Qılınclı hücumlar, hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindəndir

İbni Əbu Şeybə, Əbu Cəlddən belə dediyini rəvayət etdi: “Bir fitnə görünər, bunu digər fitnələr də izləyər və birincilər sonuncuların qılıncla münaqişəyə dönməyinə TƏHRİK EDƏR və bundan sonra bütün haramların halal sayılacağı bir fitnə başlayar. Sonra da xəlifəlik, yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturarkən gələcəkdir”. (Kitabül Burhan fi Alametil Mehdiyyil Muntazar, 4.1)

Misirdə baş verən hadisələrdə Mübarək tərəfdarları etiraz aksiyaları keçirənlərə hücum etməyə başlamış, bu hücumlarda qılınc, bıçaq və iri kəsici alətlərdən istifadə etmişlər. Hadisələrin eynilə Peyğəmbərimiz  (s.ə.v)-in hədisində bildirdiyi kimi reallaşması, Allahın Peyğəmbərimiz (s.ə.v)-ə lütf etdiyi möcüzələrdən biridir.

Kanaltürk Haber, 4 Şubat 2011

kanalturkhaber4 2_2011

 

 

İmam Cəfəri Sadiq xəyal, hissetmə qabiliyyəti elmini belə izah etmişdir

“… Əbu Abdullah (İmam Cəfəri Sadiq) dedi:

” Ey Hişam, neçə cür hissetmə qabiliyyətin var?”

Dedi : “Beş cür var.”

Buyurdu : “Bunlardan hansı daha kiçikdir?”

Dedi : “Görmə hissi.”

Buyurdu : “Yaxşı, görmə hissinin diametri nə qədərdir?”

Dedi : “Bir mərcimək qədər və ya ondan daha kiçikdir.”

Buyurdu : “Ey Hişam! Ön tərəfinə və üst tərəfinə bax və mənə nə gördüyünü izah et. ”

Dedi : “Göyü, yeri, evləri, sarayları, qara parçaları, dağları və çayları görürəm. ”

Dedi : “Sənin gördüyün bu qədər varlıqları bir mərciməyin və ya ondan daha kiçik bir şeyin içinə yerləşdirməyə qadir olan Allah, dünyanı balacalaşdırıb və yumurtanı da böyütmədən bütün dünyanı yumurtanın içinə yerləşdirə bilər.”

Hişam dərhal İmamı qucaqladı, əllərini, başını və ayaqlarını öpməyə başladı və belə dedi: ” Ey Rəsulullahın (s.ə.v) oğlu, Bu qədəri mənə bəs edər, (Üsul-i Kafi, Əl Kuleyni, səhifə 104-105)

3 (2)

 

Adnan Oktarın Kaçkar TV – dəki canlı reportajı (29 dekabr, 2010-cu il)

Adnan Oktar: Şeytandan Allaha sığınaram. Allah, Taha surəsi, 114-cü ayədə belə buyurur:Haqq Hökmdar olan Allah ucadır! Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!” – de Müsəlmanlar da elmlərinin artması üçün Allaha: “Ey Rəbbim! Elmimi artır!”- deyə belə dua etməlidirlər. Biz də Cənabı Allaha belə dua edirik: “Ey Rəbbim! Elmimi artır!”  Quranı oxumağa tələsmə“-deyir Allah. Deməli, Quranı düşünərək, fikirləşərək, yavaş-yavaş və anlayaraq oxumaq lazımdır. 115-ci ayədə isə Allah deyir:  Bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm (qərarlılıq) görmədik“.  Allah, Adəm (ə.s.)-da iki şeyə diqqət çəkir. Birinci, verdiyi sözü unutması, ikincisi isə əzm (qərarlılıq) göstərməməsidir.Əzm görmədik”- deyir Allah. Müsəlmanın yaddaşı çox güclü olmalı, diqqəti çox iti olmalı, bir də qərarlı olmalıdır. Dini yaymaqda, Türk-İslam Birliyini istəməkdə, Allahı sevməkdə, Allah qorxusunda, Qurana xidmətdə qərarlı olmalı, heç bir şəkildə diqqəti dağılmamalıdır, inşaAllah.

1

 
İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam, Əli ibn Əbu Həmzənin belə dediyini buyurdu:   “Qaim əleyhissalam (hz. Mehdi (ə.s)) qiyam etdikdə xalqın çoxu onu inkar edəcək. Çünki o, rəşid bir gənc olaraq zühur edəcək. Onu (hz. Mehdi (ə.s)-ı) YALNIZ ZƏRR ALƏMİNDƏ ALLAHIN ƏHD ALDIĞI MÖMİNLƏR QƏBUL EDƏCƏK.”

(Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 247)

risalei-nur

 

İmam Cəfəri Sadiq (ə.s), Məhəmməd ibn Müslimin belə rəvayət etdiyini buyurdu:

“Qaimin qiyamından əvvəl belə işarələri vardır: Uca Allah tərəfindən mömin qullarına bəlalar gələcəkdir.” Bu işarələrin nələr olduğunu soruşdum. Dedi ki, O, Allah azzə və cəllənin belə buyurur: Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver..” (Bəqərə Surəsi, 155)

Allah bu ayədə MÖMİNLƏRİ MÜTLƏQ SINAĞA ÇƏKƏCƏYİNİ, ACLIQLA, YƏNİ MƏHSULLARIN BAHALAŞMASI  İLƏ, MALLARIN AZALMASI İLƏ, YƏNİ TİCARƏTLƏRİN KASAD OLMASI VƏ FƏZİLƏTİNİN AZALMASI İLƏ, CANLARIN AZALMASI İLƏ, YƏNİ SÜRƏTLİ  VƏ ANİ ÖLÜMLƏRİN ÇOXALMASI İLƏ, MƏHSULLARIN AZALMASI İLƏ, YƏNİ ƏKİNÇİLİYİN AZALMASI VƏ MEYVƏLƏRİN BƏRƏKƏTİNİN AZALMASI İLƏ imtahan edəcəyini bildirir. Allah: “SƏBİR EDƏNLƏRİ MÜJDƏLƏ” -deyir. YƏNİ MƏHZ O ZAMAN QAİM ƏLEYHİSSALAMIN ZÜHURU İLƏ ONLARI MÜJDƏLƏ. SONRA MƏNƏ BELƏ BUYURDU:  “EY MƏHƏMMƏD! BU ONUN ŞƏRHİDİR.  Yəni, bu ayənin əsl mənası və şərhi budur. Allah azzə və cəllə buyurur: “Onun şərhini yalnız Allah və elmdə zəngin olanlar bilərlər.” (Gaybeti Numani)

2