixli Kanal 35 və Tv Kayseri reportajından

 

Ateist masson hərəkətinin təməlini… ardı...

 

Quran əxlaqını yaşamağın asanlığı

Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki, insan zəif olaraq yaradılmışdır. (Nisa Surəsi, 28)

 

Fədakar, etibarlı, şəfqətli, təvazökar, dürüst olmaq, gözəl söz söyləmək, yoxsulu yedirmək, sözünün üstündə durmaq, alınan bir əmanəti zamanında qaytarmaq, kübar, tərbiyəli, bağışlayıcı, təvəkküllü, səbirli, comərd, hörmətli, etiqadlı olmaq, başqalarının haqqını yeməmək, saxtakarlıq etməmək, insanları özündən aşağı hesab etməmək kimi gözəl xüsusiyyətlər, Allahın insanlara əmr etdiyi Quran əxlaqının əsaslarından bəziləridir.

 

Əslində insanların hamısı vicdanlarında Allahın məmnun olacağı gözəl əxlaqın necə olduğunu çox yaxşı bilirlər. Buna baxmayaraq, şeytan, insanların əksəriyyətinə bu əxlaqı yaşamağı çətin və qeyri-mümkün kimi göstərir. Hətta, gözəl əxlaq yalnız peyğəmbərlərə və səhabələrə xas bir üstünlük olaraq qəbul edilir. Cahiliyyə cəmiyyətinin sahib olduğu bəzi gözəl əxlaq xüsusiyyətləri isə pambıq ipliyinə bağlı kimidir, ən kiçik bir zərbədə qopar. Məsələn, ən ədəbli və etiqadlı bilinən bir insan belə, mənfəətinin zədələnildiyini düşündüyü bir mövzuda hiddətlənə bilər, idarəsiz, kobud və təcavüzkar rəftarlar göstərə bilər.

Ən kiçik şeyə belə, səbr etməyi bilməz. Cəmiyyətimizdə insanların əksəriyyəti bu yanlış əxlaq anlayışını daşıyırlar. Əksəriyyət bir-birinə bənzər rəftarlar göstərdiyi üçün cahiliyyə əxlaqının nəticələri olan eqoizm, öz mənfəətlərini qorumaq uğrunda başqalarını əzmək, saxtakarlıq, yalançılıq, ikiüzlülük, mərhəmətsizlik, lağ etmək, həyasızlıq, kobudluq, qısqanclıq və s. çox təbii xüsusiyyətlər kimi görünür. Hətta,… ardı...