Hz. Mehdi (ə.s) geniş çiyinli olacaq, sümük quruluşu isə gənc olacaq

Hz. Mehdi (ə.s)-ın çiyin ucu sümüyü mülayim, iri iki çiyininin arası genişdir.(Bihar :cild: 13, səhifə 8,9,10,11,109,110,112,115,118,119,125,167 və Yenabiul Məvəddət cild: 3, səhifə: 407 və İsbatul Xuda cild: 3 səhifə: 593 və Şərhi Nəçhul Bəlağa(İbni Əbil Hədid) cild: 1, səhifə 281,282 və Ən Nəcm-ağıl Sağıb cild: 1 səhifə 279 və Əl Fusulil Muhimmə səhifə: 289-290 və Elamul Məlumat: cild: 2 səhifə 294 və Umdəti Sahibul Ahbar cild: 2 səhifə 499 və Mucəmi Məlahimi Fitən cild:1 səhifə: 203 – 214 və cild: 3 səhifə 76 – 80)      

2ivdvk2(1)

 
ONUN DOSTLARI BULUDLARA MİNİB İSTƏDİKLƏRİ YERƏ GEDƏ BİLƏCƏKLƏR. (Mucem-ul Ehadis-i İmam Mehdi cild: 1,  səhifə: 296; Keşf-ul Ğummə cild: 2 səhifə: 470;  Muntəhab-ul Eser səhifə: 554)

 

Peyğəmbərimiz (s.ə.v), Hz. Mehdi (ə.s)-ın zühur edəcəyi axır zamanda istifadə ediləcək yüksək texnologiyaya bir çox hədisi şərifləriylə diqqət çəkmişdir. Peyğəmbərimiz (s.ə.v)-in bəhs edilən hədislərində verdiyi əhəmiyyətli məlumatlar  hazırkı dövrümüzdə istifadə edilən bir çox texnologiya yeniliklərlə üst-üstə düşür. Peyğəmbərimiz (s.ə.v)- in xəbər verdiyi axır zaman texnologiyalarından biri də təyyarədir və Hz. Mehdi (ə.s)- ın tələbələrinin də bu texnologiyadan faydalanacaqlarını bildirmişdir. Hədisə görə Hz. Mehdi (ə.s)-ın yaxın tələbələri və ona mənəvi cəhətdən dərindən bağlı olan digər müsəlmanlar, İslam əxlaqının dünya hakimiyyətinə vəsilə olacaq, təbliğ fəaliyyətləri üçün dünyanın dörd bir tərəfinə hava yolları vasitəsi ilə səfər edəcəklər. Peyğəmbərimiz (s.ə.v) bunu “buludlara minib istədikləri yerə gedə biləcəklər” ifadəsiylə çox dəqiq bir şəkildə ifadə etmişdir. Bilindiyi kimi buludlar ümumiyyətlə troposfer təbəqəsində yerləşir, təyyarələr də qitələrarası uçuşlarını bu təbəqənin üstündə yerləşən strotosfer üzərində edirlər.  Nəticədə Peyğəmbərimiz (s.ə.v)- in istifadə etdiyi “buludlara minib getmək” ifadəsi, deyilən bu elmi fikrlərə tam uyğun gəlir.

18

 

Hz. Mehdi (ə.s)-ın sağ ayağında dərisinin rəngindən tünd bir iz olacaq

Hz. Mehdi (ə.s)-ın ayaqları kök, böyük  olacaq və sağ ayağında dəri rəngindən bir az tünd bir iz olacaq. (Mucem-ul Ehadis-i İmam Mehdi cild: 4 səhifə: 154; Kəmal-ud Din cild: 2 səhifə: 376; Bihar cild: 52 səhifə: 322)

Hz.Mehdi (ə.s)-ın sağ ayağında qara rəngli bir ləkə (xal) vardır.  (Şeyx Məhəmməd İbn İbrahim-i Numani, Qeybət-i Numani səh. 251 )    

36

 

HZ. MEHDİ (Ə.S)-IN QIÇINDA BİR İZ VARDIR

HƏZRƏTİN- (HZ. MEHDİ (Ə.S)- IN) QIÇLARI GENİŞ, İRİ VƏ SAĞ QIÇINDA BƏDƏN RƏNGİNİN ƏKSİNƏ BİR İZ VAR. (Mucəm-ul Ehadisi İmam Mehdi cild: 4, səhifə 154 və Kamal-ud Din cild: 2, səhifə 376 və Bihar cild: 52, səhifə 322)

(HZ. MEHDİ (Ə.S)- IN) SAĞ QIÇINDA QARA BİR İZ (XAL) VARDIR.  (Şeyx Məhəmməd İbn İbrahimi Numanı, Qeybəti Numanı səh. 251)      

HZ. MEHDİ (Ə.S)- IN ALNINDA BİR İZ VARDIR

Humran İbn Ayan deyir ki, İmam Məhəmməd Bakır əleyhissalama belə ifadə etdim: …ALNINDA İZ VARDIR, ÜZÜNDƏ İSƏ LƏKƏ (XAL)... (Şeyx Məhəmməd İbn İbrahimi Numanı, Qeybəti Numanı səh. 252)

Humran İbn Ayan İmam Məhəmməd Bakir əleyhissalama deyir: ALNINDA İZ VARDIR, ÜZÜ GÖZƏLDİR…” (Şeyx Məhəmməd İbn İbrahimi Numanı, Qeybəti Numanı səh. 252-253)

 Əbu Basir deyir: İmam Məhəmməd… ardı...