Hörmətli Adnan Oktarın yeni şərhləri (18 Oktyabr 2012-ci il; 22:00)

Hz. İsa Məsih ilə əlaqədar ayələr, digər peyğəmbərlərdə olan şərhlər kimi deyil. Digər peyğəmbərlərdə həmişə Allah onların günahlandırıldığını, təzyiq gördüklərini, tövhid dininə çağırdıqlarını, ixlaslı və səmimi olduqlarını, təmiz olduqlarını, təbliğ etdiklərini amma çətinliklərlə də qarşılaşdıqlarını uzun-uzun izah edir. İsa Məsihdə tam fərqli bir izahat var. Məsələn, Allah Nisa surəsi, 172-ci ayə:

 

“Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.”

İsa Məsih və yaxın olan mələklər, bu ayə heç bir peyğəmbər üçün deyilmiş bir şərh deyil. Bu Quranda yoxdur. İkisi də birlikdə Allaha qul olmaqdan qəti olaraq bitərəf qalmazlar. Allah deyir ki,  peyğəmbərlər saleh möminlərdir. Amma yalnız, “İsa Məsih” deyir. Yəni burada xristianlığa bir cavab var. Onları tək Allah inancına  çağıran bir izahat var, amma mələklərin yanında olan İsa Məsihdən bəhs edilir. Allah, hz.İsa (ə.s)-ın insanların yanında olsaydı deyir.

Bu da Məsihin mələklərin yanında olması ilə əlaqədar izahatdır. “Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər.” Mələklər nə edir? Allaha səcdə, ruku edir. İsa Məsih nə edir? Onlarla birlikdə o… ardı...

 

Hörmətli Adnan Oktarın yeni şərhləri (19 Oktyabr 2012-ci il; 22:00)

İmkanı olan müsəlmanın müalicəyə ehtiyacı olan xəstəni həkimə aparması fərzdir. Həmin xəstənin də həkimə getməyi fərzdir. Çünki bu bir ibadətdir. Allah rizası üçün şəfa tapmağına görə edilir. Bu səbəbdən şəfa tapmaq üçün həkimə getmək, Allahın əmrinə uyğun, Qurana uyğun hərəkətdir. Allahdan şəfa tapmaq üçün həkimə getmək feli duadır və ibadətdir.

 

Kəhf surəsi, 1-ci ayə

 

“Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!”

 

“Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!”

Heç bir nöqsana yol verməmək nə deməkdir? Yəni Quranda  hər şeyin olduğunu bildirir.

 

 

Kəhf surəsi, 2-ci ayə

 

“Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün bu Kitabı dopdoğru şəkildə nazil etdi. (endirdi)”

Bax,  Allah insanlardan bir çoxunun Qurandan qaçdıqlarını, Quranın xaricində hökmlər çıxaracaqlarını bildiyi üçün Qurana diqqət çəkir ki, insanlar yolunu azmasınlar. Çünki dəlalətə düşdüyün halda məhv olarsan. Məzhəblərə, hissələrə, qütblərə, şəkillərə ayrılarsan. Allah adına yeni hökmlər çıxarar. Həyatı cəhənnəmə çevirəcək hökmlər də çıxara bilərsən. “Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, yaxşı işlər… ardı...

 

Hörmətli Adnan Oktarın yeni şərhləri (20 Oktyabr 2012-ci il; 22:00)

Kəhf surəsi, 83-cü ayə

Səndən Zülqərneyn barəsində soruşurlar. De: “Onun barəsində sizə bir əhvalat danışacağam”.

Öyüd və xatırlatma iki istiqamətin üzərində dayanır. Cənabı Allahın bir öyüdü, bir də xatırlatması var.

 

Kəhf surəsi, 84-cü ayə

Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik.”

Biz ona” Şəxsi mənəvi olaraq deyil, yer üzündə, bütün dünyada hər hansı bir hökmranlıq deyil, sağlam hökmranlıq, iqtidar verdik. Necə ki, əsgəri, polisi, dövləti, fikir sistemi, ictimai quruluşu, xəbərləşməsi və hər şeyi ilə mükəmməl, sağlam bir iqtidar. Ümumiyyətlə dünyada iqtidarlar həmişə gücsüzdür. Həmişə koalision hökumətlər və yaxud diktatorluqlar vardır, amma o da xalqın narahat olduğu bir sistem olduğu üçün pisdir, sevilməz.

