0110İncildə bəhs olunan ”dəccal birliyi qan axıdan ”massonluqdur”

İncildə ifadə edilən Dəccal və onun birliyi bəzi xristianlar tərəfindən səhv başa düşülüb, səhv şərh olunur. İncildə ifadə edilən, barışcıl görünüb sonradan zülm edən dəccali sistem – massonluqdur. Və İncildə bəhs olunan   massonik sistem Peyğəmbərimiz  Hz. Məhəmməd (s.ə.v)-dən rəvayət edilən hədislərlə tam uyğunluq təşkil edir. Peyğəmbərimizin hədislərində, İncildə də təsvir edildiyi şəkildə, dünyanın son dövründə Dəccalın yalançı peyğəmbər olaraq ortaya çıxacağı, dindar görünüşü ilə insanları aldadacağı, yanında bir şəxs olacağı və onun da yalançı peyğəmbər olaraq ortaya çıxacağı ifadə edilmişdir. Dəccal İncildə olduğu kimi, hədislərə görə də bütün dünyanı hakimiyyəti altına alacaq, dindar görünüşü ilə kütlələri arxasınca aparacaq, lakin bütün dünyaya bəla, zülm gətirəcək və zülmündən tanınıb aydın olacaqdır.

Dəccal ilə əlaqədar olaraq Peyğəmbərimizdən rəvayət edilən bir hədis belədir:

 

Məndən əvvəlki peyğəmbərlərdən ümmətini Dəccal ilə qorxutmayan kimsə olmadı. Onun sol gözü çəp, sağ gözü isə pərdəlidir və alınında “kafir” deyə yazılıdır. Yanında “cənnət”, “cəhənnəm” deyə iki vadi (ərazi) olar. Cənnət dediyi cəhənnəm, cəhənnəmi isə cənnətdir.
Yanında peyğəmbər paltarında iki mələk olar, biri sağında, biri solundadır. Bu bərabərlik insanların imtahanı üçündür.

Dəccal onlardan soruşar:

“—Mən sizin Rəbbiniz deyiləmmi? Dirildirəm, öldürürəm.”
Mələklərdən biri:

“—Yalan danışırsan!” deyər.

Ancaq bu… ardı...

 

İman Həqiqətləri İmanı Dərinləşdirər

Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir. (Şura Surəsi- 29)    

İman həqiqətlərini yalnız Allaha inancı olmayan kəslərin deyil, eyni zamanda iman edən insanların öyrənməsi və dərindən düşünməsi son dərəcə əhəmiyyətlidir. Allah Quranda möminlərə, kainatda yaratdığı dəlillər üzərində dərin-dərin düşünmələrini əmr edərək iman həqiqətlərinin əhəmiyyətini vurğulamışdır.

 

iman_hakikatleri-pervin32

İman etmiş bir mömin namaz qılmaq, oruc tutmaq və digər ibadətləri  yerinə yetirməklə bərabər dərin bir təfəkkürə də sahib olmalıdır. Quranda diqqət edilən “göylərdəki və yerdəki” yaradılış dəlilləri üzərində dərin təfəkkür etmək, möminin imanının artmasına, qəti bir məlumatla iman etməsinə vəsilə olar. Bir Quran ayəsində Allahın yer üzündəki dəlillərinin qəti əlamətlərlə iman etməyə yönəltdiyi belə bildirilir:

Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?  (Zəriyət Surəsi, 20-21)

Ayədə açıq bir şəkildə ifadə edilmişdir ki, insanın öz nəfsindəki və yer üzündəki iman həqiqətləri insanlara dəqiq bir əlamətlərlə inanmağa vəsilə olacaq. Dəqiq məlumata söykənən bir iman da insanda Allah qorxusunun artmasına, bu səbəbdən Allahın əmr və qadağalarını daha şüurlu və diqqətli yerinə yetirməsini təmin edəcək.

Yaradılış dəlilləri üzərində dərin təfəkkürə sahib olan insanlar, ibadətlərini huşu içərisində yerinə yetirərkən, etdiklərinin artıq… ardı...

 

İman edənlərə nəsib olan Elm

Möminlər Quranı çox yaxşı bilən, Qurandakı hikmətləri yaddaşlarında saxlayaraq həyatlarının hər anında Quranda tərif edilən gözəl əxlaqı yaşamağa səy göstərən, Peyğəmbərimizin həyatını özlərinə nümunə götürən kəslərdir.

Dünya həyatının həqiqi üzünü bilib, əsl həyatı olan axirət üçün hazırlıq edən bir möminin Allaha qarşı olan qorxusu və sevgisi çox dərindir. Dərin iman sahibi olan möminlərdə böyük bir ağıl, fərasət, bəsirət meydana gələr. İman edənlərə nəsib olan bu elm, onları Allahın məmnun olmadığı bütün pis rəftarlardan, ruh hallarından, düşüncələrdən uzaq tutar. Unutduqları və  yanıldıqları hər hansı bir şey üçün və ya etdikləri səhvlər üzərində israr etməzlər, dərhal səhvini düzəltmə istiqamətində səy göstərərlər. Allah Quranda möminlərə belə buyurur:

 ” O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. (Ali-İmran surəsi-134, 135)

Al-Quran

İnsan qəflətə düşə bilən, unudan, yanıla bilən, səhv edə bilən bir varlıqdır. Hər an bir  çox mövzuda yanlış düşünə, səhv bir qərar verə, düzgün… ardı...