Ona hər işdə güc verdik. (elm, mədəniyyət, maddi və ictimai, əsgəri və s. güc) Bir yol (səbəb) göstərdik, imkan və səbəb verdik. Bütün güc Allaha aiddir.

 

Kəhf surəsi, 85-86-cı ayə

 “O, yer üzündə gəzib dolaşmaq üçün səfərə çıxdı “

“ Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. Zülqərneyn onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”.

“ Nəhayət, günəşin batdığı yerə… ardı...

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (21 Oktyabr 2012; 22:00)

Məryəm surəsi  22-ci ayə

 

“Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi.”

 

Quranda  ikiliyə diqqət çəkilir, ona görə mən də ikilərə əhəmiyyət verirəm. İkilik, həm Mehdi (ə.s)-a, həm də İsa Məsih (ə.s)-a işarə edir. “uzaq bir yerə çəkildi.”  Yəni kimsəsiz bir yerə çəkilmə, kimsəsiz bir yerdə olma. Hz. Mehdi (ə.s) də, hz.İsa Məsih (ə.s) də küfrün gözündən, düşmənlərindən uzaq olacaqlar. Təbii ki, dostları, sevənləri olacaq, amma, Mehdi (ə.s) və İsa Məsih (ə.s)-a düşmən olan, onlardan nifrət edən çoxlu sayda alçaqlar, namərdlər olacaq. Müşriklər, azğınlar, dəyərini itirmiş dəyərsizlər həm Mehdiyə, həm İsa Məsihə kin bəsləyəcəklər. Haqqı anlaya, qavraya bilmədikləri üçün, gözləri dəccal gözü kimi olduğu üçün nifrətlə yaxınlaşacaqlar.  Ona görə də, hz.Mehdi (ə.s) və hz.İsa Məsih (ə.s) təhlükəsizlik məqsədiylə kimsəsiz bir yerə çəkilərlər.

 

 

 

Məryəm surəsi  23-cü ayə

 

Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi.

O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!”

 

 

“Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi.” Bu ayə mehdiyyətin doğum sancısına da işarə edir. Deməli, xurma ağaclarının  olduğu bir yerdir. Bilirsiniz ki, İstanbulda… ardı...

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (22 Oktyabr 2012; 22:30)

Naim ibn Hammad, Əbu Səid-ül Hudridən nəql etdi. O dedi, Rəsulullah (s.ə.v) buyurdu: “Məndən sonra fitnələr olacaqdır. O fitnələrdən biri də “Ahlas” (Dəvəçulu) fitnəsidir. Orada hərb və hicrətlər olar. Sonra ondan da daha şiddətli bir fitnə olar, fitnə bitdi  deyilərkən, sonra daha da davam edər və fitnənin girmədiyi heç bir ev və toxunmadığı heç bir müsəlman qalmaz. Bu hal itrətimdən (soyumdan) bir Rəcul (Mehdi) çıxana qədər davam edər.” (Cəlaləddin Suyudinin Təsnifindən Hədislər, Axır Zaman Mehdisinin Əlamətləri, səh. 25)

Rəsulullah (s.ə.v) buyurdu: “Məndən sonra fitnələr görüləcəkdir. O fitnələrdən biri də “Ahlas” (Dəvəçulu) fitnəsidir. Orada hərb və hicrətlər olar.” Yəni insanlar bir-biriylə döyüşər. İnsanlar o bölgədən ayrılar. Qarışıqlıqlar olar. Məsələn, Suriyada insanlar başqa yerə hicrət edirlər.  Misirdə hadisələr olur, xalq başqa yerə hicrət edir.  “Sonra ondan daha şiddətli bir fitnə olar,” Terror, anarxiya. “Bitdi deyilərkən, sonra daha da davam edər.”  Fitnələrin bitdiyini zənn etdiklərində  bir daha başlayar. “Fitnənin girmədiyi heç bir ev və toxunmadığı heç bir müsəlman qalmaz.” Yəni ümumi mənada, hər yerə yayılar.  “Bu hal, soyumdan bir Rəcul (Mehdi)” bir elçi, təbliğçi, bir mücahid, bir Mehdi “çıxana qədər davam edər.”

 1b5809352ac16e052c710c0eecd654d3

“Dəvəçulu fitnəsi.” Bilirsiniz ki, Misirdə… ardı...