 

images”İlk nəfəs” geni

ABŞ-ın Cincinnati Uşaq Xəstəxanasının mütəxəssisləri ana bətnində ağciyərin inkişafını və doğum zamanı körpənin nəfəs almasını təmin edən “Foxa2” adlı geni kəşf etdilər. Buna görə ana bətnindəki təhlükəsiz mühitdən çətinliklərlə dolu dünya həyatına qədəm qoyduğu ilk anda alınan ilk nəfəsin də bir gen tərəfindən idarə edildiyi müəyyənləşdirilmiş oldu.

 

Vaxtından əvvəl doğumlarda ümid

 

Cincinnati Uşaq Xəstəxanasının həkimləri “Foxa2” adı verilən genin kəşf olunmasını ağciyər qüsuru ilə dünyaya gələn yarımçıq körpələrin müalicəsində mühüm bir addım olacağını düşünürlər.

Hamiləliyin ilk altı ayında ağciyərlər hələ tamamilə inkişaf etmir. Buna görə də erkən doğulan körpələr tənəffüs çətinlikləri yaşayırlar. Bu genin kəşf olunması həm erkən doğulan körpələrin, həm də ağciyər qüsurlu uşaq və böyüklərin daha yaxşı müalicə olunmasına imkanı verir.

 

Kifayət qədər hava almağı təmin edir

 

Dr. Jeffrey Whitsett mövzuyla əlaqədar olaraq, “ “Foxa2”-nin doğumdan sonra ciyərlərdəki kiçik hava yollarının təhrif olmasının qarşısını alaraq kifayət qədər hava almağı təmin edən və ciyərləri xəstəliklərdən qoruyan bir gen qrupuna nəzarət etdiyini təyin etdik. Bunun sayəsində ağciyər xəstəliklərinə qarşı yeni müalicə üsulları tapıla bilər” -dedi.

 

Genetik quruluşun qüsursuzluğu

 

İnkişafda olan elmin ortaya qoyduğu nəticə bunu göstərir ki, canlılar əsla təsadüflərlə mövcud ola bilməyəcək dərəcədə qüsursuz bir nizama və son dərəcə kompleks… ardı...

 

Hz. Mehdi (ə.s.) dəccal tərəfdarlarının oynunu pozacaq

Dünyada səmimi dindarların xaricində, səhv istiqamətləndirilə bilən və ya, dini səhv inanclar içində yaşayan insanlar da var. Bütün dünyaya dinsizlik, qırğın, döyüş və zülm gətirməyi hədəfləmiş olan massonlar çirkli oyunlarını  bu  kəslər üzərində oynayaraq, onların aralarında fəsad və ayrılıq çıxararaq məqsədlərinə çatmaq hədəfindədirlər. Bu səbəblə massonlar bir qisim Müsəlmanları, bir qisim Yəhudiləri və bir qisim evanjelik Xristianları təsirləri altına almış, hər birini eyni çirkli hədəfə yönəltmişlər.

Bu təlqinə uyan bəzi Müsəlmanlar massonların istiqamətləndirməsiylə Hz. Mehdi (ə.s.)-ın ortaya çıxışı ilə sel kimi qan axıdılacağını, insanların qətlə yetiriləcəyini, axan qanın atların qarnına qədər çatacağını iddia edirlər. Bəzi evanjelik Xristianlar isə, yenə masonik sehrinin yoluyla  istiqamətləndirərək, Hz.Mehdi (ə.s.)-ın gəlişi ilə birlikdə dünya əhalisinin 1/3 hissəsinin qətl ediləcəyini, tam 2 milyard 335 milyon insanın yox ediləcəyi böyük bir qırğın gözləyirlər. Bir qisim Yəhudilər  isə yenə eyni dövrdə, həm Xristianların həm də, Müsəlmanların arasından milyonlarla insanın qətl ediləcəyi inancındadırlar.

SƏHV İSTİQAMƏTLƏNDİRİLƏN BU İNSANLARIN HAMISININ HƏDƏFİ QAN TÖKMƏKDİR. Massonlar öz planlarını qüsursuzca tətbiq etmiş, söz mövzusu olan kəsləri özlərinə tərəfdar halına gətirmişdir. HAMISININ İDARƏÇİSİ MASSONLARDIR.

Bu anda massonlar və  bu fikrin müdafiəçisi olan bir qisim Müsəlmanlar, Xristian və Yəhudilər  tək bir fikirdə birləşmişlər.… ardı...